DÜNYA BANKININ NÜMAYƏNDƏ HEYƏTİ BAKIYA GƏLMİŞDİR
Yanvarın 13-də Dünya Bankının baş eksperti Kristian Petersenin başçılıgı ilə nümayəndə heyəti Bakıya gəlmişdir. Səfərdən məqsəd struktur dəyişiklikləri layihəsinin həyata keçirilməsi üçün Azərbaycana 30 milyon dollar məbləğində vəsait ayrılması məsələsini müzakirə etməkdir.
Dünya Bankının Bakı ofisindən AZƏRTAC-a bildirmişlər ki, layihənin ümumi dəyərinin 60 milyon dolları ötən ilin martında ayrılmışdır. Layihə çərçivəsində ölkədə struktur islahatlarının dərinləşdirilməsi, əsasən, iqtisadiyyat idarələrinin fəaliyyətinin gücləndirilməsi nəzərdə tutulur.
Bakı ofisinin rəhbəri Əkbər Noman demişdir ki, Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə indiyədək 600 milyon dollar vəsait ayrılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:25]
“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”
- 13.06.2026 [14:28]
Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb
- 13.06.2026 [13:13]
Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb
- 13.06.2026 [11:27]
Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir
- 13.06.2026 [10:48]