Dünyada ardıcıl olaraq ikinci aydır ərzaq məhsullarının qiyməti bahalaşır
Bakı, 6 avqust, AZƏRTAC
Dünyada ardıcıl olaraq ikinci aydır ki, ərzaq məhsullarının qiyməti qalxır. İlk növbədə, bitki yağları və süd məhsulları bahalaşır.
AZƏRTAC BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatına istinadla xəbər verir ki, ərzaq məhsulları qiymətlərinin orta indeksi iyulda 94,2 punkt təşkil edib. Bu da iyun ayı ilə müqayisədə 1,2 faiz çoxdur.
Təşkilatın saytında dərc olunan məruzəyə əsasən, bitki yağının qiymət indeksi ötən ayla müqayisədə 7,6 faiz bahalaşaraq, son beş ayda ən yüksək göstəriciyə çatıb. “Əsas bitki yağı növlərinin qiymətinin bahalaşması istehsalat həcminin azalması üzrə proqnozlar, həmçinin beynəlxalq idxal tələbatının aktivləşməsi və işçi çatışmazlığı ilə bağlıdır”, - deyə sənəddə bildirilir.
Ötən ay süd məhsullarının indeks göstəricisində də 3,5 faizlik artım müşahidə olunub. Bahalaşma kərə yağından pendirə və quru südə qədər bütün məhsullara təsir edib.
Bununla yanaşı, dənli bitkilərin qiymət indeksləri iyun ayı ilə müqayisədə demək olar ki, dəyişməyib. İyul ayında ətin qiymət indeksində isə azalma müşahidə edilib - ötən ayla müqayisədə 1,8 faiz.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [12:33]
Ukrayna Rusiyanın bir neçə mühüm obyektinə zərbələr endirib
- 08.06.2026 [12:25]
Pakistanın şimal-qərbində 27 silahlı öldürülüb
- 08.06.2026 [12:18]
Moldova XİN ölkə ərazisinə dron düşməsi ilə bağlı bəyanat yayıb
- 08.06.2026 [12:17]
İran ABŞ ilə əlaqələri davam etdirəcəyini açıqlayıb
- 08.06.2026 [12:16]
Yaxın Şərqdə artan gərginlik fonunda neft kəskin bahalaşıb
- 08.06.2026 [12:14]
Yaponiyada ayıya görə 94 məktəbdə dərslər dayandırılıb
- 08.06.2026 [12:09]