DƏRMAN BİTKİLƏRİNİN QORUNMASI ZƏRURİDİR
Milli Elmlər Akademiyasının Genetik Ehtiyatlar İnstitutundan müxbirimizə bildirmişlər ki, bu bitkilərin qorunub saxlanılması zəruriliyi MEA və BMT İnkişaf Proqramının birgə hazırladıqları “Bioloji müxtəlifliyə dair birinci milli məruzə”də əsaslandırılmışdır. Andız, qaraqınıq, dəvədabanı, pişikotu, qumlu solmaz çiçək və başqalarından 30-dan çox adda məhsul istehsal olunur. Bu bitkilər qurudulmuş halda qablaşdırılır və əsasən “Azərfarm LTD” müəssisəsi tərəfindən istehsal edilir. Dənəli bitkilərin - qoz, püstə, fındıq, fıstıq, üzüm, pomidor, nar, dazıotu, pıtraqotu, çaytikanı, sarmaşıq, balqabaq, şaftalı, ərik və albalının toxumlarından, dənələrindən yağ çəkilir. “Bioil LTD” firması tərəfindən 21 adda məhsul, o cümlədən tut, itburnu, əzgil və digərlərindən doşab istehsal edilir.
Məruzə müəlliflərinin fikrincə, həmin bitkilərin qorunması üçün dərman və dənəli bitkilərin plantasiyasının yaradılması çox vacibdir. Belə ki, müxtəlif bioloji aktivliyə malik qida məhsullarının istehsalı zamanı istehlakçı üçün tələb olunan biosertifikatlaşmanın aparılması Avropa bazarına yol açır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]
“Google” görmə və tərcümə üzrə yeni süni intellekt modeli təqdim edib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [23:06]
Milli Xalça Muzeyində Elçin Şamillinin “Katarsis” sərgisi açılıb
- 05.06.2026 [22:40]