Dövlət büdcəsinin gəlirləri 22,7 milyard manat, xərcləri 22,3 milyard manat olub

Bakı, 18 dekabr, AZƏRTAC
Maliyyə Nazirliyinin təqdim etdiyi operativ məlumatlara əsasən, 2021-ci ilin yanvar-noyabr aylarında dövlət büdcəsinin gəlirləri 22 milyard 725,3 milyon manat, xərcləri 22 milyard 309,5 milyon manat təşkil edib, büdcənin icrasında 415,8 milyon manatlıq və ya ümumi daxili məhsulun 0,5 faizi qədər profisit yaranıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu ilin yanvar-oktyabr aylarında dövlət büdcəsinin gəlirləri Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondunun daxilolmaları da nəzərə alınmaqla, 20 milyard 312,3 milyon manat, xərcləri isə 20 milyard 184,7 milyon manat olub. Daxilolmaların 21,44 faizi əlavə dəyər vergisi, 13,67 faizi hüquqi şəxslərin mənfəət (gəlir) vergisi, 5,40 faizi xarici iqtisadi fəaliyyətlə bağlı vergilər, 4,76 faizi fiziki şəxslərin gəlir vergisi, 4,36 faizi aksizlər, 1,29 faizi sadələşdirilmiş vergi, 1,98 faizi vergilərin digər növləri, 47,10 faizi isə vergi olmayan gəlirlər hesabına təmin edilib. Büdcə vəsaitlərinin 18,01 faizi müdafiə və milli təhlükəsizlik tədbirlərinin, 17,55 faizi təhsil və səhiyyənin, 14,89 faizi ümumi dövlət xidmətlərinin, 13,67 faizi sosial müdafiə və sosial təminatın, 7,64 faizi məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq sahələrində fəaliyyətin, 28,24 faizi isə digər sahələrin maliyyələşdirilməsinə xərclənib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]