Dmitri Savelyev: Azərbaycana hər zaman arxalanmaq olar
Moskva, 17 noyabr, AZƏRTAC
Artıq 10 ildir ki, mən Rusiya-Azərbaycan münasibətlərinin inkişafı prosesində iştirak edirəm və bütün bu illər ərzində Azərbaycanın etibarlı müttəfiq olduğunu görmüşəm. Rusiya tam əmindir ki, Azərbaycan etibarlı tərəfdaşdır, ona hər zaman arxalanmaq olar. Prezidentlərimizin şəxsi münasibətləri də bunun təminatıdır.
Bu barədə AZƏRTAC-a Rusiya Dövlət Dumasının Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin üzvü Dmitri Savelyev Rusiya-Azərbaycan Ekspert Şurasının iclası çərçivəsində bildirib.
“İki müstəqil, suveren dövlət arasında münasibətlərin əsasını Heydər Əliyev qoyub. İndi onun oğlu atasının siyasətini uğurla davam etdirir. Əminəm ki, müttəfiqlik münasibətləri daim davam edəcək. Bu çətin zamanda, nəhəng dəyişikliklər, bütün dünya sisteminin yenidən formalaşdığı dövrdə bu, ikiqat, üçqat vacib və aktualdır”, - deyə deputat vurğulayıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [17:51]
Vaşinqtonda ənənəvi Trans-Xəzər Forumu işə başlayıb
- 10.06.2026 [17:40]
Ekspert: Cənubi Qafqaz regionu Türkiyə üçün əhəmiyyətli bölgədir
- 10.06.2026 [17:16]
Sahibə Qafarova İndoneziyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb
- 10.06.2026 [16:18]