DÖVLƏT QULLUQÇULARININ ETİK DAVRANIŞ QAYDALARI MÖVZUSUNDA SEMİNAR KEÇİRİLMİŞDİR
Azərbaycan Respublikası Prezidentinin “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın təsdiq edilməsi barədə” Sərəncamı və “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Fərmanının icrasını təmin etmək məqsədi ilə Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən zəruri tədbirlər həyata keçirilir.
Komitədən AZƏRTAC-a bildirmişlər ki, qurumun mərkəzi aparatı, strukturları və ərazi şöbələrinin əməkdaşları üçün dövlət qulluqçularının etik davranış qaydaları mövzusunda seminar keçirilmişdir.
Seminarda dövlət orqanlarının və dövlət qulluğunun nüfuzunun, fəaliyyətlərində səmərəliliyin və şəffaflığın artırılması, onların xidməti davranışının yaxşılaşdırılması, peşəkarlıq səviyyəsinin, işgüzarlılığının, vətəndaşların dövlət orqanlarına və dövlət qulluqçularına etimadının yüksəldilməsi, intizama riayət edilməsinin vacibliyi barədə danışılmışdır.
Yeri gəlmişkən, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Qanunun tələblərini yerinə yetirmək məqsədi ilə Komitədə işləyən dövlət qulluqçuları üçün qaydalar işlənib hazırlanmışdır.
Seminarda dövlət qulluqçularının etik davranış qaydaları və prinsipləri, habelə ictimai etimadın artırılması barədə geniş fikir mübadiləsi aparılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [18:02]
® Bakıda “Force of Love 2026” yay festivalı keçirilib
- 10.06.2026 [17:38]
® “Birbank”dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər
- 10.06.2026 [17:12]
Energetika naziri vətəndaşların müraciətlərini dinləyib
- 10.06.2026 [15:54]
Ötən il qlobal mayeləşdirmə və yenidən qazlaşdırma gücü artıb - HESABAT
- 10.06.2026 [15:22]