Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin on birinci sessiyası keçirilib

Naxçıvan, 21 iyul, AZƏRTAC

İyulun 21-də dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin on birinci sessiyası keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sessiyanın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:

1. 2015-ci ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları

2. Naxçıvan Muxtar Respublikasının 2014-cü il dövlət büdcəsinin icrasının təsdiq edilməsi

3. “Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi.

2015-ci ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları ilə əlaqədar çıxış edən Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini Asəf Məmmədov deyib ki, muxtar respublikada hesabat dövrü ərzində təhsil, mədəniyyət, səhiyyə, rabitə, energetika və digər sahələr də daxil olmaqla müasir tələblərə cavab verən yeni obyektlər istifadəyə verilib, yollar salınıb, körpülər tikilib, istehsal və xidmət sahələrinin yaradılması istiqamətində işlər davam etdirilibdir. Cari ilin 6 ayı ərzində muxtar respublikada tikinti-quraşdırma işlərinə sərf olunmuş investisiyaların həcmi 2,7 faiz artıb, tikinti sahəsində 11 min nəfərə yaxın işçi çalışıb. Bu dövrdə muxtar respublikada 189 müxtəlif təyinatlı obyektin tikintisi, yenidən qurulması və ya əsaslı təmiri davam etdirilib.

Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat və sənaye naziri Famil Seyidov çıxış edərək deyib ki, 2015-ci ilin ötən dövründə 439 sənaye müəssisəsi fəaliyyət göstərib. Bunun nəticəsidir ki, 2015-ci ilin birinci yarımilində 491 milyon 381 min manatlıq və ya 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 3 faiz çox sənaye məhsulu istehsal olunub. Cari ilin müvafiq dövründə kənd təsərrüfatı məhsulları istehsalı və emal sənayesini əhatə etməklə 28 istehsal və xidmət sahəsi istifadəyə verilib, muхtаr respublikada 336 növdə məhsulа оlаn tələbаtın tаmаmilə yеrli istеhsаl hеsаbınа ödənilməsi təmin edilib. 2015-ci ildə sahibkarlığın inkişafı iqtisadi siyasətin əsas istiqamətlərindən biri olub, ümumi daxili məhsulda özəl bölmənin payı 87 faizi ötüb. Əhаlinin ərzaq məhsullаrınа оlаn tələbаtının ilboyu ödənilməsinin təmin edilməsi məqsədilə yerli investisiyalar əsasında soyuducu anbarların sayı 20-yə, tutumu 12 min 250 tona, tərəvəz məhsullarının yetişdirilməsi üçün istiхаnа kоmplеkslərinin ümumi sahəsi 100 min kvadratmetrə, uzunmüddətli taxıl anbarlarının tutumu 27 min tоna, qısаmüddətli tахıl anbarlarının tutumu 43 min 380 tоna, tахıl еmаlı müəssisələrinin sayı 17-yə, ətlik və yumurtalıq istiqamətində quşçuluq təsərrüfatlarının sayı 64-ə çatdırılıb.

Sessiyada çıxış edən Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov bildirib ki, 2015-ci ilin birinci yarısında məşğulluq xidməti orqanlarına müraciət edən 1391 nəfər, Naxçıvan şəhəri və rayonlarda keçirilmiş əmək yarmarkalarında isə 332 nəfər işlə təmin olunub. Cari ilin altı ayı ərzində əmək bazarının tələbinə uyğun olaraq Naxçıvan Regional Peşə-Tədris Mərkəzində təşkil edilmiş peşə kurslarına ümumilikdə 195 nəfər cəlb edilib. Muxtar respublikada həyata keçirilən sosial siyasət əhalinin məşğulluq imkanlarının artması və aztəminatlı ailələrin sayının azalması ilə nəticələnib. 2015-ci ilin birinci yarısında aztəminatlı ailələrə ödənilən ünvanlı dövlət sosial yardımına 1 milyon 692 min manat sərf olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 32 min manat azdır. 2014-2015-ci tədris ilində məhdud fiziki imkanlı 40 uşaq məktəbəqədər təhsil müəssisəsinə, 78 uşaq ümumtəhsil müəssisələrinin birinci siniflərinə, 179 uşaq isə məktəbdənkənar müəssisələrin dərnəklərinə, musiqi məktəblərinə və idmanın müxtəlif növləri üzrə qruplara cəlb edilib. Bu dövr ərzində eşitmə qabiliyyəti məhdud 7 uşaq üçün distant dərslərin tədrisi davam etdirilib.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin sədri Kamal Cəfərov qeyd edib ki, cari ilin ötən dövrü ərzində ümumi inkişafı xarakterizə edən ümumi daxili məhsul istehsalının həcmi bir il öncəyə nisbətdə 5 faiz artaraq 1 milyard 86 milyon 578 min manat təşkil edib. Etibarlı ərzaq təminatı sisteminin qurulması daxili bazarda tələbatın ödənilməsi ilə yanaşı ixrac potensialını da gücləndirməkdədir. Belə ki, ötən dövr ərzində muxtar respublikadan kənara 38 milyon ABŞ dollarından artıq həcmdə kənd təsərrüfatı məhsulları, xüsusilə də meyvə və tərəvəz məhsulları ixrac olunub. Yanvar-iyun aylarında 1830 yeni iş yeri açılıb ki, bu iş yerlərinin də 98 faizi daimi iş yerləridir. Muxtar respublika iqtisadiyyatının inkişafı xarici ticarət əlaqələrinin genişlənməsinə də şərait yaradıb, cari ilin yanvar-iyun aylarında muxtar respublikada 208 milyon 291 min Amerika Birləşmiş Ştatları dolları həcmində xarici ticarət dövriyyəsi qeydə alınıb. İxracın həcmi son bir il ərzində 5 faiz artaraq 184 milyon 420 min Amerika Birləşmiş Ştatları dollarını ötüb, idxalın həcmi isə 58,4 faiz azalaraq 23 milyon 871 min Amerika Birləşmiş Ştatları dolları həcmində olub. Xarici ticarət üzrə 160 milyon 550 min Amerika Birləşmiş Ştatları dollarından artıq həcmdə müsbət saldo yaranıb. Bundan başqa, 1 iyun 2015-ci il tarixə muxtar respublika əhalisinin sayı bir il öncəyə nisbətdə 4314 nəfər artaraq 441 min 381 nəfərə çatıb. Əhali artımında müsbət miqrasiya ilə yanaşı doğulanların sayı əsas rol oynayıb və bir il öncəyə nisbətdə bu göstərici 8 faiz artıb.

Sessiyanın gündəliyinə daxil edilmiş ikinci məsələ ilə əlaqədar çıxış edən Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Xalid İsgəndərov Naxçıvan Muxtar Respublikasının 2014-cü il dövlət büdcəsinin icrası haqqında məlumat verərək deyib ki, Naxçıvan Muxtar Respublikasının dövlət büdcəsinə 2014-cü ildə bütün mənbələr hesabına 66 milyon 800 min manat proqnoza qarşı 74 milyon 84 min 717 manat vəsait daxil olub, tapşırıq 110,9 faiz icra olunub. Bu, nəzərdə tutulan məbləğdən 7 milyon 284 min 717 manat, 2013-cü illə müqayisədə isə 14,2 faiz, yaxud 9 milyon 227 min 94 manat çoxdur. 2014-cü ildə büdcə daxilolmalarının 83,7 faizi Vergilər Nazirliyi, 13,6 faizi Dövlət Gömrük Komitəsi tərəfindən, 2,6 faizi büdcə təşkilatlarının ödənişli xidmətlərindən təmin edilib. Naxçıvan Muxtar Respublikası dövlət büdcəsinin xərcləri 2014-cü ildə 350 milyon 500 min manat təyinata qarşı 349 milyon 702 min 322 manat və ya 99,8 faiz icra olunub. Naxçıvan Muxtar Respublikasının dövlət büdcəsinə 2015-ci ilin birinci yarımilində bütün mənbələr hesabına 31 milyon 733 min manat proqnoza qarşı 35 milyon 709 min 290 manat və ya 112,5 faiz icra olunmaqla 3 milyon 976 min 290 manat artıq vəsait daxil olub. Bu dövrdə dövlət büdcəsinin xərcləri 214 milyon 567 min 763 manat dürüst təyinata qarşı 176 milyon 563 min 457 manat və ya 82,3 faiz olub.

Sessiyada “Naxçıvan Muxtar Respublikasının 2014-cü il dövlət büdcəsinin icrası haqqında” Naxçıvan Muxtar Respublikasının qanunu qəbul olunub.

Gündəlikdə duran üçüncü məsələnin müzakirəsi zamanı qeyd olunub ki, “Azərbaycan Respublikasının Seçki Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 3 aprel tarixli Qanunu ilə seçki komissiyası üzvünün səlahiyyətinə xitam verilməsi qaydasında dəyişiklik edilib. “Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununu bu dəyişikliyə uyğunlaşdırmaq məqsədilə Qanun layihəsi hazırlanıb.

Sessiyada “Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikası Qanununda dəyişiklik edilməsi barədə” Naxçıvan Muxtar Respublikası qanunu qəbul edilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sessiyada çıxış edib. Bununla da dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin on birinci sessiyası öz işini başa çatdırıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Vasif Talıbovun çıxışı

- Hörmətli deputatlar və sessiya iştirakçıları!

Ulu öndər Heydər Əliyev yolu ilə gedən Azərbaycanda hər il sosial-iqtisadi inkişaf sahəsində mühüm nailiyyətlər qazanılır. Bu, öz əksini əhalinin yaxşılaşan həyat səviyyəsində, sabitlik və əmin-amanlıqda tapır. Əldə olunan sabitliyin nəticəsidir ki, bu gün Azərbaycan dünya əhəmiyyətli tədbirlərə ev sahibliyi edir. Bu yaxınlarda ilk Avropa Oyunlarının yüksək səviyyədə təşkili və tam sabitlik şəraitində keçirilməsi Azərbaycanın iqtisadi qüdrətinin əyani ifadəsi idi. Ölkəmizin ilbəil artan iqtisadi gücünü şərtləndirən əsas amillərdən biri də regionların tarazlı inkişafının təmin edilməsidir.

Azərbaycanın digər iqtisadi rayonları kimi Naxçıvan Muxtar Respublikası da özünün quruculuq və inkişaf dövrünü yaşayır. Hazırda sosial-iqtisadi həyatın elə bir sahəsi yoxdur ki, orada quruculuq tədbirləri getməsin.

Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair dövlət proqramlarına vaxtında əməl olunması, iqtisadi və sosial sahədə qarşıya qoyulan vəzifə və tapşırıqların yerinə yetirilməsi yeni istehsal sahələrinin və iş yerlərinin açılmasına, əhali məşğulluğunun yüksəldilməsinə, müasir infrastrukturun yaradılmasına səbəb olmuşdur. Cari ilin ilk yarısında sənaye, kənd təsərrüfatı, tikinti kimi maddi istehsal sahələrində, eləcə də xidmət sektorunda qeydə alınan göstəricilər deməyə əsas verir ki, muxtar respublikamız 2015-ci ili də yüksək nəticələrlə başa vuracaqdır.

Lakin bunlar son hədd deyil. Bizim əsas məqsədimiz iqtisadi və sosial sahədə qazanılan uğurların davamlılığını təmin etmək, əhalinin rifah halını daha da yaxşılaşdırmaqdır. Bu vəzifələrin icrası üçün isə aid dövlət orqanları fəaliyyətlərini daha da gücləndirməlidirlər.

İqtisadiyyat və Sənaye Nazirliyi istehlak bazarında qiymətlər üzərində nəzarət funksiyasını gücləndirməli, Kənd Təsərrüfatı Nazirliyi və yerli icra hakimiyyətləri ilə birlikdə kənd təsərrüfatı və yerli istehsal məhsullarının satış yarmarkalarının təşkilini bundan sonra da davam etdirməlidir. Yeni müəssisələr yaradılarkən daxili bazarın tələbatı, tarixən formalaşmış təsərrüfatçılıq ənənələri nəzərə alınmalı, sahibkarlara güzəştli şərtlərlə dövlət maliyyə dəstəyinin göstərilməsi davam etdirilməlidir.

Aqrar sektorun inkişafını və modernləşdirilməsini sürətləndirmək, kənd təsərrüfatı məhsullarının ixrac imkanlarını daha da artırmaq məqsədilə 2015-ci il ölkəmizdə, eləcə də muxtar respublikamızda “Kənd təsərrüfatı ili” elan edilmişdir.

Bu gün torpaqlardan səmərəli istifadə qarşıda duran əsas vəzifələrdəndir. Əkinəyararlı torpaq sahələrinin məhdudluğu nəzərə alınaraq əkinçiliyin inkişafında intensiv amillərə üstünlük verilməlidir. Kənd təsərrüfatına yararlı torpaqlardan digər məqsədlər üçün istifadənin qarşısı alınmalı, onların əkin dövriyyəsinə cəlb olunması istiqamətində tədbirlər görülməlidir. Kənd Təsərrüfatı Nazirliyi və yerli icra hakimiyyəti orqanları bitkiçilik məhsullarının əkinində ərazinin relyef və iqlim xüsusiyyətlərinin nəzərə alınması, növbəli əkin sisteminin tətbiqi ilə bağlı mütəmadi olaraq tədbirlər görməlidirlər.

Kənd təsərrüfatında innovasiyaların tətbiqi təşviq olunmalı, yeni texnologiyaların, müasir əkin və suvarma metodlarının, qabaqcıl təcrübənin tətbiqinə diqqət artırılmalıdır. Düzgün seçilməyən əkin və suvarma metodları torpaqların şoranlaşmasına və eroziyaya uğramasına səbəb olur. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsi ilə birlikdə muxtar respublikada şoranlaşmış və eroziyaya uğramış torpaqların mütəmadi monitorinqini aparmalı, şoranlaşmış torpaqların yenidən əkin dövriyyəsinə qaytarılmasını təmin etməlidir.

Dünya təcrübəsi göstərir ki, kənd təsərrüfatında məhsuldarlığın yüksəldilməsinin əsas yollarından biri də ayrı-ayrı ailə təsərrüfatlarının birləşərək iri təsərrüfatlar yaratmasıdır. Bu, məhsul istehsalına çəkilən xərclərin azalmasına, eləcə də ixrac potensialının artmasına öz təsirini göstərə bilər. Kənd Təsərrüfatı Nazirliyi və yerli icra hakimiyyəti orqanları yerlərdə iri fermer təsərrüfatlarının yaradılması məqsədilə maarifləndirici tədbirlər aparmalıdırlar.

Əkilmiş sahələrdən bol məhsul götürülməsində suvarmanın düzgün təşkili mühüm əhəmiyyətə malikdir. Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsi, yerli icra hakimiyyətləri su itkisinin qarşısını almaq üçün su bölgüsünün səmərəli təşkil olunmasını təmin etməli, kanal və arxların vaxtında təmizlənməsi və bərpası işlərinə diqqəti artırmalıdırlar.

Kənd təsərrüfatının inkişafına maliyyə dəstəyi gücləndirilməli, muxtar respublikada fəaliyyət göstərən bank və kredit təşkilatları, həmçinin Sahibkarlığa Kömək Fondu kənd təsərrüfatına yönəldilən kreditlərin həcmini artırmalı və əhatə dairəsini genişləndirməlidirlər.

Kənd Təsərrüfatı Nazirliyi və Dövlət Baş Sığorta Agentliyi kənd təsərrüfatında sığorta işinin təşkilinə diqqəti artırmalı, istehsalçıları mümkün sığorta hadisələri barədə maarifləndirməlidirlər.

İqtisadiyyat və Sənaye Nazirliyi Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə tələbatdan artıq istehsal olunan kənd təsərrüfatı məhsullarının ixracı üçün sahibkarlara lazımi dəstək verməlidirlər. Eyni zamanda yerli icra hakimiyyəti orqanları ilə birlikdə mövsüm ərzində məhsulun soyuducu anbarlar tərəfindən tədarükü də təmin olunmalıdır. Dövlət Gömrük Komitəsi daxili bazarın qorunması məqsədilə kənd təsərrüfatı məhsullarının idxalının mövsümə uyğun tənzimlənməsini davam etdirməlidir.

Ərzaq təhlükəsizliyinin təmin olunmasında heyvandarlıq, quşçuluq və arıçılığın inkişafına da diqqət artırılmalıdır. Kənd Təsərrüfatı Nazirliyi Dövlət Baytarlıq Xidməti ilə birlikdə qeyd edilən sahələrdə məhsuldarlığın yüksəldilməsi məqsədilə xəstəliklərə qarşı mübarizə tədbirlərinin vaxtında aparılmasına nəzarət etməlidirlər.

Muxtar respublikada əsas kapitala yönəldilən investisiyaların həcminin ildən-ilə artması tikinti-quruculuq işlərinin miqyasının və əhatə dairəsinin də genişlənməsinə səbəb olmuşdur. Tikinti işlərinin yüksək keyfiyyətlə aparılması məqsədilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Fövqəladə Hallar Nazirliyi ərazinin relyefinə uyğun konstruksiyaların seçilməsinə, tikinti layihələrinin ciddi şəkildə təhlil olunmasına və keyfiyyətli materiallardan istifadəyə nəzarəti artırmalıdır.

Rabitə və Yeni Texnologiyalar Nazirliyi rabitə və poçt xidmətinin, genişzolaqlı və simsiz internetin əhatə dairəsini genişləndirməlidir. “Evədək optika” və “Elektron hökumət” layihələrinin icrası üçün aid təşkilatlarla birlikdə bütün səylər səfərbər olunmalıdır.

Muxtar respublikamızda enerji təhlükəsizliyinin təmin olunması üçün məqsədyönlü tədbirlər görülür. Dövlət Energetika Agentliyi, “Naxçıvanqaz” İstehsalat Birliyi və yerli icra hakimiyyəti orqanları qaz və elektrik enerjisi itkilərinə səbəb olan nöqsanları aradan qaldırmalı, müasir tipli elektrik və qaz sayğaclarının quraşdırılması davam etdirilməlidir.

Təhsil Nazirliyi tədrisin yeni metodlar və təlimin texniki vasitələrdən istifadə əsasında qurulmasına nail olmalı, məktəblərin pedaqoji kadrlara olan tələbatının müəyyənləşdirilməsi və ixtisaslı müəllimlərlə təmin edilməsi üçün zəruri tədbirlər görməli, distant dərslərin və muzeylərdə açıq dərslərin keçirilməsini davam etdirməlidir.

Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsi elmi nailiyyətlərin təcrübəyə tətbiqini gücləndirməli, “Naxçıvan tarixi” çoxcildliyinin üçüncü cildinin nəşrə hazırlanmasını başa çatdırmalı, aparılan elmi tədqiqatların aktuallığına nail olmalıdır.

Ali təhsil müəssisələri müasir tədris texnologiyalarından istifadə etməklə təhsilin keyfiyyətinin yüksəldilməsinə və məzmunun yeniləşdirilməsinə nail olmalıdırlar. Ali məktəblərin beynəlxalq elmi əlaqələri genişləndirilməlidir. Əmək bazarının tələblərinə cavab verən ixtisaslı kadrların hazırlanması diqqətdə saxlanmalı, tədris proqramlarında daim yeniləşmələr aparılmalıdır. Perspektiv inkişaf və kadr hazırlığı nəzərə alınaraq aidiyyəti dövlət orqanları ali təhsil müəssisələrinin müvafiq ixtisaslarını himayəyə götürməlidirlər.

Səhiyyə Nazirliyi səhiyyə müəssisələrində tibbi avadanlıqlardan səmərəli istifadəni təmin etməlidir. Əczaxanaların fəaliyyətinə, satılan dərman preparatlarının keyfiyyətinə və qiymətinə nəzarət olmalıdır. Səhiyyə sistemində əsas vəzifələrdən biri də tibbi heyətin peşəkarlığının artırılmasıdır.

Mədəniyyət və Turizm Nazirliyi tabeliyində olan müəssisə və təşkilatların fəaliyyətini müasir tələblər səviyyəsində qurmalı, xalq teatrlarının, folklor qruplarının işi canlandırılmalı, muxtar respublikanın turizm potensialından səmərəli istifadə edilməlidir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əmək bazarında müxtəlif peşələr üzrə kadrlara olan tələbatı müəyyənləşdirməli, peşə hazırlığını əmək bazarının tələblərinə uyğunlaşdırmalı, şəhər və rayonlarda əmək yarmarkalarının keçirilməsini davam etdirməlidir.

Dövlət Sosial Müdafiə Fondu əmək fəaliyyətinə yeni başlayan işçilərin fərdi uçot sistemində qeydiyyata alınmasını və sosial sığorta şəhadətnamələri ilə təmin olunmasını diqqətdə saxlamalıdır.

Hüquq-mühafizə orqanları ictimai asayişin və sabitliyin qorunması üçün tədbirləri gücləndirməli, profilaktika işi ardıcıl olaraq həyata keçirilməli, vətəndaşların müraciətlərinə vaxtında baxılmalıdır.

Yerli icra hakimiyyəti orqanları abadlıq işlərinin keyfiyyətinə, istifadəyə verilmiş inzibati və sosial obyektlərin qorunub saxlanılmasına nəzarəti gücləndirməli, məişət tullantılarının vaxtında toplanmasını təşkil etməli, müəssisə və təşkilatlarda nizam-intizam gücləndirilməli, qanunsuz tikililərin qarşısı alınmalı, salınmış yaşıllıq və gülkarlıqlar qorunmalıdır. Vətəndaşların müraciətləri yerində araşdırılmalıdır.

Muxtar respublikanın kütləvi informasiya vasitələrində maarifçilik xətti gücləndirilməli, ədəbi dil normaları qorunmalı, tarix və vətənpərvərlik mövzularında materialların hazırlanmasına diqqət artırılmalıdır. Mətbuat işçiləri muxtar respublikanın inkişafında yaxından iştirak etməlidirlər.

Muxtar respublikamızda əldə olunmuş inkişaf göstəriciləri bundan sonrakı dövrdə də fəaliyyət üçün ciddi əsaslar yaradır. “Kənd təsərrüfatı ili”nin uğurla başa vurulması üçün bütün imkanlar səfərbər olunmalıdır.

Biz bugünkü işimizlə, fəaliyyətimizlə müstəqil ölkəmizin gələcəyinə öz töhfəmizi veririk. Azərbaycanın gələcək inkişafının təməlinin bu gündən qoyulduğunu bildirən ölkə Prezidenti cənab İlham Əliyev demişdir: “Azərbaycan güclü ölkədir. Bizim yolumuz ədalət yoludur. Yolumuz haqq yoludur, inkişaf yoludur, tərəqqi yoludur. Biz bu yolla uğurla gedirik və gedəcəyik”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dünya çempionatı: İran və Yeni Zelandiya milliləri heç-heçə ediblər

Vens: AEBA və ABŞ İrana zənginləşdirilmiş uran ehtiyatlarını məhv etməyə kömək edəcək

Kayseri Universitetinin rektoru: Şuşa Bəyannaməsi regional sülh və sabitlik üçün mühüm istiqamətverici sənəddir

15 İyun - Milli Qurtuluş Günü: Dövlətçiliyimizin qorunması və inkişaf strategiyasının formalaşmasında mühüm mərhələ

Şaxlo Abicanova: Orta Dəhliz beynəlxalq logistikanın əsas istiqamətlərindən birinə çevrilib

Dünya çempionatı: Səudiyyə Ərəbistanı və Uruqvay oyununda qalib müəyyənləşməyib

Vens: ABŞ-İran danışıqları dövründə Hörmüz boğazından keçid ödənişsiz olacaq

Ekspert: Heydər Əliyevin 90-cı illərdə qəbul etdiyi qərarlar Azərbaycanın müasir müstəqil xarici siyasətinin təməlini qoyub

İsrail ordusunun Livana son hücumları nəticəsində 15 nəfər ölüb, 82 nəfər yaralanıb

CNN: ABŞ-də bombardmançı təyyarənin qəzaya uğraması nəticəsində 8 nəfər ölüb YENİLƏNİB

Türkiyənin xarici işlər naziri Moskvada Cənubi Qafqazda sülh prosesinə dəstəyi bir daha təsdiq edəcək

Meerim Usubaliyeva: Qırğızıstanın logistika şirkətləri Orta Dəhlizdən fəal istifadə edirlər

Milli Qurtuluş Günü və Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası

Milli Qurtuluş Gününə həsr olunmuş tədbir: “Azərbaycanın taleyini dəyişən zəfər tarixi”

Kəbə örtüyü xüsusi mərasimlə dəyişdirilib

Dünya çempionatı: Belçika Misirlə heç-heçə edib

Bakıda Milli Qurtuluş Gününə həsr olunan bayram konserti

Liviya sahillərində azı 15 miqrantın meyiti aşkarlanıb

Suriyada beynəlxalq narkotik şəbəkəsi zərərsizləşdirilib

Qaxda savate idman növü üzrə turnir təşkil edilib

Azərbaycan Dövlət Akademik Filarmoniyasının “Gənclərə dəstək” layihəsinin iştirakçıları Tbilisidə konsert proqramı ilə çıxış ediblər

“Turan Tovuz” Konfrans Liqasında iştirak etməyəcək

Qurtuluşun açdığı yol, Zəfərin ucaltdığı Azərbaycan

Ərdoğan və BMT-nin Baş katibi arasında telefon danışığı olub

Göyçayda güclü külək fəsadlara yol açıb

Kanadada “Heydər Əliyev və Azərbaycan Mədəniyyəti” adlı qısametrajlı sənədli film hazırlanıb

Avropada hava nəqliyyatı sərnişinləri üçün daha güclü müdafiə mexanizmi yaradılır

Göyçayda minik avtomobilləri toqquşub, 2 nəfər xəsarət alıb

İspaniya millisi dünya çempionatına heç-heçə ilə başlayıb

Azərbaycan Ordusunda Milli Qurtuluş Günü münasibətilə silsilə tədbirlər təşkil olunub

Xankəndi Mədəniyyət Mərkəzində ilk dəfə Milli Qurtuluş Gününə həsr edilən təntənəli konsert olub

Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçilib

ŞKTC XİN: Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsini hörmətlə anırıq

Dövlət Komitəsi Milli Qurtuluş Günü münasibətilə videoçarx hazırlayıb

Şəlalə Kamilova: İqtisadiyyatın strateji əhəmiyyətli sahələrində qadınların iştirakının genişləndirilməsi xüsusi aktuallıq kəsb edir

Yəmən sahilləri yaxınlığında gəmiyə silahlı hücum edilib

İstanbulda Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərindən bəhs olunub

Janna Aydarova: Orta Dəhlizin gələcəyi Qazaxıstanla Azərbaycanın əməkdaşlığından asılıdır

“Romeo və Cülyetta”da gözlənilməz qonaq – Əsas qəhrəmanın ölüm səhnəsi gülüşlərlə yadda qalıb

Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq

ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq

Nargiza Miralimova: Logistika sahəsində qadın liderliyinin inkişafı regional əməkdaşlığın möhkəmlənməsinə töhfə verir

Azərbaycan və Venesuela arasında idman sahəsində əlaqələr genişləndirilir

Qubada “Əsrlərin əks-sədası: Əcdadların musiqi irsi – keçmişdən bu günə” adlı fotosərgi və konsert proqramı təşkil edilib

Karpat hövzəsinin qədim sakinləri

Bu saata olan əsas xəbərlər

"Panatinaikos" Ergin Atamanla yollarını ayırıb

Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb

Sabah əksər yerlərdə hava yağıntılı və dumanlı olacaq, magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Burhanettin Duran: Milli Qurtuluş Günü Azərbaycan xalqının gələcəyinə sahib çıxmasının rəmzidir

Astanada ortaq türk əlifbasının gələcək tətbiqinə dəstəyi təsdiqləyən Bəyannamə imzalanıb

ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib

İğdır Universitetinin rektoru: Şuşa Bəyannaməsi Türkiyə-Azərbaycan qardaşlığının yol göstərən ulduzudur

® Moody’s ABB-nin reytinqini yüksək səviyyədə saxlayıb

Zelenski G7 sammiti çərçivəsində Putinlə görüşməyi təklif edib

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya 1993-cü ildən sonra müəyyənləşdirilib – ŞƏRH

Sorğu: Ukraynalıların əksəriyyəti rus dilinin rəsmi səviyyədə istifadədən çıxarılmasını dəstəkləyir

Gürcüstan və Serbiya prezidentlərinin görüşündə regional təhlükəsizlik məsələləri diqqətdə olub

Azərbaycanın iki boksçusu Dünya Kubokuna qələbə ilə başlayıb

Şuşa Bəyannaməsi: Zəfər rəmzindən yeni regional nizamın formalaşmasına doğru

Tovuzda su kanalından kişi meyiti tapılıb

Üçaylıq missiyadan sonra “Şarl de Qoll” aviadaşıyıcısı Fransaya qayıdır

“Azərbaycan rüzgarı”nın növbəti buraxılışı Milli Qurtuluş Gününə həsr edilib

Səbinə Tanrıverdiyeva: Logistika sahəsində qadın liderliyi regional əməkdaşlığın inkişafına töhfə verir

Donald Tramp: Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır

Seçmə mərhələ: Azərbaycan millisinin rəqibləri bəlli olub

Milli Qurtuluş Günü Qaxda silsilə tədbirlərlə qeyd olunub

Azərbaycanın müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib

Türkiyə Prezidenti Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edib

Kir Starmerlə əlaqəli əmlakların və avtomobilin yandırılmasına görə 2 nəfər təqsirli bilinib

Macarıstanda xarici onlayn mağazalar üstünlük qazanır

Numan Kurtulmuş: Türkiyə ilə Azərbaycanı ortaq tarixi yaddaş, mədəniyyət və tale birləşdirir

Azərbaycan boksçuları Serbiyada 13 medal qazanıblar

Tunis yığmasının baş məşqçisi istefa verib

AFFA-nın baş katibi FIFA-nın sammitində

Hulusi Kılıç: Şuşa Bəyannaməsi Türkiyə ilə Azərbaycanın potensialının birləşməsi üçün güclü stimuldur

Milli Qurtuluş Günü Azərbaycan tarixində yeni mərhələnin başlanğıcıdır

Müdafiə naziri: Azərbaycan Ordusunun şəxsi heyətinin Böyük Qayıdışa layiqli töhfələr verməsi Vətənə sədaqət nümunəsidir

Sabahdan “Sığorta Tarixçəsi Əmsalı”nın tətbiqinə başlanılır

Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir

Türkiyə ictimaiyyəti Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edir

Kir Starmer: 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük göndərilib VİDEO

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük göndərilib VİDEO

Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığının əbədi və sarsılmaz birliyini təsdiqləyən tarixi manifestdir ŞƏRH

Türkiyə Müdafiə Nazirliyi: Ankara və Bakı bundan sonra da çiyin-çiyinə dayanacaq

Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib

“Qara Canavar” evinə qayıdıb: Nazim Sadıxov Bakıda yenidən tarix yazmaq əzmindədir

G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb

Azərbaycan məhsulları Moskvada təqdim olunub

Şuşada beynəlxalq konfrans: Cənubi Qafqazda sülh quruculuğu müzakirə olunub YENİLƏNİB VİDEO

Şuşada beynəlxalq konfrans: Cənubi Qafqazda sülh quruculuğu müzakirə olunub YENİLƏNİB VİDEO

Azərbaycanlı futbolçu Kipr klubuna keçib

Türkiyənin XİN başçısı sabah Rusiyaya səfər edəcək

Avropalı liderlər ABŞ ilə İran arasında əldə olunan razılaşmanı alqışlayıblar

Belçika Hörmüz boğazının tezliklə yenidən açılacağına ümid edir

“Real Madrid” Mark Kukurellanın keçidini açıqlayıb

Buğda üzrə orta məhsuldarlıq ötən illə müqayisədə 19,5 faiz artıb VİDEO

Buğda üzrə orta məhsuldarlıq ötən illə müqayisədə 19,5 faiz artıb VİDEO

Deputat: Şuşada keçirilən beynəlxalq konfrans Azərbaycanın sülh təşəbbüslərinin təqdimatı baxımından mühüm əhəmiyyət daşıyır VİDEO

Deputat: Şuşada keçirilən beynəlxalq konfrans Azərbaycanın sülh təşəbbüslərinin təqdimatı baxımından mühüm əhəmiyyət daşıyır VİDEO

Milli Qurtuluşdan başlanan yol bu gün Azərbaycanı qalib, suveren və qüdrətli dövlət zirvəsinə yüksəldib - ŞƏRH

TDT-nin Baş katibi: 15 İyun milli birliyin, dözümlülüyün və ölkənin davamlı inkişafı ilə tərəqqi yolunun rəmzi kimi çıxış edir