Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dünya erməni təxribatlarına göz yumduqca…

Dünya erməni təxribatlarına göz yumduqca…

Bakı, 27 avqust, AZƏRTAC

Avqustun 23-də cəbhənin Goranboy rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupunun təxribat törətmək cəhdi Ermənistanın işğalçılıq siyasətinin növbəti təzahürüdür. İşğalçı dövlət açıq-aşkar beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymadığını, bəzi xarici havadarlarına arxalandığını təsdiqləyir. Çünki iyulun 12-də Ermənistan silahlı qüvvələri Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində təxribat törətmiş və onun qarşısı Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alınmışdı. Dünyanın, xüsusilə münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun həmsədrlərinin həmin təxribata laqeyd münasibəti, seyrçi mövqedə dayanmağı çıxış yolu hesab etmələri diqqətdən kənarda qalmadı. Məhz bu seyrçiliklər ermənilərin daha böyük iddialarla yaşamalarına, Azərbaycanın nəinki Qarabağ, digər sərhəd əraziləri istiqamətində təxribatlarına stimul verir. Zaman-zaman Azərbaycana qarşı əsassız torpaq iddiası ilə çıxış edən işğalçı Ermənistan görünür “böyük Ermənistan” xülyasını hələ unutmayıb. Azərbaycan dövlətinin qətiyyəti, xalqımızın iradəsi, ordumuzun gücü, qüdrəti işğalçı dövlətin bütün cəhdlərini boşa çıxarır və belə bir reallığı ortaya qoyur ki, Ermənistandan fərqli olaraq Azərbaycan öz müstəqil siyasəti, tarixi həqiqətləri ilə fakt qarşısında aciz olmamaqla yanaşı, eyni zamanda, döyüş meydanında düşməni yerində oturtmaq imkanında, gücündədir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

“Goranboy rayonu istiqamətində baş verən təxribatlar onu göstərdi ki, Azərbaycan nəinki Ermənistan silahlı qüvvələrinin cavabını verdi, həmçinin diversiya-kəşfiyyat qrupunun komandiri Qurgen Alaverdyan hərbçilərimiz tərəfindən əsir götürüldü”, - deyən V.Rəhimzadə bildirib: “Onun üzərindən bir sıra hərbi ləvazimatlar, şəxsi əşyalar aşkarlanıb. Bu təxribatın əsas hədəfi Azərbaycan Ordusunun hərbi hissələri və əsgərlərimiz olub. Amma ordumuzun gücü, ayıq- sayıqlığı nəticəsində bu cəhdin qarşısı alınıb, düşmən itkilər verib, rəzil durumda geri qayıtmağa məcbur olub. Qurgen Alaverdyan yaydığı videomüraciətdə təlimata uyğun hərəkət etdiklərini, yaxın vaxtlarda Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Goranboy rayonunda təmas xəttindəki döyüş mövqelərində diversiya törədilməsi, yəni, qumbara və avtomat silahlardan istifadə edərək mümkün qədər çox sayda Azərbaycan hərbçisinin məhv edilməsi, eləcə də bir hərbçinin əsir götürülməsi ilə bağlı əməliyyat keçirilməsi üçün hazırlıq görülməsi tapşırığını aldıqlarını etiraf edib. Mərhələli şəkildə həyata keçirdikləri əməliyyat planına uyğun olaraq avqustun 23-də saat 02:30 radələrində Azərbaycan Silahlı Qüvvələrinin döyüş postuna daxil olmaq istəyərkən Azərbaycan hərbçiləri tərəfindən verilən “Həyəcan” siqnalı əsasında aşkar olunduqlarını anlayaraq geri qayıtmaq məcburiyyətində qalıblar. Bu, Ermənistan ordusunun diversiya qrupunun əsir götürülmüş komandirinin etirafıdır. Buna təfsilatı ilə bir daha nəzər yetirməyimizin səbəbi Ermənistan hakimiyyətinin 12 iyul təxribatında olduğu kimi, Goranboy təxribatında da reallıqları ört-basdır etmək, itkilərini gizlətmək üçün “fədakarlıq” göstərməsidir. Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan komandir Qurgen Alaverdyanın guya “hərbi mövqeləri yoxlamaq üçün” gedərkən hava şəraitinin pis olması səbəbindən azdığını, hazırda onun axtarışının davam etdirildiyini bildirib. Hər zaman yalanın həqiqət üzərində qələbəsinə cəhd edən ermənilər bunun mümkünsüzlüyünün fərqində olsalar da, yenə xislətlərinə uyğun addımlarından əl çəkmək istəmirlər”.

V.Rəhimzadə diqqəti dövlətimizin başçısı İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında söylədiyi fikirlərə yönəldib. “Ermənistan heç vaxt açıq döyüşdə qələbə qazana bilməyib” söyləyən Prezident İlham Əliyev bildirdi ki, Ermənistan ancaq əliyalın insanlara qarşı vuruşub, qocalara, uşaqlara qarşı soyqırımı törədib.

Baş redaktor vurğulayıb ki, münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupu ya buraxılmalı, ya da işğalçını öz adı ilə çağırıb illərdən bəri həllini gözləyən münaqişənin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində nizamlanmasına yardımçı olmalıdır. “Azərbaycan xalqının mənasız danışıqlardan bezdiyini bildirən Prezident İlham Əliyev qeyd etdi ki, bu məsələ ilə məşğul olanlar və bu günlər ərzində öz vasitəçilik təkliflərini irəli sürənlər bu haqda düşünsünlər. Azərbaycan xalqının səbri tükənməz deyil. Azərbaycanın güclü, işğal altında olan torpaqlarımızı azad etməyə qadir ordusu vardır. Bu gün xalq-iqtidar birliyi Azərbaycanda sabitliyin inkişafının əsas şərtidir. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bir addım belə geri atılmayacaq. Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir və dövlətimizin bu məsələ ilə bağlı mövqeyi dəyişməzdir”, - deyə V.Rəhimzadə bildirib.

Ermənistanın hərbi təxribatının səbəblərindən bəhs edən Vüqar Rəhimzadə vurğulayıb ki, onlardan biri düşmən ölkədəki iqtisadi və siyasi böhrandır. O, həmçinin deyib: “Xaricdən maliyyələşən, xarici fondlardan maliyyə, təlimat alan və onların çevriliş texnologiyalarından bəhrələnən dəstə iki il bundan əvvəl hakimiyyəti qanunsuz yolla zəbt edəndən sonra bir çox vədlər vermiş, Ermənistanda çiçəklənmə, cənnət olacağını bildirmişdi. Amma bu vədləri yerinə yetirmək üçün hakimiyyətdə nə təcrübə, nə səriştə, nə də daxili resurs var idi. Bu vədlərin iflasa uğraması Ermənistanda böhranlı vəziyyət yaradıb. Hazırda koronavirus infeksiyasına qarşı mübarizə dövründə bu bəladan daha çox zərər çəkən işğalçı dövlətdir. Hakimiyyət COVID-19-la mübarizədə heç bir təcrübə, çıxış yolu ortaya qoya bilməyib. Çıxılmaz vəziyyətdə olan işğalçı dövlətin hakimiyyəti diqqəti istər daxildə, istərsə də beynəlxalq müstəvidə mövcud durumdan yayındırmaq üçün məqsədli şəkildə təxribatlara əl atır. Amma bunun da bir çıxış yolu olmadığı göz önündədir. Çünki ermənilərin, o cümlədən haqqında bəhs etdiyimiz Ermənistan ordusunun diversiya qrupunun əsir götürülmüş komandirinin etiraflarında vurğulandığı kimi, Ermənistan ordusunun Azərbaycan Silahlı Qüvvələrinə qalib gəlmək şansı yoxdur”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yağışlı hava şəraiti sabah da davam edəcək

Baş prokuror: Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – Dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...

Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar

“Turan Tovuz” və “Fənərbağça” bu gün 32 ildən sonra yenidən üz-üzə gələcək

Türkiyə XİN: Türk Əsrini birlik içində qururuq

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Tovuzda fərdi yaşayış evində bir nəfərin ölümü ilə nəticələnən yanğın olub

İraq Respublikasının Prezidenti Zati-aliləri cənab Nizar Amidiyə

Koreya Respublikasının Prezidenti Zati-aliləri cənab Li Cemyönə

Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Frank-Valter Ştaynmayerə

Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib VİDEO

3 Oktyabr Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür

Bakıda ərzaq satışı köşkündə yanğın olub, bir nəfərin meyiti aşkarlanıb

Ötən gün 63 cinayətin açılması təmin olunub

Ulu Öndər Heydər Əliyevin Prezident seçilməsi müstəqil Azərbaycanın tarixində yeni mərhələ yaratdı ŞƏRH

Azərbaycanın U-20 millisi bu gün Moldova ilə yoxlama görüşü keçirəcək

Ladislau-Marius Vizerin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Qubada ilk qar VİDEO

Qubada ilk qar VİDEO

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB VİDEO

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Suqovuşan və Talış kəndlərinin işğaldan azad edilməsindən 6 il ötür

Yaponiya 2030-cu ildə yeni raketlərin kütləvi istehsalına başlayacaq

Ulu Öndərin dövlətçilik irsi müasir Azərbaycan tarixinin öyrənilməsində mühüm mövzulardan biridir

Ulu Öndər Heydər Əliyev - Müstəqil Azərbaycanın xilaskarı və dövlətçilik ideologiyasının banisi

Suraxanı rayonunun bəzi ərazilərində işıq olmayacaq

ABŞ BMT üzvlərini İrana qarşı sanksiyalara əməl etməyə çağırıb

Hörmüz boğazında neft tankerinə atəş açılıb

G20 ölkələri ərzaq ticarətinin siyasi məqsədlər üçün istifadəsini pisləyib

BMT: 2025-ci ildə dünyada 6 milyona yaxın qaçqın uşaq məktəbdən kənarda qalıb

Şimali Koreya Yapon dənizinə doğru raket atıb

Tramp dizel yanacağının ixracına qadağa qoyulmayacağını bildirib

İsrail ordusu Suriyanın cənubundakı Kuneytra əyalətini atəşə tutub

Tramp ASEAN sammitində iştirak etmək üçün Filippinə səfər edəcək

ABŞ-Ukrayna fondu ilk mədən müqaviləsini imzalayıb

Millətlər Liqası: Türkiyə Belçikaya uduzub, Fransa İtaliya ilə heç-heçə edib

Fransada lisey şagirdlərinin etirazlarında 5000-dən çox insan saxlanılıb

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların texniki vəziyyəti 7/24 rejimində izləniləcək

“Bitcoin”in qiyməti 87 min dollara çatır

Birgə layihələr Azərbaycan və Türkiyənin regional iqtisadi rolunu gücləndirir - ŞƏRH

YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin hədəflərini müəyyənləşdirir ŞƏRH

Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib

Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb