Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dirçələn yurd, sevincli sakinlər və 30 illik həsrətin sonu – xocavəndlilərin təəssüratları FOTO VİDEO

Dirçələn yurd, sevincli sakinlər və 30 illik həsrətin sonu – xocavəndlilərin təəssüratları FOTO VİDEO

Xocavənd, 7 aprel, AZƏRTAC

Prezident İlham Əliyevin rəhbərliyi ilə icra olunan "Böyük Qayıdış" Proqramı çərçivəsində Xocavənd şəhəri öz doğma sakinlərini qəbul edir. Bu gün həyata keçirilən növbəti köç karvanının mənzilbaşına çatması ilə daha 33 ailənin, ümumilikdə, 142 nəfərin otuzillik yurd həsrətinə birdəfəlik son qoyuldu.

Xocavəndin küçələrində əks-səda verən uşaq gülüşləri və sakinlərin çöhrəsindəki qürur dolu təbəssüm illərlə qəlbdə yaşadılan böyük intizarın bitdiyindən xəbər verir. Qayıdan sakinlər üçün bu tarixi an sadəcə bir köç deyil, həm də çətin qaçqınlıq həyatının arxada qalması, milli mənliyin və doğma ocağın yenidən bərpası deməkdir.

Doğma yurda qovuşanlar arasında ömrünün bir əsrdən çoxunu yaşamış, uşaqlıq və gənclik xatirələri bu torpaqlara bağlı olan ağsaqqal və ağbirçəklərlə yanaşı, ata-baba yurdunu ilk dəfə görən gənc nəsil də var. Onların hər birinin hekayəsi fərqli olsa da, keçirdikləri sevinc və minnətdarlıq hisləri ortaqdır.

AZƏRTAC-ın bölgə müxbiri Xocavəndə qədəm qoyan sakinlərlə həmsöhbət olub, onların tarixi qayıdış təəssüratlarını qələmə alıb.

Milli Qəhrəman Çingiz Mustafayevə verdiyim sözü tutdum

Sakinlərdən Münasib Rüstəmov uşaqlıq illərinin ağrılı xatirələrinin bu gün böyük sevincə çevrildiyini bildirib. O, 1992-ci ildə Xocavənd rayonunun Əmiranlar kəndindən məcburi köçkün düşəndə hələ azyaşlı olduğunu deyir: “Həmin vaxt atam əsir düşmüşdü, o günlər yaddaşımdan heç vaxt silinmir. Milli Qəhrəman Çingiz Mustafayev bizim kəndə gələndə məndən böyüyəndə kim olacağımı soruşmuşdu. Demişdim ki, əsgər olub düşməndən qisas alacağam. Bu gün çox xoşbəxtəm ki, arzularım gerçəkləşib. Övladlarımla, nəvələrimlə birlikdə qalib xalqın nümayəndəsi kimi Xocavəndə qayıtmışam. Bu, əvəzolunmaz hissdir”.

Münasib Rüstəmovun bu duyğulu xatirələri təkcə bir ailənin deyil, bütöv bir nəslin yaşadığı sarsıntıların və qazanılan böyük Zəfərin təcəssümüdür. Onun uşaq ikən verdiyi sözün bu gün azad olunmuş Xocavənddə gerçəkliyə çevrilməsi, həm də tarixi ədalətin bərpasının əyani sübutudur. Müxbirimizlə söhbəti zamanı o, doğma yurdunun hər qarışını yenidən görməyin həyəcanını gizlədə bilmir, bu torpaqların əsl sahiblərinə qovuşmasının verdiyi qürurla gələcəyə ümidlə baxır. İndi Münasib Rüstəmov üçün ən böyük xoşbəxtlik vaxtilə məcburi köçkün kimi tərk etdiyi yurduna öz nəvələri ilə birlikdə əbədi sakin kimi qayıtmasıdır.

Şəhidlərimizə bir ömür boyu borcluyuq

Doğma yurda qayıdan hər bir sakinin taleyi bir qəhrəmanlıq dastanı ilə kəsişir və bu tarixi qayıdışın arxasında dayanan böyük fədakarlıqlar heç bir zaman unudulmur. Qələbənin gətirdiyi qüruru və torpaqlarımızın azadlığı üçün canından keçənlərə olan minnətdarlıq hissini xocavəndlilər hər addımda xüsusi ehtiramla ifadə edirlər.Bu müqəddəs dönüşün mənəvi dəyərindən söz açan Ziyafət Abbasova bugünkü sevinci xalqımızın yenilməz iradəsinin təntənəsi kimi qiymətləndirib. O, bu günün şəhidlərin qanı bahasına əldə edildiyini vurğulayıb: “Bu gün bizi bu zirvəyə torpaq uğrunda canından keçən şəhidlərimiz çatdırıb. Biz onlara bir ömür boyu borcluyuq. Prezident İlham Əliyevin rəhbərliyi və güclü ordumuzun şücaəti sayəsində müqəddəs torpaqlarımıza qovuşduq. Xocavənddən çıxanda kiçik bir ailə idik, indi isə nəvə-nəticələrimizlə, hətta 101 yaşlı nənəmlə geri qayıtmışıq”.

101 yaşlı sakinin böyük sevinci: Özümü yenidən doğulmuş kimi hiss edirəm

Köç karvanının ən yaşlı sakini, 101 yaşlı İrastə Mustafayeva bu günü görməyin ömrünün ən böyük arzusu olduğunu deyib: “Yaşasın Prezidentimiz, yaşasın Azərbaycan! Ordumuz öz qüdrətini dünyaya nümayiş etdirdi. Mən də Birinci Qarabağ müharibəsinin ağır günlərini yaşamışam, amma bilirdim ki, bir gün qalib tərəf kimi qayıdacağıq. 2 oğlum, 6 qızım, 60-dan çox nəvə, nəticə və kötücəm var. Onlarla birlikdə doğma yurduma gəldiyim üçün özümü yenidən dünyaya gəlmiş kimi hiss edirəm”.

İrastə nənənin bu sözləri Xocavəndin küçələrində hər kəsi duyğulandırdı. Bir əsrlik ömür yolunda həm acı itkiləri, həm də möhtəşəm Zəfəri görən ağbirçəyin öz böyük ailəsi ilə doğma ocağına qovuşması “Böyük Qayıdış”ın ən təsirli mənzərələrindən biridir. Söhbət zamanı o, bu torpaqların hər qarışının müqəddəsliyindən söz açaraq, gələcək nəsillərə azad Qarabağda dinc və firavan həyat arzulayıb.

Xocavəndə qayıdan sakinlər üçün bu gün sadəcə bir köç günü deyil, həm də yarımçıq qalmış arzuların və xatirələrin yenidən canlandığı tarixi andır. Otuzillik fasilədən sonra doğma ocaqlarda yenidən tüstülənən bacalar, bərpa edilən həyat ritmi regionun parlaq gələcəyindən xəbər verir. Qayıdan hər bir sakin özü ilə bərabər bura quruculuq əzmi və yeni ümidlər gətirir. Bu qayıdış həm də Azərbaycanın sarsılmaz birliyinin və işğaldan azad edilmiş torpaqlarımızın əbədi dirçəlişinin növbəti təntənəsidir.

Müxbir-Aydın Yavərzadə

Dirçələn yurd, sevincli sakinlər və 30 illik həsrətin sonu – xocavəndlilərin təəssüratları FOTO VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb

Şəki-Zaqatala bölgəsində yeni tədris ilinə hazırlıq: məktəb və bağçalar yenilənir

Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Antarktida buzlaqları civə mənbəyinə çevrilir

İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur

Bu saata olan əsas xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sahəsində Ər-Riyad və İslamabadla imzalanan saziş digər ölkələrə qarşı yönəlməyib

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək

Emil Əliyev yenidən Rusiya Minifutbol Assosiasiyasının prezidenti vəzifəsinə seçilib

On yeddi yaşlı qıza nişan mərasimi keçirildi, valideynləri polisə dəvət olundular

Naxçıvanda velosiped və elektrik skuterləri üçün yeni infrastruktur yaradılıb

Rəssamlıq Akademiyasında rəqəmsal incəsənət və animasiya üzrə yeni tədris imkanları yaradılır

Tatyana Poloskova: Azərbaycanın xarici siyasətinin əsasında milli maraqların qorunması dayanır

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

Malayziyadan idxal olunan bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb

Sosial Xidmətlər Agentliyi 37 şəhid ailəsinə evlərində sosial-məişət xidməti göstərir

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

Tarixi Vaşinqton görüşü: ABŞ-Azərbaycan əlaqələrində və Cənubi Qafqazın sülh gündəliyində mühüm mərhələ - ŞƏRH

Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar

“Aqroservis”in İdarə Heyətinin sədri Qubada vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Xarici ölkələrin informasiya şəbəkələrinə hücumlar edən şəxslər saxlanılıblar

® “Fitch Ratings” “Expressbank”ın müsbət kredit reytinqini növbəti dəfə təsdiqləyib

Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb

İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub

Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ

Süni intellekt ilk dəfə bakteriyaları yoluxduran həyat qabiliyyətli virusları layihələndirib

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Yeddi ayda 6,4 milyondan çox sərnişin dəmir yolundan istifadə edib

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları qan verib

Nazir müavini: Valideyn-dövlət-özəl əməkdaşlığı məktəbəqədər təhsilin əhatəliliyini genişləndirir

Dövlətə məxsus faydalı qazıntı yatağı hərraca çıxarılacaq

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

“Zirə” Namik Ələskərovla yollarını ayırıb

Azərbaycan müxtəlif geosiyasi məkanlar arasında kommunikasiya imkanları olan dövlət mövqeyini gücləndirir - ŞƏRH

Qazaxıstan Batumi vasitəsilə beynəlxalq nəqliyyat əlaqələrini inkişaf etdirir

Vaşinqton Zirvə Görüşü Cənubi Qafqazda qarşıdurma modelinin dəyişməsinin mühüm mərhələsi kimi qiymətləndirilir - ŞƏRH

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir VİDEO

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir VİDEO

Qlobal ərzaq qiymətləri son 3 ildə ən yüksək səviyyəyə qalxıb

Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanının nəticələri açıqlanıb: 543 nəfər məqbul qiymət alıb

Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib

® “PAŞA Holdinq” 2025-ci ildə start verdiyi “Fərqindəlik” layihəsini uğurla davam etdirir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

BMU-İNHA ikili diplom proqramı üzrə qəbul planı 100 faiz dolub

Aİ Rusiyaya yeni sanksiyalar tətbiq edib

Azərbaycan ilə İran arasında gənclər və idman sahələrində Fəaliyyət Planı təsdiqlənib

Yarım ildə Maliyyə Nazirliyinin aparatına 1090 müraciət daxil olub

Toğrul Xəlilov: Ailə arxivləri ölkənin tarixi yaddaşının ayrılmaz hissəsidir

Kənan Hənifəyev: Nəqliyyat imkanlarının genişlənməsi turist axınını artıra bilər

Dövlət müəssisələrinin maliyyə sağlamlığı Fiskal Risk Reytinqi ilə qiymətləndiriləcək

“Delfin” qasırğası Yaponiya və Çinə yaxınlaşır: yüz minlərlə insan təxliyə edilib

Baş prokuror Laçın və Qubadlı rayonlarında olub

Gürcüstanda tanınmış azərbaycanlı fotojurnalistin kitab-albomu nəşr olunub

Bu il Dövlət Proqramı qaliblərinin məzun olduqları universitetlər üzrə ilk onluq açıqlanıb

Vaşinqton razılaşmaları Azərbaycanın sülh modelinə beynəlxalq dəstəyi təsdiqlədi – ŞƏRH

® “Bizon” lotereyasında daha 4 avtomobil sahibini tapıb

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir VİDEO

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir VİDEO

Pekin parklarında robot “əməkdaşlar” peyda olub

Çin iyulda 2023-cü ilin oktyabrından bəri ən böyük həcmdə qızıl alıb

Mərkəzi Asiyada Sırdərya hövzəsində avtomatlaşdırılmış su ölçmə sistemi planının hazırlanması təsdiqlənib

Hərbi qulluqçular məharət dərəcələri üzrə sınaq imtahanlarına cəlb olunublar

Orta Dəhlizin strateji elementinə çevrilən Zəngəzur dəhlizi: Birillik Vaşinqton diplomatiyasının uğurları - TƏHLİL

AHİK: Texnoloji inkişafın yaratdığı imkanlar həm də işçilərin rifahının yüksəlməsinə xidmət etməlidir

Nəriman Axundzadə Türkiyə klubu ilə müqavilə imzalayıb - EKSKLÜZİV

Türkiyənin Malatya şəhərində zəlzələnin dağıtdığı muzey bərpa edilib

Həftəsonu müşahidə ediləcək hava şəraiti açıqlanıb

Nazirlik: Həyata keçirilən nəzarət tədbirləri nəticəsində 91,6 milyon manat vəsait dövlət büdcəsinə qaytarılıb

Trans-Xəzər fiber-optik xətti Azərbaycanı Avrasiyanın rəqəmsal körpüsünə çevirir - Ekspert rəyi

Ədliyyə naziri Lerikdə 6 rayonun sakinlərinin müraciətlərini dinləyib

® “Fitch” ABB-nin reytinqini növbəti dəfə yüksəldib

® “Birbank Biznes”dən mikrobiznes kreditinə 5 faizədək endirim

Culfadakı “Xoşgəri I” qum-çınqıl yatağı hərraca çıxarılıb

Ukraynalı ekspert: Azərbaycan xarici siyasətinin əsas prioritetinin yalnız milli maraqların qorunması olduğunu nümayiş etdirir

Birinci yarımildə Maliyyə Nazirliyi 68 akt layihəsi hazırlayıb

Türkan Hüseyn: Gənc kinematoqrafçılar üçün xarici dil bilikləri mühüm rol oynayır

Fransada seçkiöncəsi informasiya savaşı: hökumət xarici müdaxilələrə qarşı yeni qanun hazırlayır

Azad edilmiş ərazilərdə aqropark layihələrinin investorlara təqdimatı baş tutub

Türkiyə Pakistan və Səudiyyə Ərəbistanı ilə üçtərəfli müdafiə müqaviləsi imzalayıb – YENİLƏNİB

Almaniyanın Milli Təhlükəsizlik Şurası Leypsiq-Halle hava limanındakı insidenti müzakirə edib

Bu ilin ilk yarısında işğaldan azad edilmiş ərazilərdə 340 layihə icra edilib

Sorğu: Ukraynalılar müharibənin uzun müddət davam edəcəyi qənaətindədirlər

Səbaildə binada baş verən yanğın söndürülüb – YENİLƏNİB 3 VİDEO

Səbaildə binada baş verən yanğın söndürülüb – YENİLƏNİB 3 VİDEO

Maliyyə savadlılığının artırılması istiqamətində sistemli maarifləndirmə proqramlarına ehtiyac var - AÇIQLAMA

Türkan Hüseyn: Beynəlxalq platformalar müəllif baxışının inkişafına yeni imkanlar yaradır

Bu ilin I yarısında dövlət investisiya proqramı çərçivəsində 287 layihə icra edilib

Qazaxıstanda Xəzəryanı ölkələrin elmi potensialının birləşdirilməsi müzakirə olunub

“Vətən” jurnalı: Özbəkistan və Azərbaycan: Müttəfiqlik münasibətlərindən inteqrasiyaya

Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri Qax və Balakən rayonlarından olan vətəndaşlarla görüşüb

Hansı nəsil həyəcanlı vəziyyətlərə daha həssasdır? – Psixoloq rəyi

Aİ Rusiyanın hərbi-sənaye kompleksini dəstəkləyən daha beş şəxsə qarşı sanksiya tətbiq edib

Azərbaycanın bank sektoru “Moody’s”dən müsbət qiymət alıb

Dövlət orqanlarında 9 vakant inzibati vəzifə üzrə daxili müsahibə elan olunub