DİM məşqçilik üzrə qabiliyyət imtahanı vermək üçün qeydiyyatdan keçən abituriyentlərə müraciət edib
Bakı, 16 iyun, AZƏRTAC
Abituriyentlər Bakıda fəaliyyət göstərən 61-ci Qabiliyyət İmtahanı Komissiyası (məşqçilik) üzrə “İmtahana buraxılış vərəqələri”ni çap edə bilərlər.
Bu barədə AZƏRTAC-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. İmtahana gələn abituriyentlər aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:
- imtahana buraxılış vərəqəsini;
- sağlamlıq haqqında arayışı (086U formalı tibbi arayış);
- şəxsiyyəti təsdiq edən sənədin əslini:
a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;
- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
Digər komissiyalar üzrə buraxılış vərəqələrinin verilməsi haqqında məlumat veriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [11:16]
Kimya İnstitutunda gənc alimlər üçün beynəlxalq seminar təşkil edilib
- 10.06.2026 [19:52]