DSMF-nin əməkdaşları beynəlxalq vebinarda iştirak ediblər
Bakı, 13 may, AZƏRTAC
“Pensions & Investments” beynəlxalq qurumunun təşkilatçılığı ilə “Pensiyaya gec çıxmanın işəgötürənlər üçün yaratdığı maliyyə yükü: İşçi qüvvəsi xərcləri və sabit sosial sığorta haqqına (SSSH) əsaslanan pensiya həlləri” mövzusunda beynəlxalq vebinar keçirilib.
Bu barədə AZƏRTAC-a Dövlət Sosial Müdafiə Fondundan (DSMF) məlumat verilib.
Bildirilib ki, DSMF-nin əməkdaşlarının da iştirak etdiyi vebinarda pensiya yaşına çatma vaxtı ilə maliyyə hazırlığı arasındakı uyğunsuzluq səbəbindən pensiyaya çıxmanın gecikdirilməsi hallarının artması və bunun işəgötürənlərə yaratdığı maliyyə təsirləri, pensiyaya gec çıxmanın karyera inkişafına, kadr ehtiyatının planlaşdırılmasına və işçi qüvvəsinin yenilənməsinə təsiri müzakirə edilib.
Eləcə də pensiyaya gec çıxmanın ofis və istehsalat işçi qüvvəsinə təsirlərinin müqayisəli təhlili aparılıb, SSSH-yə əsaslanan pensiya planlarında avtomatik qoşulma, avtomatik artırma və yenidən qoşulma mexanizmlərinin tətbiqi ətrafında fikir mübadiləsi aparılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [14:50]
Qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb
- 07.08.2026 [14:09]
Mütəxəssis: Uşaqlara allergen qidaların gec verilməsi doğru yanaşma deyil
- 07.08.2026 [13:50]
Səbaildə obyektdə baş verən yanğın məhdudlaşdırılıb – YENİLƏNİB 2 VİDEO
- 07.08.2026 [12:11]
Ucarda 1 tondan çox çətənə kolu məhv edilib
- 07.08.2026 [12:00]
Bu saata olan əsas xəbərlər
- 07.08.2026 [11:29]
Ötən gün narkotiklərlə əlaqəli 29 fakt müəyyən edilib
- 07.08.2026 [11:18]
Tovuzda pensiya və sosial müavinətlərə dair ictimai dinləmə olacaq
- 07.08.2026 [11:12]