DÖVLƏT MİQRASİYA XİDMƏTİNDƏ ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN XATİRƏSİ ANILMIŞDIR
AZƏRTAC xəbər verir ki, mayın 8-də Dövlət Muqrasiya Xidmətinin kollektivi Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiramlarını ifadə etmişlər.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət olunmuşdur.
Sonra Dövlət Miqrasiya Xidmətinin inzibati binasında ulu öndərin həyat və fəaliyyətini əks etdirən Heydər Əliyev xatirə otağına baxış keçirilmişdir.
Mərasimdə çıxış edən DMX-nin rəisi Arzu Rəhimov dahi şəxsiyyətin Azərbaycanın inkişafı, beynəlxalq nüfuzunun artması yönümündə gördüyü böyük işlərdən, dövlətçiliyimizin qurulmasında, qorunub saxlanılması və möhkəmləndirilməsində misilsiz xidmətlərindən danışmışdır.
Mərasimdə müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin 85-ci ildönümünə həsr olunmuş film nümayiş etdirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [09:10]
Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə yola düşüb
- 07.06.2026 [20:12]