Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

DOSTLUQ, STRATEJİ TƏRƏFDAŞLIQ PRİNSİPLƏRİNƏ ƏSASLANAN AZƏRBAYCAN-ABŞ MÜNASİBƏTLƏRİ YÜKSƏK SƏVİYYƏDƏDİR
AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV ABŞ SƏFİRİNİ QƏBUL ETMİŞDİR

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev iyunun 14-də Prezident Sarayında Amerika Birləşmiş Ştatlarının Bakıdakı səfiri Ross Uilsonu qəbul etmişdir. 

Dövlətimizin başçısı HEYDƏR ƏLİYEV diplomatı səmimi salamlayaraq dedi ki, çox təəssüf hissi keçirirəm ki, Siz Azərbaycanı tərk edirsiniz. Biz son illər dostluq, strateji tərəfdaşlıq prinsipləri əsasında Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında münasibətlərimizi xeyli yüksəklərə qaldırmışıq. Amerika-Azərbaycan əlaqələrində qısa bir müddətdə çox işlər görülübdür. Hamısını demək mümkün deyildir. Amma bir neçəsini yada salmaq lazımdır. Xəzər dənizində Azərbaycanın gördüyü işləri Amerika Birləşmiş Ştatları həmişə dəstəkləyib, özü də çox dəyərli dəstəkləyibdir. Bunun nəticəsində biz bu işləri apara bilmişik. Bakı-Tbilisi-Ceyhan böyük bir layihədir. Biz artıq onu həyata keçiririk və bu sahədə Amerika Birləşmiş Ştatlarının dəstəyini daim hiss etmişik. Xüsusən keçən ilin sentyabrında Azərbaycanda Bakı-Tbilisi-Ceyhan xəttinin təməlini qoyanda Prezident Corc Buş bizə məktub göndərdi və bizi dəstəklədi. İndi biz bu işi uğurla aparırıq.

Mən çox məmnunam ki, bizim başqa nazirliklərlə də Amerika Birləşmiş Ştatları arasında əlaqələr inkişaf edibdir. Azərbaycanın Sərhəd Xidməti qoşunları sizin çox yardımınızı alıbdır və bu, bizim sərhəd xəttinin, sərhəd dəstələrinin möhkəmlənməsinə kömək edibdir. Bilirəm ki, Amerika Birləşmiş Ştatları bu barədə Azərbaycana bundan sonra da kömək edəcəkdir.

Müdafiə Nazirliyinin də Amerika Birləşmiş Ştatlarının Müdafiə Nazirliyi ilə əlaqələri inkişaf edibdir. Bəzi məsələlərdə biz sizdən kömək almışıq. Mən bunu da müsbət qiymətləndirirəm. Azərbaycan hərbçilərinin vaxtilə Kosovoda sülhməramlı işlərdə fəaliyyət göstərməsi, hesab edirəm ki, bizim münasibətlərimizin yaxşı bir göstəricisidir. Sonra Əfqanıstanda biz bu münasibətlərimizi genişləndirdik. Nəhayət, İraq problemi zamanı, - hansı ki, dünyada çox çətin bir problem idi, - biz dərhal Amerika Birləşmiş Ştatlarının başçılıq etdiyi koalisiyaya daxil olduq və öz xidmətlərimizi təqdim etdik. Güman edirəm ki, bu yaxınlarda bizim hərbi kontingent İraqa gedəcək, orada lazımi xidmətlər göstərəcəkdir. Bizim bu hərbi əməliyyatlarda iştirak etməyimiz özü, mənə elə gəlir ki, xüsusi qiymətə layiqdir.

Cənab səfir, siz bizimlə birlikdə bu işləri praktiki həyata keçirənsiniz. Buna görə mən sizə təşəkkür edirəm. Ancaq sizin bizimlə birgə fəaliyyətiniz, əməkdaşlığınız bunlarla qurtarmır. Azərbaycanda demokratiyanın inkişafında, mətbuatın daha da azad olmasında, insan hüquqlarının qorunması problemində bizə siz çox yardım etmisiniz. Mən buna görə də təşəkkür edirəm.

Mən bu gün istərmirəm bu barədə böyük bir məruzə edim. Bu dediyim sözlər, sadəcə, bizim bu qısa zamanda əməkdaşlığımızın ən yüksək göstəriciləridir. Buna görə də mən, bizim hökumətimiz sizə təşəkkür edir və sizə gələcək işlərinizdə uğurlar arzulayırıq.

Siz Azərbaycanda Amerika Birləşmiş Ştatlarının səfiri kimi öz fəaliyyətinizlə yaxşı hörmət qazanmısınız. Təəssüf ki, əvvəlki vaxtlarda biz bunu müşahidə edə bilməmişik. Ona görə də Azərbaycanı sizin tərk etməyiniz tək məni təəssüfləndirmir, eyni zamanda çox adamları, bizim xalqımızı təəssüfləndirir. Hər halda, mən istərdim ki, Amerika Birləşmiş Ştatları ilə əlaqələrimizdə sizin kimi adamlar çox olsun. O cümlədən, Amerika Birləşmiş Ştatlarının gələcəkdə fəaliyyət göstərəcək səfirləri də bu səviyyədə olsun.

Mən dedim ki, təəssüf edirəm, məhz bunlara görə təəssüf edirəm. Çünki biz sizinlə çox səmərəli əməkdaşlıq etmişik. Mən bunu bir dəfə sizə dedim, amma siz dediniz ki, Dövlət Departamentinin qərarıdır. Dövlət Departamentinin qərarının əleyhinə çıxmaq olmaz. Onsuz da bu “qorxulu” təşkilatdır, götürüb bir bəyanat verər, qurtardı getdi, bütün işlərimiz korlanar. Ona görə biz Amerika Birləşmiş Ştatlarının qəbul etdiyi qərara tabe olmalıyıq. Ancaq təəssüf edirəm. Güman edirəm ki, sizinlə bizim əlaqələrimiz gələcəkdə də davam edəcək, hər halda, yollarımız kəsişəcəkdir. Mən bunu arzulayardım.

Beləliklə, burada olduğunuz müddətdə sizin fəaliyyətiniz, sizinlə olan şəxsi münasibətlərimiz, mənim sizinlə şəxsi münasibətim - bunların hamısı böyük bir işdir. Güman edirəm ki, bunlar vaxtilə, diplomatiya tarixində öz yerini tapacaqlar. İndi isə mən məcburam, qəbul edilmiş qərara tabe olum. Ancaq mən də qərar qəbul etmişəm, Fərman vermişəm, sizi Azərbaycandakı xidmətlərinizə görə Azərbaycanın yüksək ordeni - “Şöhrət” ordeni ilə təltif etmişəm. Bu, Azərbaycanın təcrübəsində ilk haldır ki, Azərbaycan dövləti xarici dövlətin səfirini, diplomatik nümayəndəsini təltif edir. Bu, birinci sizə nəsib olubdur. Hər şeyin birincisi var, burada da birinci sizsiniz. Beləliklə, gələcəyə yaxşı yol göstərirsiniz.

Mən böyük məmnuniyyət hissi ilə ordeni sizə təqdim etmək istəyirəm. Hesab edirəm ki, siz bu ordeni almaq üçün mənəvi cəhətdən hər şeyi qazanmısınız.

X X X

ABŞ səfirinin “Şöhrət” ordeni ilə təltif olunması haqqında Azərbaycan Prezidentinin Fərmanı oxundu. (Fərmanın mətni qəzetin bugünkü nömrəsinin birinci səhifəsində dərc olunur). Dövlətimizin başçısı səfirə ordeni, onun vəsiqəsini və təltif haqqında Fərmanı təqdim etdi.

Səfirə gül dəstəsi təqdim olundu.

Azərbaycan Respublikasının yüksək mükafatına görə dövlətimizin başçısına təşəkkürünü və minnətdarlığını bilidirən ROSS UİLSON dedi:

-Cənab Prezident, sağ olun. Mənim üçün bunu Azərbaycandan və xüsusən də şəxsən Sizdən qəbul etmək çox böyük şərəfdir.

Cənab Prezident, bu gözlənilməz, lakin başucalığı gətirən bir təsadüf oldu. Həm Sizin tərəfinizdən, həm də Azərbaycan Respublikası tərəfindən mənə verilən bu şərəfə görə Sizə minnətdaram.

Amerika Birləşmiş Ştatlarını Azərbaycanda təmsil etmək mənim üçün başucalığı və böyük şərəf idi. Eyni zamanda, Sizinlə birlikdə işləmək, Sizin hökumətinizlə çalışmaq, Sizin xalqınızla təmasda olmaq və qarşılıqlı maraq kəsb edən məsələləri irəli çəkmək mənim üçün, həqiqətən, böyük xoşbəxtlik idi. İki il yarım müddətində Sizinlə yaradılmış əlaqələrə, münasibətlərə görə Sİzə minnətdarlığımı bildirmək istəyirəm. Ölkələrimiz arasında münasibətlərin daha irəli getməsinə, yaratdığınız münasibətlərə görə Sİzə minnətdaram. Lakin xüsusilə, aramızda yaranmış şəxsi münasibətlərə görə Sizə minnətdaram. İki il yarımdan bir qədər çoxdur ki, yəni 2000-ci ilin oktyabrında mən etimadnaməmi Sizə təqdim etmişdim, amma mənə elə gəlir ki, bu, cəmi bir neçə həftə bundan əvvəl baş vermiş hadisədir.

Lakin bu, həm də uzun müddət idi. Çünki, ötən müddət ərzində bizim münasibətlərimiz, həqiqətən, dəyişdi və bu, yaxşılığa doğru gedən fundamental dəyişiklik idi. Münasibətlərimiz ölkələrimiz arasında xoş münasibətlərə doğru, dövlətlərimizin maraqlarına xidmət etməyə doğru dəyişdi.

Cənab Prezident, xatirinizdədirsə, 2001-ci il sentyabrın 11-də Sizin mənə etdiyiniz telefon zəngi, həqiqətən, mənə güc verdi. Səfirliyimizin əməkdaşlarına güc verdi, ümumiyyətlə, səfirliyimizin qüvvəsini daha da artırdı. Sİz bu zənglə bizimlə birlikdə olduğunuzu, bu hücumlara qarşı çıxdığınızı bildirdiniz. Daha sonra bizim Kosova mövzusunda, Əfqanıstan mövzusunda, İraq məsələsində əməkdaşlığımız daha da artdı və bütün bunlara görə mən Sizə minnətdarlığımı bildirirəm. Mənim hökumətimin ən yüksək səviyyəsində buna hörmətlə yanaşılır.

Mən buraya gələrkən bizim planlaşdırdığımız “Azəri-Çıraq-Günəşli”, Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsi, “Şahdəniz” layihəsi və digər Transxəzər layihələri yalnız konsepsiya şəklində mövcud idi. Biz bunları işləyərək, həqiqətən, reallığa çevirə bildik. Bu, Sizin aydın, uzaqgörən siyasətinizin nəticəsi idi. Eyni zamanda, bizim ölkəmizin Sizə olan, Azərbaycanın, habelə Gürcüstanın və regionda olan digər ölkələrin müstəqilliyinə, onların inkişafına və çiçəklənməsinə dəstəyi, “Şərq-Qərb” enerji dəhlizinin inkişafına dəstəyi idi.

Mən buraya gələrkən Azərbaycanın beynəlxalq maliyyə təsisatları ilə münasibətləri heç də xoşəgələn deyildi. Qərbdə bir çoxları sual edirdilər ki, Azərbaycan həqiqətən bazar iqtisadiyyatı islahatlarına sadiqdir, yoxsa yox? Mən Sizə etimadnaməmi təqdim etdikdən dərhal sonra, oktyabr ayının sonunda bu məsələyə toxundum. O zamandan etibarən Azərbaycan Beynəlxalq maliyyə təsisatları ilə münasibətlərini tamamilə dəyişə bildi, ölkədə iqtisadi islahatlar sürətlə aparılmağa başladı. Bütün bunların nəticəsində ölkəyə sərmayələrin cəlb olunması, biznesin inkişaf etməsi üçün yaxşı şərait yarandı. Sizin yaratdığınız neft strategiyası nəticəsində ölkəyə firavanlıq gəlməyə başladı.

Cənab Prezident, Sizin əhali qarşısında içərisində etdiyiniz bəyanatlar və eləcə də mənimlə təkbətək görüşlərinizdəki bəyanatlarınız, yəni demokratiyaya sadiq olmağınız, mətbuat azadlığına, din azadlığına, seçki azadlığına, insan haqlarına, söz azadlığına sadiq olmağınız bizim hökumətimiz tərəfindən çox yüksək qiymətləndirilib və bu, bizim əlaqələrimizin əsasını təşkil edir.

Ümidvaram ki, 2003-cü ilin prezident seçkilərində adını çəkdiyim bütün mövzular üzrə tərəqqi əldə olunacaqdır.

Eyni zamanda, ölkədə sabitlik və təhlükəsizlik qorunub saxlanılacaqdır. Bizə elə gəlir ki, bütün bu sahələrdə ölkələrimiz lap yüksək səviyyəyə çatmışdır, amma bununla belə, görüləcək işlər hələ çoxdur. Elə bilirəm ki, məndən sonra gələcək səfirin də hələ burada görəsi işləri çoxdur.

Məni məyus edən bir məsələ vardır, elə bilirəm ki, bu, Sizi məndən də çox məyus edir. Bu da ki, Qarabağ məsələsində indiyədək sülh əldə edə bilməməyimizdir. Mən buraya böyük ümidlərlə gəlmişdim, çox şey gözləyirdim. Gözləyirdim ki, səfirliyim müddətində bunların öhdəsindən gələ biləcəyik. Çox məyusam ki, ötən müddət ərzində bu məsələ həll oluna bilmədi. Lakin eyni zamanda, mənim hökumətim Sizin apardığınız sülh danışıqları siyasətini tam dəstəkləyir. Biz ümid edirik ki, danışıqlar vasitəsilə Ermənistan ilə Azərbaycan arasında sülh əldə olunacaqdır. Cənubi Qafqaz regionuna uzunmüddətli sabitlik gələcəkdir.

Cənab Prezident, Sizə və Sizin vasitənizlə bütün Azərbaycan xalqına minnətdarlığımı bildirmək istəyirəm. Burada mənə göstərilən münasibətə, qonaqpərvərliyə görə, səmimiyyətə görə minnətdaram. Minnətdarlığımı bildirirəm ki, biz bu müddət ərzində qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında işləyərək, onları uğurla həyata keçirə bilmişik.

Cənab Prezident, biz tərəqqi etmiş ölkəyik, Azərbaycan tərəqqidə olan ölkədir. Mən ümid edirəm ki, haradasa 5, 10, 15 ildən sonra buraya gələcəyəm və Azərbaycanı lap irəli getmiş bir ölkə kimi görəcəyəm. Siz də Vaşinqtona, Amerika Birləşmiş Ştatlarına səfər etmək qərarına gələrsinizsə, orada Sizinlə görüşməkdən çox məmnun olaram.

HEYDƏR ƏLİYEV: Təşəkkür edirəm. Bir də sizə təşəkkür edirəm. Sizi Azərbaycanın bu yüksək ordeni ilə təltif olunmağınız münasibətilə təbrik edirəm. Sizə və ailənizə cansağlığı, səadət, gələçək işlərinizdə uğurlar arzulayıram.

X X X

Qəbulda Prezidentin Katibliyinin rəisi Dilarə Seyidzadə, Prezidentin İcra Aparatının şöbə müdirləri Novruz Məmmədov və Süleyman İsmayılov iştirak edirdilər.

AZƏRTAC

Foto Yaşar Xəlilovundur

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Avropa çempionatı: Azərbaycanın iki sərbəst güləşçisi finala vəsiqə qazanıb

Coğrafiyaçılar Xəzər sahillərində çöl-tədqiqat işləri aparıblar

AzMİU-nun rektoru məzunlara çağırış etdi: Ölkəmizin daha da inkişaf etməsinə və güclənməsinə çalışmalısınız

Milli Yaylaq Festivalı çərçivəsində “KOB Fest” sərgi-satış yarmarkası keçirilir

Ərdoğan Putin və Əsədin Türkiyəyə dəvət olunacağını istisna etməyib

Auditorlar Palatası ilə İsrailin Sertifikatlaşdırılmış İctimai Mühasiblər İnstitutu arasında işgüzar görüş olub

Şəkidə fermada yanğın baş verib

Media nümayəndələrinə müharibələr zamanı çəkilişin aparılması qaydaları izah olunub

Dünya Məktəblilərinin İdman Oyunlarının 2026-2028-ci illərdə Bakıda keçirilməsi müzakirə edilib

Gülçöhrə Məmmədova: Ötən tədris ili universitetimiz üçün yaddaqalan hadisələrlə zəngin oldu

Əqli Mülkiyyət Agentliyində BDU magistrantlarının dissertasiya işlərinin müdafiəsi keçirilib

Şəkidə “İpək Yolu” XIII Beynəlxalq Musiqi Festivalı keçirilir FOTO

Meşə fondu və xüsusi mühafizə olunan ərazilərdə baş verə biləcək yanğın hadisələrinə qarşı qabaqlayıcı tədbirlər görülür

UNEC rektoru abituriyent və valideynlərlə görüşüb

Ötən il dövlət satınalmalarında 742,5 milyon manat dövlət büdcə vəsaitinə qənaət edilib

Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentləri Şuşada birinci yaşayış kompleksində və Aşağı Gövhər Ağa məscidində olub, şəhəri gəziblər YENİLƏNƏCƏK

Azərbaycan Memarlıq və İnşaat Universiteti tələbələrinin “Məzun günü” keçirilib

Medianın İnkişafı Agentliyində onlayn media subyektlərinin rəhbərləri ilə görüş təşkil olunub

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Şəmkirdə vətəndaşların müraciətlərini dinləyəcək

Xidmət rəisi: İnsanlar qızmar yay günlərində diqqətli olmalı, yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməlidirlər

BMU ilə Koreyanın INHA Universiteti arasında Niyyət məktubu imzalanıb

Prezident İlham Əliyev Türkiyənin xarici işlər naziri Hakan Fidanı qəbul edib YENİLƏNİB VİDEO

Respublika fənn olimpiadalarının qalibləri mükafatlandırılıb

Sahibkarlarla görüşdə “DOST Müfəttiş” layihəsi təqdim olunub

Prezident İlham Əliyev Şuşada Şimali Kipr Türk Cümhuriyyətinin Prezidentini qəbul edib YENİLƏNİB VİDEO

ŞƏT çərçivəsində əməkdaşlığın Türk inteqrasiya proseslərinə töhfəsi  ŞƏRH

MGİMO və Azərbaycan İdman Akademiyasının “İdman menecmenti” üzrə birgə proqramının ilk məzunları diplom aldılar

“Qalatasaray”ın futbolçusu İtaliya klubuna keçib

Hamburq Universitetində Azərbaycanın qədim nəfəs alətləri haqqında mühazirə dinlənilib

Sahibkarlığın İnkişafı Fondu: Altı ayda 102,7 milyon manat güzəştli kredit verilib

Fermerlərə sığorta ödənişləri 2 dəfədən çox artıb, sığortalanmış əkinlər 364 min hektara çatıb

Beynəlxalq Standartlaşdırma Təşkilatı ilə standartlaşdırma sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

Göygöldə Üçüncü Milli Yaylaq Festivalının açılış mərasimi olub

Prezident İlham Əliyev Şuşada Türk Dövlətləri Təşkilatının Baş katibini qəbul edib   YENİLƏNİB VİDEO

“Azərişıq” ASC-nin sədri Oğuzda vətəndaşlarla görüşüb

Naxçıvanda “Yaşıl dünya könüllüləri” mükafatlandırılıb

“People's Daily online”: Çin turistləri Azərbaycanı seçirlər

DİM rəhbəri: Süni intellektlə bağlı hadisələrin sonrakı inkişafı bizim özümüzdən asılıdır

Böyük və Kiçik Qafqazın bəzi çaylarında qısamüddətli daşqın və sel keçəcək

Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib

Məleykə Abbaszadə: Ənənə və innovasiya vəhdət təşkil etməlidir

Naxçıvan Dövlət Universitetində “Gələcəyə inam” layihəsi icra olunub

“Euronews”: Azərbaycan ənənəvi enerji sektorunu şaxələndirmək niyyətindədir

Səhiyyə Nazirliyi ölkə ərazisində müşahidə olunan isti hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Dağıdıcı zəlzələlərin baş verəcəyinə dair verilən “proqnozlar”ın heç bir elmi əsası yoxdur - AÇIQLAMA

“Neftçi”nin futbolçusu: Çempionlar Liqasında heç bir komandaya təslim olmaq istəmirik

Mikayıl Müşfiq küçəsində nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti olaraq məhdudiyyət qoyulacaq

Abbasqulu Ağa Bakıxanovun həyat və yaradıcılığı haqqında elmi seminar keçirilib

Çinli diplomat: Azərbaycanın İKT sektoruna investisiya qoyacaq Çin şirkətlərinin sayı artacaq

Keir Starmer: İşimiz təcilidir və biz elə bu gün işə başlayırıq

Çin XİN: Strateji tərəfdaşlıq Çin-Azərbaycan münasibətlərinin inkişaf tarixində mühüm mərhələdir VİDEO

“Sabah” serbiyalı futbolçu ilə güclənib

Dördüncü “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsi başlanıb

Fərid Qayıbov: Yaylaq festivalı türkdilli dövlətlərin birgə fəaliyyəti baxımından əhəmiyyətlidir

Prezident İlham Əliyev Şuşada Dövlət Xidmətləri Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib  YENİLƏNİB

Böyük Britaniyanın yeni Baş naziri vəzifəsinin icrasına başlayıb

Şuşada Aşağı Gövhər Ağa məscidinin bərpadan sonra açılışı olub   YENİLƏNİB

Prezident İlham Əliyev Şuşa sutəmizləyici qurğular kompleksinin açılışında iştirak edib YENİLƏNİB

Proqram sistemlərinin layihələndirilməsi problemləri araşdırılır

Astaranın Liəzi kəndində selin apardığı körpünün yerində yenisi inşa olunacaq

Prezident İlham Əliyev Şuşada “İsa bulağı” istirahət kompleksinin açılışında iştirak edib  YENİLƏNİB

Prezident İlham Əliyev Xankəndidə əsaslı təmir və bərpadan sonra “Palace” hotelinin açılışında iştirak edib  YENİLƏNİB VİDEO

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana səfəri başlayıb VİDEO

Xankəndi Konqres Mərkəzinin təməli qoyulub YENİLƏNİB VİDEO

AMEA-nın Humanitar Elmlər Bölməsi bu ilin birinci yarısı üzrə hesabat verib

Naxçıvanın Ali Məclisində aparılmış auditin nəticələri açıqlanıb

Xankəndidə əsaslı təmir və bərpadan sonra “Qarabağ” hotelinin açılışı olub YENİLƏNİB VİDEO

Yay planlarınızı “Unibank”la reallaşdırın!

Xarici ölkələrin aparıcı mütəxəssisləri Milli Onkologiya Mərkəzi ilə tanış olublar VİDEO

Türkiyə mediası: Şuşa Zirvə görüşü Türk dünyasının birliyinin qətiyyətli nümayişidir

Prezident İlham Əliyev Xankəndidə Qarabağ Universitetində görülən işlərlə tanış olub  YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev Xocalı Hava Limanında olub YENİLƏNİB VİDEO

Məleykə Abbaszadə: “Yüksəliş” müsabiqəsi insan kapitalının inkişafına töhfə verən yarışdır

Nazir: Növbəti mərhələlərdə “Yüksəliş” müsabiqəsinin daha aşağı yaş qruplarını əhatə etməsi nəzərdə tutulur

Paytaxtın Əhmədbəy Ağaoğlu küçəsində təmir işləri ilə əlaqədar avtomobillərin hərəkəti qismən məhdudlaşdırılacaq

® Həkim-pediatr: Uşaqları çimərliyə aparanda müəyyən qaydalara ciddi riayət edilməlidir

Çin Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun formalaşmasında fəal iştirak edir

Bakı Musiqi Akademiyasında iki yaradıcı xanımın müəllif konserti olub

Çempionlar Liqası: “Neftçi”nin rəqibi müəyyənləşib

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana səfərə gəlib VİDEO

Pakistanın şimal-qərbində baş verən partlayış nəticəsində üç nəfər ölüb, səkkiz nəfər yaralanıb

Lənkəranda baş verən qəzada 4 nəfər xəsarət alıb - YENİLƏNİB

Çinin əyalətləri Azərbaycanın regionları ilə fəal əməkdaşlıq edir

Luvsannamsrain Oyun-Erdene yenidən Monqolustanın Baş naziri seçilib

Azərbaycanın milli standartları Belarusda tətbiq olunacaq

Din Tao: Çinin rəqəmsal təhsil sahəsində bütün təşəbbüsləri və ölkədə təcrübə keçmək Azərbaycan üçün açıq olacaq

İsti hava şəraiti meteohəssas insanlar üçün əlverişsiz olacaq

UEFA Türkiyə millisinin futbolçusunu diskvalifikasiya edib

Tovuz Aqroparkında ilk dəfə şəkər çuğundurunun yetişdirilməsinə başlanılıb

Çin diplomatı: Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatının mühüm dialoq tərəfdaşdır

Yerli kapital bazarında səhmlərin ilk dəfə kütləvi satışının həyata keçirilməsi müzakirə edilib

İspaniya klubu Seneqal millisinin üzvünü transfer edib

Qazaxıstan və Pakistan sülhməramlı qüvvələrini birləşdirəcək

Şimali Qafqaz Federal Universitetinin rektoru ATMU-nun qonağı olub

Akademik Milli Dram Teatrı mövsüm ərzində yeni nailiyyətlərə imza atıb

İsrail mətbuatında Ermənistandakı antisemitizmi ifşa edən məqalə yayımlanıb

Azərbaycan klubu iki əcnəbi oyunçu ilə yollarını ayırıb

BANM tələbəsinin layihəsi İsveçrədə qrant qazandı

AZƏRBAYCANIN SƏNƏTKARLARI
Səadət Fərzəliyeva: Həmişə arzulamışam ki, nənəmin sənətini davam etdirim və xalça toxuyum

Azərbaycan idmançıları Yakutskda xapsaqay güləşi üzrə yarışda iki medal qazanıblar