Dünyanın ən böyük təyyarəsi Almatı hava limanına iki dəfə texniki eniş edib
Nur-Sultan, 14 aprel, AZƏRTAC
Dünyanın ən böyük təyyarəsi olan "Mriya" Almatı belnəlxalq hava limanına iki dəfə texniki eniş edib. Ukrayna istehsalı olan “An-225” Çindən Polşaya humanitar yardım missiyasının yerinə yetirərək koronavirusla mübarizə üçün tibbi avadanlıq və qoruyucu vasitələr daşıyır.
AZƏRTAC xəbər verir ki, Çinin Tianjin hava limanına gedərkən və geri dönərkən “An-225” təyyarəsi yenidən yanacaq doldurmaq üçün Almatıya eniş edib.
Almatı beynəlxalq hava limanında bu tip təyyarə də daxil olmaqla istənilən növ təyyarəni qəbul edə bilən 2 uçuş-enmə zolağı var.
Qeyd edək ki, karantin zamanı Almatı beynəlxalq hava limanı yalnız yük təyyarələrini qəbul edir.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [13:06]
Bu ilin III rübündə bp şirkəti 3 milyard funt sterlinq itki proqnozlaşdırır
- 13.10.2026 [12:52]
Gürcüstan Rusiya ilə sərhəddə müasir keçid məntəqəsi inşa edib
- 13.10.2026 [12:47]
Dünyada bütöv bir saat naminə “uzun saniyə” meyarından imtina edilə bilər
- 13.10.2026 [12:07]
Beynəlxalq Valyuta Fondu: Bu il qlobal iqtisadi artım cəmi 3,1 faiz olacaq
- 13.10.2026 [12:02]