Azərbaycan Dövlət İnformasiya Agentliyi

Deputat: Yeni yaranan reallığı istər region, istərsə də dünya dövlətləri qəbul etməlidir

Deputat: Yeni yaranan reallığı istər region, istərsə də dünya dövlətləri qəbul etməlidir

Bakı, 5 oktyabr, AZƏRTAC

Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun Qələbəsi sadəcə Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə yekunlaşmadı, eyni zamanda, Azərbaycan Prezidentinin rəhbərliyi ilə yürüdülən düşünülmüş xarici siyasət regionda formalaşdırılan yeni geosiyasi konfiqurasiyasının yaranmasına gətirib çıxardı.

Bunu Milli Məclisin deputatı Əminə Ağazadə AZƏRTAC-a açıqlamasında deyib.

Uzun müddətdir regionda Türkiyə-Azərbaycan-Gürcüstan ortaq iqtisadi platformasının mövcud olduğunu vurğulayan deputat deyib: “Eyni zamanda, Azərbaycan-Rusiya-İran tərəfdaşlığı, Türkiyə-Rusiya-İran birgə layihələri də yer almaqdadır. Əgər Ermənistan rəhbərliyi müharibədən düzgün nəticələr çıxararsa, öz əsassız iddialarından əl çəkib, gələcəyə baxarsa, o zaman onların da bu platformada yeri ola bilər. Azərbaycan və Türkiyə buna açıqdır. Belə ki, müharibədən sonra Azərbaycanın və Türkiyənin mövqeyi, verilən bəyanatlar bunu deməyə əsas verir”.

Əminə Ağazadə qeyd edib ki, bu gün Azərbaycanın Rusiya ilə də əməkdaşlığının geniş gündəliyi mövcuddur. Rusiya və Azərbaycan prezidentlərinin çıxışlarında səslənən fikirlər, regionda yaranmış yeni reallıqlar və imkanlar Rusiya ilə Azərbaycanın münasibətlərin inkişafına daha da təkan verir. Bu gün Azərbaycan ilə Rusiya arasında münasibətlər siyasi, iqtisadi, mədəni, humanitar sahədə sürətlə inkişaf edir. Azərbaycan-Rusiya münasibətlərinin inkişafını şərtləndirən mühüm amillərdən biri də fundamental məsələlərdə hər iki dövlətin ortaq mövqedən çıxış etməsidir. Rusiya və Azərbaycan “Şimal-Cənub” nəqliyyat dəhlizindən birgə istifadə edir. Eyni zamanda, Rusiya “Şimal-Qərb” nəqliyyat dəhlizinə qoşulub ki, bu da rusiyalı yükdaşıyanların Azərbaycandan keçməklə Qərb istiqamətində gedən yükdaşıma prosesindən faydalanması üçün əlverişli şərait yaradır. Rusiya ilə Azərbaycan arasındakı münasibətlər strateji tərəfdaşlıq və qarşılıqlı faydalı əməkdaşlıq xarakteri daşıyır. Burada mühüm əhəmiyyət kəsb edən amil iki ölkənin prezidentləri arasındakı şəxsi münasibətlərin yüksək səviyyədə olmasıdır.

Yeni yaranmış reallığı qəbul edən bütün ölkələrin əməkdaşlıq formatına fokuslanmış vəziyyətdə olduğunu diqqətə çatdıran deputat bildirib: “Hesab edirəm ki, kommunikasiyaların açılması, əməkdaşlığın genişləndirilməsi regionun inkişafına gətirib çıxaracaq. Yeni yaranan reallığı istər region, istərsə də dünya dövlətləri qəbul etməlidir. Belə olan halda Ermənistan revanşizmi unudub bərpa və əməkdaşlıq prosesində yaxından iştirak edəcək. Ermənistan aqressiv siyasətindən əl çəksə, perspektivdə konstruktiv siyasət nümayiş etdirsə, bu xətti Ermənistan dövləti və cəmiyyəti aparıcı siyasi xətt kimi müəyyənləşdirsə, Ermənistanın regiona inteqrasiyası, regionda reallaşdırılan layihələrə cəlb olunması mümkün ola biləcək ssenaridir. Azərbaycan Prezidenti dəfələrlə bildirib ki, Ermənistan işğalçılıq siyasəti yürütdüyü üçün bütün regional layihələrdən təcrid olunub. Nə qədər ki, gec deyil bu xalqın daha yaxşı həyat standartları şəraitində yaşaması üçün region dövlətləri ilə ədavətə son qoyması siyasi hakimiyyətlərinin ən düzgün qərarı olmalıdır. Bu gün Ermənistanda vəziyyət ağırdır. Əgər Ermənistanın hərbi-siyasi hakimiyyəti ölkələrini ağır vəziyyətdən qurtarmaq istəyirsə, ilk növbədə qonşu Azərbaycan və Türkiyə ilə normal münasibətlər qurmaq istiqamətində real addımlar atmalıdır. Ermənistan rəhbərliyinin üzərinə böyük iş düşür ki, vəziyyəti düzgün dəyərləndirsin, heç bir kənar fitnəyə uymasın və onlar üçün mövcud olan ən optimal variant kimi Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmağa çalışsın. Bununla bağlı istər Azərbaycan tərəfi, istərsə də Türkiyə tərəfi öz açıq mövqeyini ortaya qoyur. Azərbaycan Prezidenti dəfələrlə sülhlə bağlı baxışlar təqdim edib, onun reallığa çevrilməsini təmin etmək üçün ümumi səylərin vacibliyini vurğulayıb. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə mətbuata bəyanatında əməkdaşlıq platformasından danışarkən bildirmişdi ki, lazım gələrsə altılı bir platforma da yarada bilərik. Rusiya, Türkiyə, Azərbaycan, İran, Gürcüstan və əgər qəbul edərsə, Ermənistan da bu platformada yer ala bilər. Yetər ki, Ermənistan tərəfindən müsbət addımlar atılsın. Güman edirəm ki, o zaman Türkiyə də sərhədlərini Ermənistanla aça bilər”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Voleybol üzrə Avropa çempionatının Bakıdakı oyunlarını 7 ölkənin hakimləri idarə edəcək

Sabah Abşeron çimərliklərində suyun temperaturu 26 dərəcəyədək isti olacaq

Nicat Dadaşov: Peşəkar qiymətləndirmə və sağlam rəqabət milli kinonun inkişafına təkan verir

“Səbail” yeni futbolçu transfer edib

Binəqədidə istifadə olunmayan tikilidə baş verən yanğın söndürülüb VİDEO

Binəqədidə istifadə olunmayan tikilidə baş verən yanğın söndürülüb VİDEO

Azərbaycan mirvari, qiymətli metal və zərgərlik məmulatı ixracını 20 dəfədən çox artırıb

Hərbi Prokurorluğun rəhbər vəzifəli şəxsləri DSX-nin hospitalını və hərbi hissələrini ziyarət ediblər

Azərbaycan muğamı Rumıniyada beynəlxalq festivalda təqdim olunub

İqtisadiyyat nazirinin müavini Masallıda vətəndaşların müraciətlərini dinləyəcək

Prezident İlham Əliyev Böyük Britaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO

Murtəza Həsənov: Azərbaycanın sərhəd təhlükəsizliyi yüksək səviyyədə təmin olunur

DİM rezidenturaya qəbulun nəticələrini açıqlayıb

Avropa çempionatında medal qazanan paracüdoçular Vətənə qayıdıblar

“Qarabağ” və “Tvente”nin 7-ci dueli: Əvvəlki oyunlar necə bitib?

Süni intellekt kənd təsərrüfatında: Qusarda innovativ layihələr təqdim olunub

Belçikadakı meşə yanğınının təsiri Kölnə qədər yayılıb

“Ulduz” jurnalının iyul-avqust nömrəsində...

Ekspert: TRIPP Orta Dəhlizin dayanıqlığını gücləndirən yeni bağlantı imkanları yaradır

Böyük Britaniyada iş vakansiyalarının sayı son beş ilin ən aşağı səviyyəsinə enib

Ankarada zərgərlik sənətinin 12 minillik tarixinə həsr olunmuş sərgi açılıb VİDEO

Ankarada zərgərlik sənətinin 12 minillik tarixinə həsr olunmuş sərgi açılıb VİDEO

Naxçıvan yeni inkişaf mərhələsinə qədəm qoyub ŞƏRH

Özbəkistan MTRŞ əməkdaşlar üçün süni intellekt imkanlarını genişləndirir

Azərbaycan klubu 4 legioner voleybolçu transfer edib

Almaniya Silahlı Qüvvələrində 186 min 700 kişi və qadın xidmət edir

Hazırda 4 minədək uşağa sosial xidmət və reabilitasiya dəstəyi göstərilir

® Hər böyümüş limfa düyünü təhlükəlidirmi?

Rumıniyalı futbolçu: "Neftçi"yə keçidimlə bağlı danışıqlar son mərhələdədir

® “Mən sadəcə işimi görürəm”: PR mütəxəssislər niyə çox vaxt görünməz qalırlar?

Bal ayına gedən britaniyalı cütlük Yunanıstanda helikopter qəzasında həlak olub

TRIPP layihəsi Azərbaycanın tranzit-logistika mövqeyini gücləndirə bilər – ŞƏRH

“Borussiya Dortmund” niderlandlı futbolçunu heyətinə qatıb

Naxçıvan geosiyasi və iqtisadi reallıqlar fonunda yeni inkişaf mərhələsinə qədəm qoyur - ŞƏRH

Rusiya səfiri Azərbaycan XİN-ə çağırılıb

Ekspert: Türkiyə Naxçıvan üçün Avropaya çıxışdır

Beynəlxalq Cüdo Federasiyası İlham Zəkiyevin tarixi uğurunu xüsusi qeyd edib

İngiltərədə əlilliyi olan şəxslər üçün avtobuslarda 24 saat pulsuz gediş tətbiq ediləcək

Bu il dövlət büdcəsinin xərclərinin 40,8 milyard manat olacağı gözlənilir

Türk dünyasının arxeoloqları Macarıstanda ortaq rəqəmsal irs bazası yaradacaqlar

Maliyyə Nazirliyi dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayışı açıqlayıb

Nazirlik: Yarım ildə dövlət borcuna xidmət xərcləri üzrə yuxarı hədd gözlənilib

İlin sonuna dövlət büdcəsinin gəlirlərinin 39,3 milyard manat olacağı gözlənilir

Rusiya Xarkov vilayətinə raket zərbəsi endirib, 10 mülki şəxs həlak olub

DSX rəhbərliyi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

Türkiyə brendləri Rusiya bazarını tərk edir

Azərbaycan manatının yeni siması: nüfuzlu jurnal nə yazır?

Xocavənd sakinləri sosial müdafiə və mina təhlükəsi barədə maarifləndirilib

31-ci AFS Gənclər Assambleyası başa çatıb

“Nyukasl” “Benfika”nın futbolçusunu 35 milyon avroya transfer edib

Naxçıvanda vergi ödəyicilərinə xidmət mərkəzlərində 28 mindən çox şəxs qəbul edilib

Təranə Tağıyeva: Ukraynada müharibə şəraitində xidmət göstərmək böyük fədakarlıq tələb edir

Sabahın hava proqnozu açıqlanıb

“Sabah” basketbol klubu yeni mövsümə Litvada hazırlaşacaq

Azərbaycanda qızıl və gümüş istehsalının həcmi açıqlanıb – STATİSTİKA

Avropa Kuboku: Azərbaycan klubunun APOEL-lə oyunlarının məkanı bəlli olub

Orta illik inflyasiya 5,7 faiz səviyyəsində qərarlaşıb

Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri həyata keçiriləcək

Cahongir Abduraxmonov: Azərbaycan və Özbəkistan birgə media və kino layihələri icra edir

Naxçıvanda 518 mənzilli sosial evlər kompleksi: regionun inkişafında yeni şəhərsalma modeli VİDEO

Naxçıvanda 518 mənzilli sosial evlər kompleksi: regionun inkişafında yeni şəhərsalma modeli VİDEO

FHN: Qeyri-çimərlik ərazilərdə suda batan 53 nəfərin meyiti tapılıb, 73 nəfər xilas edilib

Xaricdə təhsil: universitet və ixtisas seçərkən hansı meyarlara diqqət edilməlidir?

Hörmüz böhranının Azərbaycanın neft ixracına təsiri

Erlinq Holann Premyer Liqanın ən yaxşı oyunçuları reytinqinə başçılıq edir

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin büdcədən maliyyələşdirilən hərbi hissələrində dövlət qulluqçusu olmayan mülki işçilərinin əməyinin ödənilməsi sisteminin, növlərinin və məbləğlərinin müəyyən edilməsi Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Dördüncü ixtisas qrupu üzrə 10 mindən çox abituriyent müsabiqədə iştirak hüququ əldə edib

Bu saata olan əsas xəbərlər

Mətbuat Şurası Rusiyanın informasiya məkanında Azərbaycana qarşı təhdidləri pisləyib

FHN-dən silsilə maarifləndirmə tədbirləri: paytaxt və rayonlar əhatə olunub

Lənkəranda narkotik tərkibli bitkilər yetişdirən şəxslər həbs edilib

İyulda 185 mindən çox şəxs ailə başçısını itirməyə görə pensiya və müavinət alıb

DSMF 7 ayda müavinət və təqaüdlərə 1,3 milyard manatdan çox vəsait ayırıb

Sərhədçinin bir günü - FOTOLAR VİDEO

Sərhədçinin bir günü - FOTOLAR VİDEO

Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ

Gürcüstan polisi terrorçuluğu dəstəkləyən xarici ölkə vətəndaşını saxlayıb

Kinotənqidçilər və Kinoşünaslar Gildiyası növbəti mükafatlarını təqdim edib

Axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya ediləcək

Səlbirin tarixinə işıq salan ekspedisiya - 32 metrlik müdafiə divarı aşkar edilib VİDEO

Səlbirin tarixinə işıq salan ekspedisiya - 32 metrlik müdafiə divarı aşkar edilib VİDEO

Qəbələ və Oğuz sakinlərinin müraciətləri dinləniləcək

Rusiya Britaniyanı hədələyib

Azərbaycan jurnalistləri Özbəkistanın media mühiti ilə tanış olublar VİDEO

Azərbaycan jurnalistləri Özbəkistanın media mühiti ilə tanış olublar VİDEO

Dördüncü ixtisas qrupu üzrə 5048 plan yeri ayrılıb

“Qarabağ”ın futbolçusu: Zubirin gedişi bizim üçün böyük itkidir - MÜSAHİBƏ

Moskva vilayətində 150-dən çox PUA vurulub, üç nəfər xəsarət alıb

AZƏRTAC “Astana Finance Days 2026” forumunun media tərəfdaşı kimi çıxış edəcək

DİN: Cinayət törətməkdə şübhəli bilinən 49 nəfər saxlanılıb

Neft qiymətləri iyulun sonundan bəri ən yüksək səviyyəyə çatıb

Gürcüstanlı hücumçu: “Qarabağ”a qol vurmaq bizim üçün yaxşı motivasiya oldu

Bu il III qrupda neçə nəfər 500-600 arası bal toplayıb? – Rəqəmlər

Qarabağın təbii sərvətləri: 2 mindən çox yaşı olan ağaclar vaxtilə təbiət abidəsi kimi qorunurdu

Azərbaycan boksçusu Avropa çempionatında yarımfinala vəsiqə qazanıb

Çempionlar Liqası: “Fənərbağça” bu gün Fransa klubu ilə qarşılaşacaq

“Bavariya” Harri Keynlə müqaviləni yeniləmək üçün danışıqlar aparır

Abituriyentlərə peşəkar məsləhət və informasiya dəstəyi göstərilir

Misin qiyməti bu il 13 faizdən çox artıb

Avqustun 22-də rəqəmsal SAT imtahanı təşkil olunacaq

DİM: İndiyədək 70 mindən çox abituriyent ixtisas seçimi edib

Qızıl və gümüşün qiymətləri ucuzlaşıb VİDEO

Qızıl və gümüşün qiymətləri ucuzlaşıb VİDEO

Neft qiymətləri bahalaşır VİDEO

Neft qiymətləri bahalaşır VİDEO

Bölgələrdə yanğına səbəb olan üç nəfər məsuliyyətə cəlb olunub

Azərbaycan nefti 91,31 dollara satılır VİDEO

Azərbaycan nefti 91,31 dollara satılır VİDEO

Bu gün Azərbaycan sərhədçilərinin peşə bayramıdır