Donald Trampın dəstək reytinqi ABŞ liderləri arasında ən aşağı səviyyəyə enib

Bakı, 28 aprel, AZƏRTAC
Donald Trampın dəstək reytinqi 100 günlük prezidentlik dövründən sonra son 80 ildə ABŞ liderləri arasında ən aşağı səviyyəyə enib.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat “ABC News” teleradio şirkətinin, “Washington Post” qəzetinin və “Ipsos” sosiologiya xidmətinin keçirdiyi sorğunun nəticələrində öz əksini tapıb.
Tədqiqata görə, respondentlərin yalnız 39 faizi Donald Trampın idarəçiliyini bəyənir, 55 faizi isə onun fəaliyyətindən narazıdır.
Rəyi soruşulan vətəndaşların 73 faizi iqtisadiyyatın pis vəziyyətdə olduğu qənaətindədir. Həmçinin respondentlərin 71 faizi qiymət artımına səbəb kimi prezidentin tətbiq etdiyi idxal rüsumlarını göstərir. Amerikalıların yalnız 31 faizi Donald Trampın uzunmüddətli perspektivdə iqtisadiyyatın daha möhkəm təmələ malik olacağına dair arqumenti ilə razılaşıb.
Eyni zamanda, sorğu iştirakçılarının əksəriyyəti – 58 faizi Donald Tramp administrasiyasının vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı öhdəliklərinə şübhə ilə yanaşır.
Beynəlxalq münasibətlərə gəlincə, respondentlərin 49 faizinin fikrincə, dövlət başçısı dünyada ABŞ liderliyini gücləndirmək əvəzinə daha da zəiflədib. Buna baxmayaraq amerikalıların 34 faizi Birləşmiş Ştatların hazırkı siyasətini dəstəklədiyini bildirib.
ABŞ vətəndaşlarının 46 faizi Donald Trampın Rusiya ilə həddən artıq xoş davrandığını, 11 faizi onun yanaşmasının sərt olduğunu, 40 faizi isə prezidentin taktikasını bəyəndiyini bildirib.
Qeyd edək ki, sorğu 2025-ci il aprelin 18-22-də təsadüfən seçilən 2464 amerikalı arasında keçirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.05.2025 [11:50]
İndoneziyada partlayış nəticəsində azı 13 nəfər ölüb
- 13.05.2025 [11:18]
Parisdə “Louis Vuitton” mağazası son 7 ayda üçüncü dəfə qarət edilib
- 13.05.2025 [10:54]
“Sabah” qəzeti PKK-nın tərk-silah edilməsinin yol xəritəsini açıqlayıb
- 13.05.2025 [10:39]
Antonio Quterreş: BMT-də geniş struktur islahatlarına başlanılır
- 13.05.2025 [07:26]
Çin Latın Amerikası ölkələrinə 9,2 milyard dollar kredit verəcək
- 13.05.2025 [06:22]
Baltik dənizi regionunda genişmiqyaslı oğurluq hadisəsinin qarşısı alınıb
- 13.05.2025 [05:41]
Oğurlanmış Budda heykəli 13 ildən sonra yapon məbədinə qaytarılıb
Tramp: Aİ çox vaxt ABŞ-la Çindən daha pis davranır
- 12.05.2025 [23:21]
Ərdoğan: “Terrorsuz Türkiyə” hədəfinə doğru yolda kritik hədd keçildi
- 12.05.2025 [22:50]
Zelenski və Ərdoğan İstanbul görüşünün detallarını müzakirə ediblər
- 12.05.2025 [21:38]
Donald Tramp Yaxın Şərqə səfərə yola düşüb
- 12.05.2025 [20:36]
Əcnəbilər Monteneqroda 113,5 milyon avroluq daşınmaz əmlak alıblar
- 12.05.2025 [20:12]
Konfrans Liqasının final oyununu idarə edəcək hakim açıqlanıb
- 12.05.2025 [20:07]
UEFA Çempionlar Liqasının final matçını idarə edəcək hakimlər açıqlanıb
- 12.05.2025 [20:06]
Almatıda "Qərbi Azərbaycana Qayıdış Çağırışları" mövzusunda forum keçirilib
- 12.05.2025 [20:02]
Britaniyanın Baş nazirinin evində yanğın olub
- 12.05.2025 [19:39]
Karlo Ançelotti Braziliya millisinin baş məşqçisi təyin olunub
- 12.05.2025 [19:36]
Londonda elektrik kəsintisi metroda ciddi nəqliyyat pozuntularına səbəb olub
- 12.05.2025 [19:33]
Sloveniyada Azərbaycanın igid oğlu Mehdi Hüseynzadənin xatirəsi anılıb
- 12.05.2025 [19:32]
Azərbaycan bu il də Bakı İqlim Fəaliyyəti Həftəsinə ev sahibliyi edəcək
- 12.05.2025 [19:20]
ABŞ Çin məhsullarına tətbiq etdiyi rüsumları 145 faizdən 30 faizə endirib
- 12.05.2025 [19:10]