Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dezinformasiya: düşünülmüş ictimai təsir metodu, yoxsa, sadəcə, qeyri-peşəkarlıq?

Dezinformasiya: düşünülmüş ictimai təsir metodu, yoxsa, sadəcə, qeyri-peşəkarlıq?

Bakı, 4 may, AZƏRTAC

Müasir dövrün qlobal media problemləri sırasında bəlkə də birinci olan bu mövzuya iki sitatla giriş etmək istərdim.

“Hər kəsi çağırıram gəlmir, göstərirəm görmür, deyirəm, qanmır. Axırda gördüm ki, onları haraylayıb çağırmaqdan, onlara deməkdən başqa bir qeyri-əlac yoxdur. Olmaz ki, mənim sözümü eşidənlərdən - heç bir qanan olmasın. Necə ki, bir bulağın suyunun altına nə qədər bərk daş qoysan, bir neçə ildən sonra su tökülməkdən o bərk daş mürur ilə əriyib deşilir, habelə söz də, ələlxüsus da doğru söz. Belədə qəzet çıxarmaqdan savayı bir qeyri-əlac yoxdur".

Həsən bəy Zərdabi.

“Dünyaya açılan pəncərəni qəzetlə örtmək mümkündür”.

Stanislav Yeji Leç.

XIX əsrdə yaşamış Azərbaycan milli mətbuatının banisi, maarifçi-alim Həsən bəy Zərdabi ilə XX əsrin şair və filosofu, satirik və jurnalist Stanislas Yeji Leçin qəzetə, məsələyə bu günün prizmasından yanaşdıqda, ümumilikdə, mediaya münasibətində diqqəti cəlb edən təzad, əslində, dövrün və zamanın, ictimai-siyasi mühitin, yaxud konkret zaman çərçivəsində baş verən hadisələrin təsirindən irəli gəlir. Başqa sözlə, media yalnız aid olduğu dövrün “rənginə”, yəni beynəlxalq ictimai-siyasi, sosial-iqtisadi, mədəni proseslərə, qlobal kataklizmlərə nəzərən qarşısına konkret məqsəd və vəzifələr qoyur və həmin məqsədə çatmaq üçün də müvafiq forma və metodlara əl atır. Fikrimizi daha sadə ifadə etsək, media özlüyündə aid olduğu dövrün güzgüsüdür. O üzdən də informasiya resursları gah müxtəlif zamanlarda, Həsən bəy Zərdabinin təbirincə, ictimai-siyasi düşüncənin formalaşması, informasiyalı cəmiyyətin yaradılması, maarifçiliyin, dünyagörüşünün təbliği və inkişafında güclü təsir vasitəsinə, ideoloji silaha çevrilir, gah da Stanislav Yeji Leçin bildirdiyi kimi, dünyaya açılan aynanı örtməklə dövlət - xalq institutunu iflic vəziyyətə salır, daxili xaos, qarşıdurma və anarxiya yaratmaqla böyük bir kütləni manipulyasiya edən ideoloji maşın rolunu oynayır. Xülasə, media həm yarada, həm də dağıda bilir.

Bəs, bu gün necə? Müasir qlobal media hansı funksiyanı yerinə yetirir?

Müasir medianın “rəngi”

BMT-nin rəsmi internet saytında yer alan rəqəmlərə istinad etsək:

1. Bu gün təxminən 281 milyon insan, başqa sözlə, dünya əhalisinin 3,6 faizi doğulduğu ölkədən kənarda qaçqın statusunda yaşayır və bu rəqəm hər il artır;

2. Qlobal konfliktlərin və yeni ərazilər uğrunda hərbi toqquşmaların coğrafiyası ənənəvi regionlar (Yaxın Şərq, Şimali Afrika) çərçivəsindən çıxaraq yeni və daha geniş əraziləri əhatə edir;

3. Dünya Səhiyyə Təşkilatının hesablamalarına əsasən, qlobal ekoloji fəlakət üzündən baş verən iqlim dəyişikliyi, malyariya, diareya və artan hərarətdən 2030-cu ildən 2050-ci ilə qədər hər il orta hesabla 250 min insan həyatını itirəcək və s.

Siyahını uzatmaq da olar. Lakin bəşəriyyəti düşündürən 3 əsas problem - qlobal miqrasiya böhranı, hərbi konfliktlər, ekoloji fəlakət, o cümlədən günümüzün reallığı olan və bəzi rəqəmlərə görə, son 2 ildə təxminən 8 milyon insanın həyatına son qoyan COVID-19 pandemiyasına dünya dövlətlərinin biganəliyi, mövcud kataklizmlərlə ən yaxşı halda şəxsi maraqları, yaxud sərhədləri çərçivəsində mübarizə aparması müasir medianın da ümumi rəngini müəyyənləşdirir və bu rəng çox təəssüf ki, QARADIR.

Ənənəvi prinsiplərdən (məlumatlandırmaq, maarifləndirmək, əyləndirmək) tədricən uzaqlaşan və günümüzdə ideoloji təsir metoduna, bir dövlətin digərinə qarşı təsir və təzyiq elementinə çevrilən dünya mediası obyektiv, ədalətli və qərəzsiz informasiya verməkdən daha çox məhz qlobal proseslərdən irəli gələrək ictimai şüurun manipulyasiyası ilə məşğuldur və bu yolda istifadə olunan ən ciddi silah DEZİNFORMASİYADIR.

Niyə məhz dezinformasiya?

1. Müasir medianın korporativ maraqlara qulluq etməsi;

MEDİA, ilk növbədə, ictimai resursdur və ictimai maraqlara da xidmət etməlidir. Lakin zaman-zaman baza prinsiplərindən uzaqlaşan müasir informasiya vasitələri günümüzdə şəxsi və ya korporativ maraqlara xidmət edir ki, belə olan halda obyektiv informasiya verməkdən daha çox manipulyasiya etmək, ictimai fikri çaşdırmaq, kütlə psixologiyasına təsir edərək onu hətta öz dövlətinə və milli maraqlarına qarşı yönəltmək kimi prinsiplər ön plana çıxır. Belə olan halda isə qarşıya qoyulan məqsədə nail olmağın ən effektli yolu DEZİNFORMASİYADIR;

2. Auditoriya uğrunda rəqabət;

Qlobal miqyasda media orqanlarının sayının durmadan artması fonunda, xüsusən internet resurslarının, sosial platformanın informasiya rəqabətində aşkar üstünlük əldə etdiyi müasir dünyamızda klassik və ya ənənəvi media ilə (mətbuat, radio və TV) yeni media (internet) arasında auditoriya uğrunda ciddi rəqabətin getdiyinin şahidi oluruq. Belə bir mühitdə “ən dəqiq informasiya ən operativ informasiyadır” prinsipinə üstünlük verilir ki, nəticədə əldə olunan məlumatlar təhlil edilmədən, araşdırılmadan və dəqiqləşdirilmədən ən qısa zamanda cəmiyyətə ötürülür. Yaranmış süni rəqabət mühitində ortaya çıxan ən ciddi və qlobal problem DEZİNFORMASİYADIR;

3. Qeyri-peşəkarlıq;

Müasir dövrdə informasiyaya əlçatanlığın daha asan olması və ya informasiya mühitinə təsir imkanlarının, həmçinin informasiyanı geniş auditoriyaya ötürməyin forma və metodlarının zənginliyi Jurnalistikanı da özlüyündə bir elm və ya sənət növü kimi tədricən sıradan çıxmaq təhlükəsi ilə üz-üzə qoyur. Bu gün geniş auditoriyaya məxsus informasiya resursuna sahib olmaq və ya məlumat istehsal etmək üçün illərlə əziyyət çəkib jurnalist ixtisasına yiyələnməyə də ehtiyac yoxdur. Kamera, diktofon və qələmi əvəz edən son model telefona yiyələnməklə hər kəs asanlıqla media subyektinə çevrilə bilər. Bu halda isə qeyri-peşəkarlıq ciddi problem kimi ortaya çıxır. Qeyri-peşəkarların qısa zamanda populyarlaşmaq, daha çox oxucu və tamaşaçı toplamaq uğrunda mübarizəsində yaranan və jurnalistikanın təməl prinsiplərini sarsıdan ən ciddi problem DEZİNFORMASİYADIR;

4. İnformasiya aclığı sindromu;

Təcrübə göstərir ki, cəmiyyətin onu düşündürən və narahat edən məlumatları zamanında ala bilməməsi və sosial sferada informasiya boşluğunun yaranması kənar qüvvələrin fəallaşmasına və onların mövcud informasiya vakuumundan öz maraqları naminə yararlanmasına gətirib çıxarır. Nəticədə cəmiyyət özü də fərqinə varmadan feyk məlumat və faktların, mülahizələrin istehsalçısına çevrilə bilər. Yalan informasiyanın sürətlə tirajlanması ilə məlumatın obyektiv tərəfini müəyyənləşdirməkdə çətinlik çəkən və paradokslarla üzləşən ictimaiyyət özü də fərqinə varmadan apatik duruma düşür. Yaranmış vəziyyətin gündəmə gətirdiyi ən ciddi problem isə yenə də DEZİNFORMASİYADIR.

Dezinformasiya düşünülmüş ictimai təsir metodudur, yoxsa qeyri-peşəkarlıq?

Təqdim etdiyimiz 4 səbəb bir suala aydınlıq gətirilməsini əsas şərt kimi qarşıya qoyur. Dezinformasiya düşünülmüş ictimai təsir metodudur, yoxsa, sadəcə, qeyri-peşəkarlıq? Bu suala cavab vermək real informasiyanı dezinformasiyadan ayırmaq qədər mürəkkəbdir. Çünki müasir dünyamızda informasiya burulğanına düşən cəmiyyət onu idarə edən məlumatların xarakterini, məqsəd və vəzifələrini müəyyən etməkdə ciddi problemlərlə üzləşir. Hadisələrin inkişaf dinamikası və hər gün yenilənən operativ informasiya seli ictimaiyyətə konkret faktlar üzərində fokuslanmağa, analiz etməyə, başqa sözlə, ağı qaradan, pisi yaxşıdan, düzü əyridən, doğrunu yalandan seçməyə imkan vermir. O zaman...

Dezinformasiyanın qarşısını almaq mümkündürmü?

Əminliklə söyləmək olar ki, XEYR! Dezinformasiya özlüyündə informasiyadır və məlumat axınının məqsədli şəkildə, bu və ya digər maraqlar prizmasından yanlış tərzdə interpretasiyasını nəzərdə tutur. Və hazırda qlobal miqyasda məhz dezinformasiyanı başlıca alət seçməklə geniş yayılan, zaman-zaman ciddi təsir mexanizminə çevrilən kiberhücumlar cəmiyyətin bütün sferalarında neqativ iz qoyur. Məsələn, 2021-ci ildə dünya iqtisadiyyatının kiberhücumlardan çəkdiyi ziyanın həcmi təxminən 6 trilyon dollar təşkil edib. Odur ki, bu prosesi tamamilə dayandırmaq yox, onu yalnız effektiv forma və metodlarla zəiflətmək və ya cavab tədbirləri ilə başlıca hədəfdən yayındırmaq olar.

Çıxış yolu nədir?

Beynəlxalq təcrübə bu bəladan qurtulmaq üçün əsasən iki istiqamət üzrə fəaliyyət göstərməyi məqbul bilir:

1. Jurnalist fəaliyyətini və media orqanlarını qanun və etik davranış kodeksləri ilə tənzimləmək;

Bu istiqamət üzrə kifayət qədər nümunələr var. Məsələn:

- Beynəlxalq Jurnalistlər Federasiyasının “Jurnalist davranışı prinsiplərinin deklarasiyası”, maddə 1. “Həqiqətə ehtiram və cəmiyyətin həqiqəti bilmək hüququna hörmət jurnalistin bir nömrəli borcudur”; maddə 4. “İnformasiya alarkən, foto və sənədlərdən istifadə edərkən jurnalist yalnız sağlam məqsədlər güdməlidir”;

- Professional Jurnalistlər Cəmiyyətinin “Etik normalar kodeksi”, maddə 1. “Həqiqəti axtarın və onu insanlara çatdırın. Jurnalist gərək həqiqəti hər şeydən üstün tutsun, şəxsi maraqları güdməsin, informasiyanın toplanması və şərhində obyektiv və qorxmaz olsun”;

- ABŞ Qəzet Redaktorları Birliyinin Prinsiplər Deklarasiyası, maddə 4. “Həqiqət və dəqiqlik - bu prinsipləri rəhbər tutmaqla jurnalist professional borcunu yerinə yetirməklə yanaşı, oxucusunun hörmətini və inamını qazanmağa çalışmalıdır”;

- Avstriya Mətbuat İşçilərinin Etika Kodeksi, maddə 1. “Jurnalistin başlıca borcu məlumatı hazırlayarkən həqiqəti və vicdanlılığı rəhbər tutmasıdır”;

- Böyük Britaniya Jurnalistləri Milli Şurasının Davranışı Kodeksi, maddə 9. “Jurnalist özəl maraqlara görə həqiqəti təhrif etməməlidir”; maddə 11. “Jurnalist mətbuatda dərc edilmiş, əldə olunan məlumatlardan şəxsi məqsədlər üçün istifadə etməməlidir”;

- Türkiyə Mətbuat Şurasının “Mətbuat professional prinsipləri kodeksi”, maddə 3. “İctimai institut olan jurnalistikadan şəxsi və özəl maraqlar naminə istifadə edilməməlidir”;

- Azərbaycanın Media haqqında Qanunu, maddə 14. “Faktlar və hadisələr qərəzsiz və obyektiv təqdim olunmalı, birtərəfliyə yol verilməməlidir” və s.;

2. Cəmiyyəti maarifləndirməklə dezinformasiya əleyhinə sosial immunitet formalaşdırmaq;

Beynəlxalq təcrübə göstərir ki, çox zaman qanunlar və peşə etikası kodeksləri dezinformasiyanın cəmiyyətə təsirinin qarşısını ala bilmir. Odur ki, tədqiqatçılar cəmiyyətin maarifləndirilməsinə, ictimaiyyətin həqiqi informasiyanı dezinformasiyadan fərqləndirməsi üçün effektiv görünən metodlara, başqa sözlə, sosial immunitet yaratmaq metoduna üstünlük verirlər. Bu zaman beynəlxalq praktikada geniş yayılmış və birbaşa vətəndaş cəmiyyəti üçün nəzərdə tutulmuş 5 prinsip işə düşür:

1. Karl Bernştayn və Bob Vudvord qaydası - İnformasiyanın ilkin mənbəyini axtarın. Yaxşı olar ki, bu mənbələr bir-birindən asılı olmasın və müstəqil fikirlər yürütsün. Əgər mənbə yoxdursa və xəbər “etibarlı mənbə”dən alınan məlumata əsaslanırsa, deməli, dezinformasiya xarakterlidir;

2. İnformasiyanı şərhdən fərqləndirməyi bacarın. Çünki istənilən şərhdə dezinformasiya elementlərinə rast gəlmək mümkündür;

3. İstənilən informasiyada əks tərəfin fikirlərini axtarın. Əgər bu yoxdursa və informasiya birtərəfli qaydada işlənilibsə, deməli, dezinformasiya xarakterlidir;

4. İnformasiyada yer alan insan və məkan adlarına, rəqəmlərə xüsusi fikir verin. Əgər qeyd olunan istiqamətlərdə hərf və ya faktoloji səhv varsa, deməli, xəbər qeyri-peşəkar hazırlanıb və dezinformasiya xarakterlidir;

5. İnternet resursunda yer alan xəbəri oxuyarkən mütləq şəkildə müəllif adının olub-olmamasına fikir verin. Əgər müəllif adı yoxdursa, xəbərin dezinformasiya xarakterli olması ehtimalı böyükdür.

Azərbaycanda dezinformasiya və dezinformasiya ilə mübarizənin Azərbaycan modeli

Azərbaycan da dezinformasiyadan əziyyət çəkən ölkələrdəndir. Əgər 2016-cı ildə hər 40 saniyədən bir kiberhücumların şahidi olurduqsa, 2021-ci ildə bu rəqəm 4 dəfə artıb: ötən il hər 11 saniyədən bir müxtəlif səviyyədə kiberhücumlar baş verib. Ölkəmiz əleyhinə yönələn informasiya hücumlarının məhz 2021-ci ildə aktivləşməsi isə təsadüfi deyil. Bunu 44 günlük Vətən müharibəsində Azərbaycanın nümayiş etdirdiyi hərbi, diplomatik gücün, dövlətin məhz həmin dönəmdə regional və qlobal münasibətlər sistemində aktiv fəaliyyətindən irəli gələn prosesin məntiqi nəticəsi kimi analiz etsək, daha doğru olar. Lakin bütün cəhdlərə rəğmən, başlanğıcını xüsusən Avropadan götürən müxtəlif səpkili dezinformasiya dalğalarının sosial mühitə təsir imkanları, xarici ideoloji hücumların cəmiyyətin beyninə, ruhuna yeridilməsi kimi mənfi stereotiplər qısa müddətdə və effektiv şəkildə minimuma endirildi, bir çox halda ictimaiyyəti zəruri və rəsmi informasiyalarla təmin etməklə operativ cavab tədbirləri görüldü ki, bununla da ideoloji cəbhədə sosial həmrəylik, XALQ - LİDER - ORDU birliyi təmin olundu.

Azərbaycanın müharibə və postmüharibə dövrü üçün müəyyən etdiyi informasiya siyasətinin müəllifi isə Prezident İlham Əliyevdir. Dövlət başçısının son 3 ildə yürütdüyü informativ fəaliyyət konsepsiyası əsasən 2 istiqamətdən ibarətdir:

1. Daxili auditoriyaya yönəlmiş informasiya siyasəti;

2. Qlobal platforma və ya dünya mediası üçün nəzərdə tutulmuş informasiya siyasəti.

Daxili auditoriyaya yönəlmiş informasiya siyasəti - Dezinformasiyanın əsas hədəfi qeyd etdiyimiz kimi, daxili auditoriyadır. Odur ki, 44 günlük Vətən müharibəsi dövründə informasiyalı cəmiyyətin zəruri məlumatlarla operativ təmin olunması və sosial mühitdə daha çox etibarlı xəbər lentinin dolaşması, amma buna paralel cəmiyyətdə məlumat boşluğunun yaranmaması qarşıda duran əsas hədəflər sayılırdı. Dövlət bu hədəfə necə nail oldu?

1. Prezident ön cəbhədən gələn operativ və rəsmi məlumatları, ilk növbədə, dezinformasiyanın başlıca platforması sayılan sosial şəbəkədə, daha dəqiq desək, rəsmi tviter səhifəsində paylaşmaqla, nə qədər mümkünsüz görünsə də, bu platformada faktiki informasiya nizamı, etibarlı xəbər mühiti yaratdı. Nəticədə yalnız tviterdə deyil, digər sosial şəbəkələrdə də yalan və əsassız məlumatların yayılmasına imkan verilmədi və cəmiyyət hətta dezinformasiya ilə qarşılaşanda belə, ən dəqiq, ən etibarlı məlumatı məhz dövlət başçısından gözləməyi daha məqbul hesab etdi;

2. Prezident istər müharibə, istərsə də postmüharibə dövründə müntəzəm olaraq xalqa müraciətlər edir, ön cəbhədə əsgər və zabitlərlə görüşür, müharibə zonasına yaxın ərazilərdə yaşayan sadə vətəndaşlarla ünsiyyətdə olur, işğaldan azad edilmiş ərazilərə səfər edir və zəruri informasiyaları da cəmiyyətə məhz birbaşa hadisə yerindən ötürürdü. Başqa sözlə, Prezident, Ali Baş komandanın müəyyən etdiyi və daha çox daxili auditoriyaya yönəlmiş informasiya siyasəti strategiyası məlumatların yalnız çatdırılması deyil, harada, necə və hansı şəraitdə təqdim edilməsi kimi başlıca prinsipləri də rəhbər tutur.

Xarici auditoriyaya yönəlmiş informasiya siyasəti - özlüyündə daxili informasiya strategiyasının davamı və ya ikinci qolu sayıla bilər. Əslində, dezinformasiya ilə mübarizədə effektiv nəticə əldə etmək üçün hər iki qolun paralel aparılması mütləqdir və Azərbaycanın nümayiş etdirdiyi model məhz bu prinsipi rəhbər tutur. Bəs, prinsipin əsas istiqamətləri nədən ibarətdir?

1. Dövlət başçısı müharibə dönəmində dünyanın 30-a yaxın nüfuzlu xarici informasiya vasitəsinə müsahibə verməklə həm ölkəmizə qarşı yönələn dezinformasiya hücumlarını minimuma endirdi, həm də Ermənistanın uzun illərdən bəri yürütdüyü yalan ideologiyasına sarsıdıcı zərbələr vurdu. Proses postmüharibə dövründə də davam edir;

2. Müharibə dönəmində xarici informasiya vasitələri nümayəndələrinin Azərbaycana səfər etməsi və onların hətta döyüşlərin getdiyi zonada aktiv fəaliyyət göstərməsi üçün hər cür şərait yaradıldı. Başqa sözlə, reallıq məhz onların dili ilə dünyanın diqqətinə çatdırıldı;

3. Postmüharibə dövründə beynəlxalq təşkilat təmsilçilərinin işğaldan azad edilmiş ərazilərə müntəzəm səfərləri təşkil edilir, müxtəlif qlobal tədbirlərin məhz həmin ərazilərdə, xüsusən Şuşada keçirilməsinə nail olunur. Məqsəd yeni dövr barədə dezinformasiya xarakterli məlumatların tirajlanmasına imkan verməməkdir;

4. Postmüharibə dönəmində dövlət başçısı işğaldan azad olunmuş ərazilərə səfər edərkən yalnız daxili auditoriyaya deyil, beynəlxalq ictimaiyyətə ünvanlanan mesajlar verir və bununla da dünyanın diqqətini Azərbaycana, Qarabağa və bölgədə erməni vandalizminin ağır izlərinə yönəldirdi;

5. Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə yeni əməkdaşlıq və qlobal Bakı platformaları yaradılır, dünyanın aparıcı media orqanlarının əməkdaşlarının, beyin mərkəzlərinin nümayəndələrinin həmin görüşlərdə iştirakı təmin edilir, eləcə də ikitərəfli və çoxtərəfli formatda müxtəlif rəsmi görüşlər keçirilir.

Atılan addımların real nəticələri ortadadır. Tam əminliklə demək olar ki, bu gün Azərbaycan cəmiyyətində dezinformasiya ilə mübarizənin effektiv fəaliyyət modeli, konseptual informasiya strategiyası formalaşıb. Lakin dezinformasiya ilə savaş davamlı xarakter almalıdır. O üzdən yaxın gələcəkdə 2022-2027-ci illər üçün informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik üzrə milli strategiyanın qəbulu da gözlənilir.

Xülasə

Böyük Britaniyanın keçmiş Baş naziri Uinston Çörçillin şəxsi bioqrafı, tanınmış tarixçi Martin Hilbertin tədqiqatlarına görə, 1986-cı ildə insanlar 40 qəzetə yerləşdirilə biləcək həcmdə informasiya əldə edirdi. 2007-ci ildə isə İnternet və televiziyaya asan çıxış hesabına bu həcm kəskin artdı və insanların aldığı gündəlik informasiyanı 174 qəzet səhifəsində yerləşdirmək mümkündür. Bu nüansa toxunmaqda məqsəd odur ki, hazırda insanlar hər gün saysız-hesabsız xəbər, məlumat alır və ən çox diqqətçəkən informasiyanın kontent yayımı təmin edilir. Bu axında isə düşünülmüş, ya da məqsədli olmayan məlumatların manipulyasiyası halları, xüsusən də dezinformasiyalar özünü açıq şəkildə göstərir. Bir sözlə, dezinformasiya özlüyündə yalnız sadə bir informasiyanın cəmiyyətə yanlış formada ötürülməsi deyil. Bu prosesi mənşəyi və məramı bilinməyən zərərli məhlulun insan bədəninə yeridilməsi ilə orqanizmin iflic duruma düşməsi ilə eyniləşdirsək və cəmiyyətin də özlüyündə canlı orqanizm olduğunu nəzərə alsaq, qlobal media və beynəlxalq jurnalistikanın, eləcə də müxtəlif güc mərkəzlərinin hədəfinə çevrilən ayrı-ayrı cəmiyyətlərin hansı bəla ilə üz-üzə qaldığını aydın təsəvvür etmək mümkündür.

Üstəlik, Mayer Rotşildin təbirincə desək, "İnformasiyaya malik olan dünyaya sahibdir". Dezinformasiya isə forma və xarakter etibarilə məlumat olsa da, ümumilikdə, sadə informasiyadan daha təhlükəlidir. Çünki XXI əsrin qlobal bəlası olan rəqəmsal anarxiyanın başlıca hədəfini müəyyən etmək və tənzimləmək olduqca çətin, bir çox halda mümkünsüz, nəticəsi isə bir millətin və dövlətin varlığına son qoyacaq qədər dağıdıcı, fəlakətlidir.

Rövşən Raqifoğlu

Filologiya elmləri doktoru

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yanvar-may aylarında istehlakçılara 87 milyon manat ƏDV qaytarılıb

ŞƏT Beyin Mərkəzləri Forumunda Azərbaycanın Orta Güc statusu müzakirə edilib

Fotoqraf Aydın Mehdiyev Romada ikinci sərgisini təqdim edib

Premyer Liqanın yeni iştirakçısı “Şəfa” ilk transferini reallaşdırıb

Azərbaycanlı sənətkar Qazaxıstanda Dövlət İmtahan Komissiyasına rəhbərlik edib

Pediatr: Tətilə başlamadan öncə uşağın pediatr tərəfindən müayinəsi təşkil olunmalıdır

Zahid Oruc: Başlıca məqsəd uşaqları sosial şəbəkələrin zərərli təsirlərindən qorumaqdır

Prezidentin Sərəncamı ilə təltif olunan xalçaçılara medalları təqdim edilib

Stend atıcılığı üzrə ölkə kuboku başa çatıb

Azərbaycan təhsilinin ixrac modeli - UNEC-in Dərbənd filialı

BTQ xəttinin yenidən istifadəyə verilməsi Azərbaycanın tranzit mövqeyini gücləndirir ŞƏRH

Moldovada kənd yaxınlığında pilotsuz uçuş aparatı partlayıb

Türkiyənin Millət Kitabxanasına Qərbi Azərbaycanın irsinə dair kitablar təqdim olunub

Son iki gündə 99 cinayətin açılması təmin olunub

“Bakı Enerji Həftəsi” Azərbaycanın enerji strategiyasının nümayiş platformasıdır ŞƏRH

Ermənistanda seçkilərdə səslərin sayılması başa çatıb: parlamentdə dörd siyasi güc təmsil olunacaq

AHİK-in təşkilatçılığı ilə “Sağlam həmkar” minifutbol turnirinə start verilib

İdarə rəisi: “112” qaynar telefon xəttinə daxil olan müraciətlərin 80 faizi əsassızdır

Qızıl medal qazanan Azərbaycan gimnastı: Ən böyük üstünlüyümüz bir-birimizə olan inam və dəstəyimizdir

Sosial şəbəkələrdə qeydiyyat üçün yaş tələbləri sərtləşdirilir

Xocavənd sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib

İranın qərbindəki hava limanlarında uçuşlar dayandırılıb

Tramp: Danışıqlar nəticəsiz qalsa, ABŞ İrana desant çıxara bilər

Naxçıvanda "İnsan hüquqlarının qorunmasında vəkilliyin və mediasiyanın rolu" mövzusunda regional konfrans keçirilir

Rəqəmsal mühitdə uşaqların hüquq və mənafelərinin qorunması məqsədilə qanun layihəsi hazırlanıb

Yaş məhdudiyyətli sosial şəbəkə platformaları üçün yeni cərimələr nəzərdə tutulur

Baş prokuror paytaxtın Nərimanov rayonunda vətəndaşların müraciətlərini dinləyəcək

Sübutsuz iddia fakt kimi təqdim oluna bilməz - ŞƏRH

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşı saxlanılıb

Əziz Ələkbərli: Müasir Azərbaycan Ulu Öndərin görmək istədiyi azad, suveren və bütöv dövlətdir

Azərbaycanın enerji strategiyası və qlobal etibarlılığı Prezident İlham Əliyevin praqmatik siyasətinin nəticəsidir - ŞƏRH

Ali Məhkəmə beynəlxalq yük daşınması münasibətlərində yük göndərənin və daşıyıcının müəyyən olunmasına dair hüquqi mövqe ifadə edib

Azərbaycanın stolüstü tennisçisi İsveçdə bürünc medal qazanıb

Lerikin ucqar dağ kəndlərində elektrik şəbəkəsi yenilənir

Qəbul imtahanının ikinci cəhdində iştirak üçün 60 mindən çox abituriyent qeydiyyatdan keçib

Bu ilin 5 ayında büdcə gəlirləri proqnozu üstələyib

Ötən həftə 149 mina və 412 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Araz çayında batan yeniyetmənin axtarışına dalğıclar cəlb edilib - YENİLƏNİB

Şəmkirdə vətəndaşların daşınmaz əmlakla bağlı müraciətləri dinləniləcək

“Young Learners” kvalifikasiya imtahanlarına qeydiyyat elan edilir

DİM dövlət qulluğu imtahanından müvəffəqiyyətlə keçənlərə müraciət edib

Balakənli saç ustasının uğur hekayəsi: Özünüməşğulluq proqramı fəaliyyətimdə dönüş nöqtəsi oldu VİDEO

Balakənli saç ustasının uğur hekayəsi: Özünüməşğulluq proqramı fəaliyyətimdə dönüş nöqtəsi oldu VİDEO

Filippində güclü zəlzələdən sonra hava limanı bağlanıb

NİİM sürücülərə növbəti dəfə müraciət edib VİDEO

NİİM sürücülərə növbəti dəfə müraciət edib VİDEO

Hesabat: Bəşəriyyətin gələcəyi sürətlə dəyişən okeanlardan asılıdır

Bakıda beynəlxalq tennis turnirinə yekun vurulub

Şəhriyar Məmmədyarov Özbəkistandakı turnirə qələbə ilə başlayıb

Yaponiyada sunami xəbərdarlığı elan olunub

Dünya bazarında qızıl və gümüş ucuzlaşıb VİDEO

Dünya bazarında qızıl və gümüş ucuzlaşıb VİDEO

Azərbaycan pauerliftinqçiləri Avropa çempionatında iki rekordu yeniləyiblər

Dünya birjalarında neft bahalaşıb VİDEO

Dünya birjalarında neft bahalaşıb VİDEO

HHQ-də zabit təkmilləşdirmə kursunu bitirənlərə sertifikatlar təqdim edilib

FHN: Ötən həftə ərzində 443 yanğına çıxış olub, 7 nəfərin meyiti təhvil verilib VİDEO

FHN: Ötən həftə ərzində 443 yanğına çıxış olub, 7 nəfərin meyiti təhvil verilib VİDEO

Azərbaycan dilini öyrənmiş astanalı qız: Bu prosesdə musiqi böyük rol oynadı – MÜSAHİBƏ

Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə yola düşüb

Filippində güclü zəlzələ baş verib, ölənlər var YENİLƏNİB

Türkmənistanda Azərbaycan Mədəniyyəti Günlərinə Dövlət Rəqs Ansamblının konserti ilə yekun vurulub

Azərbaycanın media nümayəndələri Türkmənistan muzeyləri ilə tanış olublar

Paytaxtda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur

“Telegraph”: ABŞ Mavrikidən Çaqos arxipelaqını almağı nəzərdən keçirir

Səyyar ASAN xidmət Gürcüstanda vətəndaşlara xidmət göstərib – Reportaj

Si Cinpinin Şimali Koreyaya səfəri başlayıb

Tramp: Netanyahu ABŞ-İran razılaşmasını qəbul etməli olacaq

Böyük Britaniya, Fransa və Almaniya Ukrayna üçün birgə uzaqmənzilli silah sistemləri istehsal edəcək

Florentino Peres yenidən “Real Madrid”in prezidenti seçilib

Hesabat: Nüvə dövlətləri arsenallarını modernləşdirməyə davam edir

Zelenskinin Londonda Avropa liderləri ilə görüşünün detalları açıqlanıb

“Tasnim”: İran İsraili “Xeybarşekan” ballistik raketləri ilə vurub

“Kan”: İsrail İranın raket hücumuna cavab vermək niyyətindədir

Türkiyədə yeni Konstitusiyanın hazırlanması istiqamətində addımlar sürətlənir

“Exit-poll”un nəticələrinə görə Nikol Paşinyanın partiyası səslərin 56,7 faizini qazanıb

“OPEC+” iyul ayı üçün neft hasilatının artırılmasını təsdiqləyib

Aralıq dənizində miqrant faciəsi: Ölənlər var

Tramp: Netanyahuya zəng edib İrana cavab verməməsini istəyəcəyəm

İraqda ağır yol qəzasında azı 21 nəfər ölüb

Tramp İrana müraciət edib: Masaya qayıdın və razılaşma əldə edin

Elektron səsvermənin nəticələrinə görə Nikol Paşinyanın partiyası seçkilərdə liderdir

Türkiyə və İranın XİN başçıları arasında telefon danışığı olub

İraq hava məkanını müvəqqəti bağlayıb

Tramp İsrail və İran arasındakı gərginlik barədə məlumatlandırılıb

İran yenidən İsrailə hava zərbələri endirib

Əziz Yıldırım 8 ildən sonra yenidən “Fənərbağça”nın prezidenti seçilib

Gürcüstanda baş verən qəzada 5 nəfər həyatını itirib

Danimarka millisinin kapitanı Kristian Eriksen Ukrayna ilə oyun zamanı huşunu itirərək yerə yıxılıb

Ermənistanda keçirilən parlament seçkilərində seçicilərin 58,97 faizi iştirak edib

Azərbaycan parataekvondoçusundan Almaniyada növbəti qızıl medal

Sami Yusuf Mərakeşdə azərbaycanlı musiqiçilərlə eyni səhnəni bölüşüb

Azərbaycanın qadın cüdoçuları Avropa Açıq Turnirini 3 medalla bitirib

Azərbaycanın voleybol milli komandaları Avropa Liqasında birinci mərhələni başa vurublar

SOCAR-ın minifutbol komandası Dünya Korporativ Oyunlarının qalibi olub

FHN-in komandaları beynəlxalq turnirdə yüksək nəticə göstəriblər

Çövkən üzrə Dünya Çempionatı: Polşa və Uruqvay ilk qələbələrini qazandılar

Klassik və sürət avtomobillərinin festivalı başa çatıb VİDEO

Klassik və sürət avtomobillərinin festivalı başa çatıb VİDEO

Səudiyyə Ərəbistanında zəvvarlar üçün elektron qapı texnologiyası tətbiq edilib

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri İstanbulda toplaşır

Ərdoğan: Sıfır Tullantı Hərəkatı sayəsində Türkiyə iqtisadiyyatına 365 milyard lirə töhfə verilib

Qahirədə Məmlüklər dövrünə aid su sistemi və məscid qalıqları aşkarlanıb

Bakıda akrobatika və aerobika gimnastikası üzrə Dünya Kubokuna yekun vurulub

Çövkən üzrə Körfəz ölkələri regionu yaradılır VİDEO

Çövkən üzrə Körfəz ölkələri regionu yaradılır VİDEO

Azərbaycan millisi Çövkən üzrə Dünya Çempionatına qələbə ilə başlayıb VİDEO

Azərbaycan millisi Çövkən üzrə Dünya Çempionatına qələbə ilə başlayıb VİDEO