Məleykə Abbaszadə: Ənənə və innovasiya vəhdət təşkil etməlidir
Bakı, 5 iyul, AZƏRTAC
İnkişafdan danışanda, təbii ki, biz məhz dayanıqlı inkişafı nəzərdə tuturuq. Buna nail olmaq üçün cəmiyyətimizdə həm müvafiq ənənələr olmalı, həm də mütləq şəkildə innovasiyalar tətbiq olunmalıdır. Bu iki anlayış – ənənə və innovasiya vəhdət təşkil etməlidir.
AZƏRTAC xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə dördüncü “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsinin açılış mərasimində söyləyib.
Hər bir innovasiyanın əsasında ənənənin durduğunu diqqətə çatdıran Məleykə Abbaszadə deyib: “Məhz bu amilə görə, innovasiyalar üzərində qurulmuş cəmiyyət kifayət qədər ətalətli olur və müxtəlif xarakterli (sosial, iqlim və s.) böhran vəziyyətləri yarananda belə cəmiyyət öz sabitliyini qoruyub saxlayır. Eyni zamanda, bəzi ənənələrin həddindən artıq güclü olması cəmiyyətdə innovasiyaların sürətlə tətbiqinə maneə törədir. Amma bir çox hallarda cəmiyyət üçün zəruri olan və düzgün tətbiq edilən innovasiyalar yeni proqressiv ənənələrin yaranmasına səbəb olur”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.05.2026 [18:35]
Şərq filologiyası məsələləri – elmi konfrans
- 13.05.2026 [18:31]
Gənc rəssam Abdurrəhman Səlimlinin fərdi sərgisi açılıb
- 13.05.2026 [17:50]
“Qalibiyyət dastanı” kitabının təqdimatı olub
- 13.05.2026 [17:47]
ADPU professorunun kitabı Türkiyədə təqdim edilib
- 13.05.2026 [17:45]