Dünya Səhiyyə Təşkilatı səhiyyədə civənin istifadəsinin dayandırılması ilə bağlı yeni təşəbbüslə çıxış etmişdir
Bakı, 14 oktyabr (AZƏRTAC). Dünya Səhiyyə Təşkilatı (DST) “2020-ci ili nüvəsiz səhiyyə ilə təmin edək” adlı yeni təşəbbüslə çıxış etmişdir. Təşəbbüsün məqsədi 2020-ci ilədək termometrlərdə və qan təzyiqini ölçən cihazlarda civənin istifadəsini dayandırmaqdır.
DST-nin baş direktoru Marqaret Çan demişdir: “Civə haqqında Minamot konvensiyasının imzalanması bizim fəaliyyətimizə mühüm töhfədir. Bu sənəd bəşəriyyəti civənin insanların sağlamlığına məhvedici təsirindən həmişəlik qorumağa yönəlmişdir”.
Marqaret Çan xatırlatmışdır ki, civə ictimai səhiyyənin daha çox narahatlığına səbəb olan on kimyəvi maddədən biridir.
DST-nin istehsalın və civə termometrlərinin və qan təzyiqinin ölçülməsi üçün civə tərkibli cihazların istifadəsinin tədricən azaldılması üzrə yeni təşəbbüsü oktyabrın 10-da Yaponiyada civə haqqında Minamat konvensiyasının qəbul edilməsinə həsr olunmuşdur.
Minamat konvensiyasına əsasən, ölkələr tibbi ölçmə cihazlarında civədən istifadəni müəyyən olunmuş xüsusi şəraitdə 2030-cu ilədək davam etdirə bilərlər. Lakin DST və “Zərərsiz səhiyyə” qeyri-hökumət təşkilatı hesab edir ki, insan sağlamlığı üçün civənin təsirinin potensial neqativ nəticələri o qədər böyükdür ki, Konvensiyada nəzərdə tutulmuş əsas məqsədə artıq 2020-ci ildə çatmaq üçün bütün səyləri sərf etmək lazımdır.