Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Şəmkirdə vətəndaşların müraciətlərini dinləyəcək
Bakı, 5 iyul, AZƏRTAC
Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov iyulun 9-da Şəmkirdə vətəndaşlarla görüşəcək.
Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Tovuz, Qazax, Ağstafa, Şəmkir və Gədəbəy rayonlarından olan vətəndaşlar iştirak edəcəklər.
Görüş saat 11:00-da Şəmkir rayonundakı Heydər Əliyev Mərkəzində (ünvan: Şəmkir şəhəri, Heydər Əliyev prospekti, 5) keçiriləcək.
Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Tovuz bölgəsi üzrə şöbəsinə (əlaqə vasitələri: (022) 315 38 91, (055) 300 99 82, [email protected], [email protected]) müraciət etmələri xahiş olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 10.10.2026 [17:48]
Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır
- 10.10.2026 [17:30]
Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR
- 10.10.2026 [16:26]