Deputatlar üçün hazırlanan mobil tətbiqin məqsədi açıqlanıb
Bakı, 20 sentyabr, AZƏRTAC
Milli Məclis deputatlarının işinin səmərəliliyini artırması üçün mobil tətbiq hazırlanıb.
AZƏRTAC xəbər verir ki, layihəni Milli Məclisin Regional məsələlər komitəsinin iclasında parlament Aparatının İnformasiya resursları və texnologiyaları şöbəsinin müdiri Şahin Həsənov təqdim edib.
Bildirilib ki, mobil tətbiq parlamentdə informasiya texnologiyalarının imkanlarından səmərəli istifadənin təmin edilməsi məqsədilə parlament Aparatının İnformasiya resursları və texnologiyaları şöbəsi tərəfindən hazırlanıb. Artıq Milli Məclisin iclaslarının gündəlikləri, məktub və digər sənədlər mobil qurğu vasitəsilə ötürüləcək. Bu, mobil texnologiyaya keçid, informasiya əlçatanlığının təmini, kağız daşıyıcılardan istifadənin azaldılması, biznes prosesinin təkmilləşdirilməsi kimi məsələlərə xidmət edir. Mobil tətbiqin İOS və Android əməliyyat sistemləri üçün proqram təminatı yaradılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [11:18]
Ötən gün 56 cinayətin açılması təmin olunub
- 01.10.2026 [11:10]
Gəncədə antisanitar şəraitdə dönər əti hazırlayan emal sexi aşkarlanıb
- 01.10.2026 [10:00]
Oktyabrın 1-i Beynəlxalq Ahıllar Günüdür
- 01.10.2026 [09:11]
Azərbaycan qəhrəmanlarından bəhs edən kitab Belarus muzeyinə təqdim olunub
Texnologiyanın sərhədləri Bakıda: “ADEX-2026”
- 30.09.2026 [23:51]
"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunun əsas mərhələsinə yüksəlib
- 30.09.2026 [23:21]
Fransa şəkərli məhsullara yeni vergi tətbiq etməyi planlaşdırır
- 30.09.2026 [22:56]
Murad Hüseynov: Üzeyir Hacıbəyli Festivalı mədəni əlaqələri genişləndirir
- 30.09.2026 [22:28]
Fransa Böyük Britaniya ilə qeyri-qanuni miqrasiya sazişini dayandırır
- 30.09.2026 [22:11]
Azərbaycan Basketbol Liqası: "Sabah" mövsümə qələbə ilə başlayıb
- 30.09.2026 [22:04]
Mərkəzi Asiyanı Pakistan limanları ilə birləşdirəcək yeni layihə
- 30.09.2026 [21:55]