ELM VƏ TƏHSİL
DMANİSİ BÖLGƏSİ ƏRAZİSİNDƏ 1,8 MİLYON İL ƏVVƏL YAŞAMIŞ İNSANIN QALIQLARI TAPILMIŞDIR
Bu fərziyyəni Gürcüstan Elmlər Akademiyasının arxeoloji ekspedisiyası iştirakçılarının Dmanisi bölgəsində apardığı növbəti arxeoloji qazıntıların yekunu bir daha sübuta yetirmişdir. Orada, alimlərin fikrincə, 1,8 milyon il əvvəl yaşamış insanın qalıqları tapılmışdır. Bu, gürcü arxeoloqlarının kolleksiyasında artıq dördüncü hominidin qalıqlarıdır.
Alimlər bildirmişlər ki, söhbət hominidlərin nümayəndəsindən – homo sapinesin (“əsl adam”) də aid edildiyi primatlar dəstəsinin fəsiləsindən gedir.
Hazırda tədqiqatların nəticələri öyrənilir. Bu işdə gürcü alimləri ilə yanaşı, onların ABŞ, Böyük Britaniya və digər ölkələrdən olan həmkarları da iştirak edirlər.