DİN: Çoxlu sayda silah-sursat götürülüb, axtarışda olanlar saxlanılıb
Bakı, 10 yanvar, AZƏRTAC
Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirləri davam etdirirlər.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, yanvarın 9-da polis əməkdaşları paytaxt, respublikanın ayrı-ayrı rayonlarında və işğaldan azad olunan bölgələrdə 5 avtomat silahı, 2 tapança, 13 qumbara, 2 pulemyot, 20 tüfəng, 23 patron darağı və 8518 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Bildirilib ki, həmçinin yanvarın 9-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 5 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib. Bununla yanaşı, keçirilən əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 13 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [15:23]
Səbaildə binada baş verən yanğın söndürülüb – YENİLƏNİB 3 VİDEO
- 07.08.2026 [15:05]
Hansı nəsil həyəcanlı vəziyyətlərə daha həssasdır? – Psixoloq rəyi
- 07.08.2026 [14:50]
Qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb
- 07.08.2026 [14:09]
Mütəxəssis: Uşaqlara allergen qidaların gec verilməsi doğru yanaşma deyil
- 07.08.2026 [12:11]
Ucarda 1 tondan çox çətənə kolu məhv edilib
- 07.08.2026 [12:00]
Bu saata olan əsas xəbərlər
- 07.08.2026 [11:29]
Ötən gün narkotiklərlə əlaqəli 29 fakt müəyyən edilib
- 07.08.2026 [11:18]