DÜNYA BALETİNİN ULDUZLARI AZƏRBAYCAN OPERA VƏ BALET TEATRININ SƏHNƏSİNDƏ
AZƏRTAC xəbər verir ki, iyunun 24-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində teatrsevərlərə mövsümün son tamaşalarından biri - Adolf Adanın “Jizel” baleti təqdim olunmuşdur. Baş rollarda rus və dünya klassik baletinin ulduzları - Anastasiya Voloçkova və Sankt-Peterburqun Mariinski adına Dövlət Akademik Opera və Balet Teatrının solisti Yevgeni İvançenko çıxış etmişlər.
Anastasiya Voloçkova Rusiyanın əməkdar artisti, İngiltərədə keçirilən “Cazibədar balerina” klassik balet festivalının “Qran-Pri” və xüsusi prizinin qalibidir. O, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində ilk dəfə teatrın direktoru Akif Məlikovun dəvəti ilə 2000-ci ildə çıxış etmişdir. Həmin vaxt A.Voloçkovanın iştirakı ilə “Qu gölü” baletinin tamaşası böyük uğurla keçmişdi.
Baletsevərlərimiz bu gözəl və cazibədar balerina ilə ikinci görüşü böyük səbirsizliklə gözləyirdilər. Bu dəfə A.Voloçkova Jizel rolunda çıxış etmişdir.
Maraqla və sürəkli alqışlarla qarşılanan tamaşa “Lider” televiziyasının informasiya dəstəyi və “Zodiak-L” şirkətinin təşkilatçılığı ilə baş tutmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [11:14]
Bu gün Xalq artisti Hökümə Qurbanovanın doğum günüdür
- 10.06.2026 [15:19]
Klassik ənənə və müasir yanaşma: Beynəlxalq Muğam Mərkəzində növbəti konsert
Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj
- 10.06.2026 [23:23]
Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb
- 10.06.2026 [22:22]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [21:36]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:32]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [21:21]
Yasamal rayonunda obyektdə baş verən yanğın söndürülüb YENİLƏNİB
- 10.06.2026 [20:28]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [20:21]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
- 10.06.2026 [20:07]
Bu saata olan əsas xəbərlər
- 10.06.2026 [20:00]
“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub
- 10.06.2026 [19:52]
İsveçrə Vəkillər Kollegiyasının sədri Azərbaycana səfər etməyi planlaşdırır
- 10.06.2026 [19:29]