Dünya Səhiyyə Təşkilatının Avropa üzrə Regional Ofisinin direktoru Jujanna Cakabdan
Hörmətli cənab Prezident,
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Dünya Səhiyyə Təşkilatının Avropa üzrə Regional Ofisinin işçi heyəti adından və öz adımdan səmimi qəlbdən təbrik edirəm.
Biz Azərbaycanın səhiyyə sisteminin inkişafına göstərdiyiniz səylərinizi yüksək qiymətləndiririk. Bu səylər Azərbaycan Respublikasının ötən illərdə nəzərəçarpacaq nailiyyətlər əldə etməsi ilə nəticələnmişdir. Bu nailiyyətlər, eyni zamanda, birinci xanım Mehriban Əliyevanın uşaq sağlamlığı məsələsini ön plana çəkməsi və dəstəkləməsinə görə, İhsan Doğramacı Ailə Sağlamlığı Fondunun mükafatına layiq görülməsində bir daha açıq şəkildə özünü göstərmişdir.
Azərbaycan Dünya Səhiyyə Təşkilatı İdarə Heyətinin fəal üzvüdür. Siz 2011-ci ildə Dünya Səhiyyə Təşkilatı Avropa Regional Komitəsinin Bakıda keçirilən 62-ci sessiyasında bizə və qurumun Avropa regionu üzrə 53 üzv dövlətinin nümayəndələrinə yüksək qonaqpərvərlik nümayiş etdirdiniz. Sessiyanı rəsmən açıq elan etdiyiniz zaman Sizinlə şəxsən görüşməkdən şərəf hissi duydum.
Zati-aliləri, mən əminəm ki, Azərbaycan ilə Dünya Səhiyyə Təşkilatı arasında mövcud olan gözəl əməkdaşlıq növbəti illərdə də davam edəcəkdir. Biz inanırıq ki, yeni prezidentlik dövrünüzdə də Siz ölkənizin əhalisinin səhiyyə məsələsini ön plana çəkəcək və gücləndirəcəksiniz. Biz də bu təşəbbüsün həyata keçirilməsində Sizə dəstək göstərməyə hazır olacağıq.
Ən xoş arzularla və əminliklə bildirmək istərdim ki, Dünya Səhiyyə Təşkilatı Sizin ölkənizə müvafiq sahələr üzrə hər cür dəstək göstərməyə hazırdır.
Zati-aliləri, cənab Prezident, bir daha Sizə ən yüksək hörmətimi və dərin ehtiramımı ifadə edirəm.
Hörmətlə,
Jujanna Cakab
Dünya Səhiyyə Təşkilatının Avropa üzrə Regional Ofisinin direktoru