Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dubay-Madrid: Futbol vasitəsilə həmrəylik

Bakı, 17 may, AZƏRTAC

Ərəblərin futbola olan sevgisi hamıya tanışdır. Təsadüfi deyil ki, müasir futbolun Ronaldo, Benzema və digərləri kimi parlaq ulduzları ərəb klublarını təmsil edirlər. Planetin ən tanınmış futbol klubu olan “Real Madrid”in ulduzlarının idman köynəklərini dünyanın ən iri aviaşirkətinin - Dubayın “Emirates” kompaniyasının loqosu artıq çoxdan bəzəyir. Bu yaxınlarda isə Dubay dünya futbolu ilə öz bağlarını daha da möhkəmlətdi: Dubayın İqtisadiyyat və Turizm Departamenti İspaniyanın “Real Madrid” klubu ilə çoxillik tərəfdaşlıq haqqında saziş imzaladı.

AZƏRTAC-ın eksklüziv reportajından bu əməkdaşlığın turistlər və futbol fanatları qarşısında hansı cəlbedici imkanlar açması barədə öyrənəcəksiniz.

Birlikdə qələbəyə doğru!

Dünyada turizm istiqamətlərində liderlərdən biri olan Dubay bu dəfə futbolu seçməklə öz mövqelərini daha da möhkəmləndirir. D33 iddialı proqramı (Dubay Əmirliyinin 2033-cü ilədək iqtisadi inkişaf planı) çərçivəsində Dubayın İqtisadiyyat və Turizm Departamenti ilə İspaniyanın “Real Madrid” klubu arasında bağlanan tərəfdaşlıq şərtlərinə əsasən, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İspaniya klubunun birinci rəsmi turizm istiqamətinə çevrilib. Alyans sayəsində tərəflər qarşıya qoyulan hədəflərə doğru əminliklə irəliləyə bilərlər. Turistlər və futbol azarkeşləri qarşısında isə çoxsaylı maraqlı imkanlar açılır.

Klub oyunçularının idman köynəklərini də artıq Dubayın loqotipi bəzəyir. Madriddə klubun ev stadionu olan “Santyaqo Bernabeu”da oyunları zamanı, eləcə də onların yayımında Dubaya həsr olunan çarxlar nümayiş etdirilir. Bundan başqa, Dubayda dünyada ilk tematik park – “Real Madrid” açıldı və bu, “Dubai Parks and Resorts”un bir hissəsinə çevrildi. Biz Yaxın Şərqin özündə bir neçə tematik parkı birləşdirən ən iri möhtəşəm əyləncəli kompleks barədə dəfələrlə söhbət açmışıq. 2023-cü ildə açılan “Real Madrid” tematik parkına məşhur futbol komandasının muzeyi, attraksionlar, interaktiv oyunlar, müxtəlif restoranlar, eləcə də Madridin “Real” komandasından olan xatirə suvenirlərinin yerləşdiyi unikal mağazalar daxildir.

Dubayda “Real Madrid” parkı

Təəssüflər olsun ki, biz Dubayda olduğumuz vaxt park hava şəraiti ilə əlaqədar bağlı idi, bu səbəbdən ora gedə bilmədik. Bununla belə iqlim dəyişikliyi bizə Dubayın turizm bazarının digər yenilikləri ilə tanış olmağa mane ola bilmədi. Ən əsası, “Santyaqo Bernabeu” stadionunda həyata keçirilən irimiqyaslı yenidənqurma ilə tanış olmaq və Dubay ilə “Real Madrid” klubu arasında maraqlı əməkdaşlıq barədə öyrənmək məqsədilə Dubaydan Madridə uça bildik. Bizi çoxsaylı sürpriz, o cümlədən oyunu izləmək və klubun ulduzları ilə görüş fürsəti gözləyirdi. Bunlar barədə təfsilatı ilə!

Leysanlardan sonra sərgüzəştlər

Biz Dubayda aprelin axırlarında olduq. Son leysan yağışlarını burada artıq heç nə xatırlatmırdı. Bununla belə bəzi planları təxirə salmalı olduq. Lakin bu, bizə qaldığımız “W Dubai Mina Seyahi” otellə daha yaxından tanış olmaq fürsəti verdi. Yeni mehmanxana kompleksinin xüsusiyyəti otel nömrələrinin və məkanın gözəl dizaynıdır. Burada Şərq çıraqları və xalçalarının parlaq obrazı klassik bəzəklərlə harmoniya təşkil edir, işıqlandırmanı və texnikanı müasir idarəetmə texnologiyaları isə praktik olaraq ev ab-havasını tamamlayır. Bu beşulduzlu kurort Dubay-Marinanın tam mərkəzində, dənizin sahilində yerləşir. Buradakı yaşıl ərazidə bir neçə hovuz, kiçik akvapark, eləcə də 6 restoran xidmət göstərir. Kompleksin ərazisindən Dubay-Marinaya şöhrət qazandıran göydələnlərə, “Dubayın gözü” adlandırılan baxış çarxının yerləşdiyi “Bluewaters Dubai” süni adasına gözəl mənzərə açılır.

Axşama doğru biz şəhərin görməli yerləri ilə tanış olmağa yollandıq. Getdiyimiz ilk yer “Bürc-Xəlifə” ilə üzbəüz, “Address Sky View” göydələninin 54-cü mərtəbəsində yerləşən “CÉ LA VI Dubai” restoranı oldu. Buradan şəhərə, o cümlədən “Bürc-Xəlifə”yə açılan mənzərəni təsəvvür edin. Restoran sahibləri hətta terrasda xüsusi yer ayırıblar, burada qonaqlara ideal şəkillər çəkdirmək imkanı yaradılır. Buradan, həmçinin hər 30 dəqiqədən bir nümayiş etdirilən məşhur fəvvarələr şousunu da izləmək mümkündür.

Mətbəxə gəlincə, restoran əsasən müasir Asiya mətbəxi üzrə ixtisaslaşıb. Sevilən yeməklər sırasına kalmar, midi və krevetdən ibarət raqu ilə qızılbalıq, kartof qarniri və zəncəfilli ət suyu aiddir. Suşi və roll setlərini, qara trüfel ilə rizottonu, desertə manqo və çilili zərif tartı da vurğulamaq yerinə düşər.

Əmirliklərin ənənələri ilə tanışlıq

Əgər siz də bizim kimi yerli ənənələr və mətbəx haqqında daha çox məlumat toplamaq istəyirsinizsə, o halda şəhərin tarixi ərazilərinə - Dubay-Krik buxtasının qərb sahilində, Bur-Dubay ərazisində yerləşən Əl-Fahidi və Əl-Sifə yollanın. Əl-Fahidinin kiçik, dar küçələrini dolaşarkən siz özünüz üçün yerli memarlığın xüsusiyyətlərini, ənənəvi külək qüllələrini və şəhərin ən qədim tikilisi, 1787-ci ildə ucaldılan Əl-Fahidi qalasını kəşf edəcəksiniz. Yaxınlıqda yerləşən Əl-Sif isə ənənəvi alış-veriş üçün əlverişli yerdir. Burada özünüzə etno stilində geyimlər, müxtəlif əl işləri, rəngli şüşədən lampalar, suvenirlər, ədviyyatlar və şirniyyatlar seçə bilərsiniz.

Əl-Fahidi tarixi ərazisində olmaq Dubaya qastronomik səyahət etmək üçün gözəl fürsət verir. Tanınmış ərəb restoranı “Arabian Tea House” (“Ərəb çay evi”) məhz burada yerləşir. Orada olarkən siz sanki keçmişə dönürsünüz: firuzəyi skamyalar, rotanqdan hörülmüş stullar, krujevalı pərdələr və çiçəklənən bugenvilleyaya sarınmış söhbətgahlar qədim şəhər ab-havası yaradır. Bu, 1997-ci ildən fəaliyyət göstərən ailə məkanı Dubayda əcnəbiləri Əmirliklərin mətbəxinin xüsusiyyətləri ilə tanış edən ilk yerlərdən biridir. Sərbəst şəraitdə, quşların nəğməsini dinləyə-dinləyə müxtəlif salatların, humusun, labnenin, mütəbəlin (badımcan salatı), kababların və ən sevilən yeməyin - düyü ilə qoyun ətinin dadına baxa bilərsiniz. Süfrə xurma, paxlava və bir fincan qəhvə ilə açılır və eynilə tamamlanır.

Yeməklərin hazırlanmasında istifadə olunan bütün ərzaqlar restoranın öz fermasından daxil olur. Burada ekoloji təmiz materiallardan istifadə etməyə, ətraf mühitə az təsir göstərməyə çalışırlar. Dubayın mədəni oriyentiri olan ərəb çay evi hazırda təkcə Birləşmiş Ərəb Əmirliklərində deyil, həm də ölkə hüdudlarından kənarda da məşhurdur, onun filialı hətta Monteneqroda da fəaliyyət göstərir!

Biz isə Madriddə məşhur “Santyaqo Bernabeu”da böyük futbol ab-havasına baş vurmaq və Dubayın “Real Madrid” klubu ilə əməkdaşlığı barədə öyrənmək üçün Avropaya, İspaniyaya yola düşməliyik.

Dubay-“Real Madrid”: dostluq qələbə çaldı!

Dubay Yaxın Şərq regionunda ailəvi istirahət baxımından təkcə tam uyğun istiqamət deyil, həm də bütün dünyaya səyahət üçün rahat beynəlxalq habdır. Əmirliyin aviaşirkətləri Bakıdan Avropa ölkələrinə Dubaydan tranzitlə uçuşlar üçün rahat marşrutlar təklif edir. Siz Dubayda fasilə edə, bizim kimi bir neçə gün qala, yaxud da birbaşa son təyinat məntəqəsinə yollana bilərsiniz. Səyahətimizin növbəti nöqtəsi İspaniyanın paytaxtı Madriddir. Məhz “Santyaqo Bernabeu” stadionunda İspaniya çempionu titulu uğrunda “Real Madrid”-“Kadis” futbol komandaları arasında oyun keçirilirdi. Səhər tezdən stadion qarşısında iynə atmağa yer yox idi. Hər yerdə azarkeşlər vurnuxur, populyar personajların geyimində olan animatorlar kütləni həvəsləndirir, ticarətçilər isə improvizə olunmuş piştaxtalarda futbol klublarının rəmzləri olan geyimlər təqdim edirdilər.

Biz jurnalistləri xüsusi sürpriz gözləyirdi. Dubayın “Real Madrid” futbol klubu ilə əməkdaşlığı çərçivəsində futbol əfsanəsi, klubun sabiq oyunçusu Roberto Karlos ilə görüş təşkil olunmuşdu. Dünya çempionu, topa zərbənin gücü və uçuş sürəti üzrə dünya rekordunun sahibi tədbirə toplaşanlara ailəsi ilə istirahət üçün ən sevimli istiqamət kimi Dubaya özünün xüsusi münasibətindən söhbət açıb. O, daha sonra azarkeşlərə avtoqraf verib.

Həmçinin oyundan əvvəl arzuedənlər ayrıca ödəniş etməklə yenidən qurulan “Santyaqo Bernabeu” stadionuna ekskursiya edə bilərlər. Stadionu İspaniyada planetin ən yaxşı stadionu adlandırırlar. O, öz yaradıcısının, 1943-cü ildə “Real” klubun prezidenti təyin olunan və artıq 1947-cildə komandanı şəxsi stadionu ilə təmin edən Santyaqo Bernabeunun adını daşıyır. Stadion mövcud olduğu dövrdə dəfələrlə yenidən qurulub, sonuncu işlər isə artıq 4 ildir ki, davam edir və başa çatmaq üzrədir. Yeniliklərdən biri çıxarıla bilən qazon sisteminin tətbiqidir. Altı hissədən ibarət olan örtük yığıla bilir və bu da təkcə futbol matçlarının deyil, digər kütləvi tədbirlərin də burada keçirilməsi imkanını yaradır. Hətta qazonun saxlandığı dövrdə ona optimal qulluq göstərilir, ot zəruri işıqlandırma və suvarma ilə təmin olunur.

Tamaşaçıları əlverişsiz havadan açılıb-bağlanan şəffaf dam qoruyacaq. Stadionun bütün perimetri üzrə 360 dərəcəli görünüş sahəsi ilə videotablo quraşdırılıb. “Real Madrid” və “Kadis” komandaları arasında oyun zamanı tabloda Dubayın görməli yerlərinə aid çarx nümayiş etdirildi. Bu isə idman yarışı ab-havasına xüsusi yay çaları əlavə etdi. Adama elə gəlirdi ki, sanki həmin axşam “Santyaqo Bernabeu”nun 81044 tamaşaçı yeri tam dolub. Başqa cür ola da bilməz. Axı bu, həlledici oyun idi. “Real Madrid” “Kadis”ə 3:0 hesabla qalib gəldi. Sonra da özünün əsas rəqibi olan “Barselona”nın uğursuzluğu sayəsində İspaniya çempionatını vaxtından əvvəl qazandı. Beləliklə, turizm sahəsində çempion olan Dubay futbol üzrə çempion “Real Madrid” klubu ilə tərəfdaşlığı təmin etməklə düzgün seçim etdiyinə bir daha əmin oldu. 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Professor İradə Bağırovanın yubileyində Azərbaycan tarixinin aktual problemlərinə nəzər salınıb

İtaliyada Azərbaycanın Müstəqilliyinin Bərpasının 35-ci ildönümü qeyd olunub

İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 günlük plan təqdim edib: "Seçim Vaşinqtonundur"

Sözün tövbə qapısı və mənəvi ucalığın poeziya təntənəsi

Şahruddin Məhəmmədəliyev: 3:1-dən sonra da nəticəni dəyişəcəyimizə inanırdıq

Bundesliqa: “Bavariya” öz meydanında “Leypsiq”i darmadağın edib

Türkiyəli siyasətçi: Azərbaycan və Türkiyə bir-birindən ayrılmazdır

Fransada keçirilən aksiyalarda yüz minlərlə insan iştirak edib, nümayişlərdə zorakılıq halları qeydə alınıb YENİLƏNİB

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Şahin İsmayılov: Bakı Zirvə Görüşü Azərbaycanın Avrasiya məkanında birləşdirici rolunu bir daha nümayiş etdirdi

Nika Çitadze: Azərbaycan ilə Gürcüstan arasında əlaqələr təhsil sahəsində də uğurla inkişaf edir

Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib

Qurban Qurbanov: “Neftçi” və “Sabah” fərqli səviyyəyə yüksəlib

“Neftçi”nin baş məşqçisi: Artıq “Qarabağ” və “Sabah”dan çəkinmirik

İKTA internet operator və provayderləri üzrə şikayət hesabatını açıqlayıb

Ukrayna Silahlı Qüvvələrinin rəsmisi cəbhədəki son vəziyyət barədə məlumat açıqlayıb

Premyer Liqa: 6 qolun vurulduğu “Qarabağ" - "Neftçi" oyunu heç-heçə ilə bitib

Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar

PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb

Azərbaycanın və Özbəkistanın ali təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir, 60-a yaxın sənəd imzalanıb

Media: İranın cənubunda partlayış səsləri eşidilib

Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub

Bu saata olan əsas xəbərlər

QMİ-nin sədri G20 Dinlərarası Forum Assosiasiyasının İşçi qrupunun iclasında iştirak edib

"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib

Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Azərbaycan dövləti bizə daim diqqət və qayğı göstərir

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Bu gün Füzuli Şəhəri Günüdür

Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb

Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb

Aİ liderləri rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi və Ukraynaya dəstəyi müzakirə ediblər

Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb

CENTCOM: İranın 25 milyard dollarlıq neft ixracının qarşısı alınıb

Çexiyanın dövlət borcu rekord həddə çatıb

Merts Ukraynadakı münaqişəni Trampla şəxsən müzakirə etməyi planlaşdırır

ABŞ Prezidenti Ağ Evin mətbuat katibinin istefasını təsdiqləyib

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib

Kamalə Kamal: “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir

Tramp Rusiya, ABŞ və Çin arasında nüvə silahlarına dair razılaşmanın əldə olunacağına inanır

Fatimə Cəfərzadə: Xuraman obrazı üzərində işləmək mənim üçün maraqlı təcrübə oldu