Dövlət Neft Fondunda “Yeni il - xeyriyyə yarmarkası” təşkil olunub
Bakı, 20 dekabr, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Neft Fondunda “Yeni il - xeyriyyə yarmarkası” təşkil olunub.
Fonddan AZƏRTAC-a bildirilib ki, qurum əməkdaşlarının şəxsi təşəbbüsü ilə ərsəyə gələn yarmarkada toplanan vəsait şəhidlik zirvəsinə yüksələn qəhrəmanlarımızın övladlarına bayram sovqatlarının alınması üçün sərf ediləcək.