DİPLOMATLARIMIZ MƏCBURİ KÖÇKÜNLƏRİN VƏZİYYƏTİ İLƏ TANIŞ OLMUŞLAR
Məcburi köçkünlər bu qayğını daim hiss etdiklərini söyləmişlər. Onlar dövlətimizin başçısının Dağlıq Qarabağ probleminin həlli ilə bağlı gördüyü işlərin tezliklə nəticə verəcəyinə əmin olduqlarını vurğulamışlar. Sonra diplomatlar məcburi köçkünlərin yaşayış şəraiti ilə maraqlanmışlar.
Qəsəbənin sakinləri Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında diplomatlarımıza uğurlar arzulamışlar.
Xaricdəki diplomatik nümayəndəliklərin rəhbərləri və təmsilçiləri Biləsuvar rayonu ərazisindəki keçmiş çadır şəhərciyində əvvəllər xeyir–şər evi kimi istifadə olunan muzeydə saxlanılan foto-şəkillərə baxmışlar.
Qonaqlarla Biləsuvardakı 3 nömrəli qəsəbənin klubunda görüş keçirilmişdir. Burada bildirilmişdir ki, belə qəsəbələrin salınması dövlətimizin məcburi köçkünlərə göstərdiyi qayğının bariz numunəsidir. Məcburi köçkünlər onlar üçün yaradılan şəraitdən razı qaldıqlarını söyləmişlər.
Qonaqlar qəsəbədəki orta məktəbə də baş çəkmiş, tədris şəraiti ilə tanış olmuşlar.