UNEC rektoru abituriyent və valideynlərlə görüşüb
Bakı, 5 iyul, AZƏRTAC
İyulun 5-də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradovun abituriyent və valideynlərlə “Açıq qapı” günü keçirilib.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, görüşdə rektor universitetdəki tədris prosesi, təhsil imkanları, ixtisaslar, imtahan prosesi, tələbələrin sosial həyatı, universitetin beynəlxalq əlaqələri barədə ətraflı məlumat verib. Eyni zamanda, abituriyent və valideynlərin çoxsaylı suallarını cavablandırıb.
Görüşün sonunda rektor abituriyentlərə arzuladıqları ixtisası seçməyi, tələbə adını qazandıqdan sonra universitet dövrünü səmərəli dəyərləndirməyi, UNEC-in tələbələr üçün yaratdığı imkanlardan faydalanmağı, daim öz üzərlərində çalışaraq bilik və bacarıqlarını artırmağı tövsiyə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.05.2026 [18:35]
Şərq filologiyası məsələləri – elmi konfrans
- 13.05.2026 [18:31]
Gənc rəssam Abdurrəhman Səlimlinin fərdi sərgisi açılıb
- 13.05.2026 [17:50]
“Qalibiyyət dastanı” kitabının təqdimatı olub
- 13.05.2026 [17:47]
ADPU professorunun kitabı Türkiyədə təqdim edilib
- 13.05.2026 [17:45]