Azərbaycan Dövlət İnformasiya Agentliyi

“e.customs.gov.az” portalı və “Smart Customs” mobil tətbiqinin yeni versiyalarının təqdimatı keçirilib

Bakı, 23 dekabr, AZƏRTAC

Dekabrın 23-də Dövlət Gömrük Komitəsinin (DGK) “e.customs.gov.az” portalı və “Smart Customs” mobil tətbiqinin yeni versiyalarının təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, media nümayəndələri üçün keçirilən tədbirdə Komitənin Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Təmkin Xəlilov, Rəqəmsal Gömrük İnzibatçılığı İdarəsinin rəisi Rauf Quliyev və Komitənin aidiyyəti strukturlarının nümayəndələri iştirak ediblər.

Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəisi Təmkin Xəlilov bildirib ki, gömrük orqanları tərəfindən sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması, xarici iqtisadi ticarət fəaliyyəti zamanı şəffaflığın təmin edilməsi, gömrük işinin təkmilləşdirilməsi məqsədilə gömrük infrastrukturunun və əsasən də Komitənin mövcud informasiya sistemlərinin inkişaf etdirilməsi sahəsində mütəmadi olaraq işlər görülür. Baş İdarə rəisi vurğulayıb ki, Komitə tərəfindən yeni informasiya texnologiyalarına əsaslanan elektron xidmətlər hazırlanır və vətəndaşların istifadəsinə təqdim olunur. “e.customs.gov.az” portalı, “Smart Customs” mobil tətbiqi və “Ticarət Statistikası Portalı” da gömrük orqanları tərəfindən hazırlanan növbəti elektron xidmət layihələridir.

Qeyd olunub ki, Komitə tərəfindən vətəndaşlara göstərilən xidmət səviyyəsinin daha da yüksəldilməsi məqsədilə bu ildən elektron gömrük xidmətlərinin vahid sistemdə cəmləşdiyi “e.customs.gov.az” portalı istifadəyə verilib. Hazırda portal üzərindən xarici iqtisadi fəaliyyətlə məşğul olan hüquqi və fiziki şəxslərin istifadəsi üçün 13 elektron xidmət təqdim edilir. Yaxın gələcəkdə portal üzərindən göstərilən elektron xidmətlərin sayının 30-a qədər artırılması planlaşdırılır. Portal Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərir.

Veb-portalın istifadəsinin anlaşıqlı olması üçün elektron xidmətlər aidiyyəti üzrə bölünmüş şəkildə müvafiq menyulardan ibarət olmaqla əks olunur. “Rəy və təkliflər” bölməsində istifadəçilər tərəfindən ünvanlanan təkliflər nəzərə alınaraq e-xidmətlərin davamlı olaraq yenilənməsi həyata keçirilir. Eyni zamanda, portalın interfeysi bütün yaş qrupları üzrə istifadəçilər üçün sadə, rahat və əlçatan şəkildə layihələndirilib. Portalda istifadəyə verilmiş hər bir elektron xidmət üzrə yazılı və videotəlimat, daha çox istifadə olunan digər qurumların portallarına keçidlər yerləşdirilib.

Yeniliklərdən biri də odur ki, portalda qeydiyyatdan keçmiş istifadəçilər üçün “Bildiriş” və “Elanlar” funksiyaları əlavə olunub. “Bildiriş” funksiyası vasitəsilə istifadəçilər aparılan gömrük əməliyyatlarına dair məlumatları əldə edə bilirlər. Bu xidmət xüsusi ilə gömrük rəsmiləşdirilməsi zamanı idxalatçılar üçün çox vacibdir. Belə ki, gömrük bəyannaməsi təqdim edildikdən sonra bəyannamənin icra vəziyyətini “Bildiriş” xidməti vasitəsilə izləyə bilərlər.

Portalda bəzi xidmətlərin IP həlləri təqdim olunur. Artıq 8 bank və 100-dən çox poçt və kuryer şirkətləri bu həllərdən istifadə edir.

Eyni zamanda, “e.customs.gov.az” portalında daha çox istifadə edilən elektron xidmətlərin mobil versiyaları “Smart Customs” mobil tətbiqi üzərindən təqdim olunur. Hazırda istifadəyə verilmiş 13 elektron xidmətdən 5-i mobil tətbiqə inteqrasiya edilib.

“Smart Customs” mobil tətbiqinin vizual və texniki baxımdan təkmilləşdirilmiş versiyasına bir çox funksionallıqlar əlavə olunub. Xarici ticarət iştirakçıları “e.customs.gov.az” portalındakı bildirişləri artıq “Smart Customs” mobil tətbiqi vasitəsilə də izləyə biləcəklər.

Ümumiyyətlə, cari ilin 11 ayında DGK-nın təqdim etdiyi elektron xidmətlərdən istifadə sayı 10 milyon 832 mindən çox olub. Bu müddət ərzində təkcə “e.customs.gov.az” portalı və “Smart Customs” mobil tətbiqi üzərindən 5 milyon 557 mindən çox Elektron Ticarət Bəyannaməsi gömrük orqanlarına təqdim edilib. Ümumilikdə, 166 min nəfərdən çox istifadəçi portlada qeydiyyatdan keçib. Mobil tətbiq istifadəçilərinin sayı 358 min nəfərdən çoxdur. Onlardan 222 min nəfəri “Android”, 136 min nəfəri isə “iOS” platformasının istifadəçiləridir.

Tədbir çərçivəsində Rəqəmsal Gömrük İnzibatçılığı İdarəsinin rəisi Rauf Quliyev tətbiq edilən yeniliklərlə bağlı xüsusi təqdimatla çıxış edib.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ekspert: Təəssüf ki, tərəqqi və müasir texnologiyalar ömrümüzü uzatmır

İran və ABŞ memorandum imzaladıqdan sonra danışıqlar üçün 2 ay vaxt ayıracaqlar

Xarkova hava hücumu zamanı azı 5 nəfər ölüb

Dünya çempionatı: Fildişi Sahili millisi qalib gəlib

Vens: ABŞ-İran sazişi Yaxın Şərqi növbəti 50 ildə dəyişə bilər

İran xarici işlər nazirinin müavini ABŞ ilə əldə olunmuş razılaşmanı təsdiqləyib

Kiyevə kütləvi raket zərbələri endirilib, dağıntılar və xəsarət alanlar var – YENİLƏNİB

ABŞ Prezidenti İsveçrədə İranla sazişin imzalanması mərasimində şəxsən iştirak edə bilər

Tramp: Bu böyük saziş bütün regiona sülh və təhlükəsizlik gətirəcək

BMT Baş katibi sülh razılaşmasına görə ABŞ və İranı təbrik edib

Dünya çempionatı: Niderland və Yaponiya milliləri heç-heçə ediblər

Tramp Hörmüz boğazının tam açıldığını və blokadanın aradan qaldırıldığını elan edib

ABŞ və İran sülh sazişi üzrə razılığa gəliblər, imzalanma iyunun 19-na təyin olunub

Konqoda “Ebola” virusundan ölənlərin sayı 180 nəfəri ötüb

Lev İvanov: Övladlarımıza səhvlərimizi və mənfi emosiyalarımızı deyil, sevgi, sevinc və xoşbəxtlik ötürməliyik

Naxçıvanda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib

Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampı 80 illik yubileyi münasibətilə təbrik edib

“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib

Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub

Şamaxıdakı Beynəlxalq Barbekü Festivalı mükafatlandırma ilə başa çatıb

Diaz Ahmetjanov: Tatar xalqının milli “Sabantuy” bayramı İçərişəhərdə ilk dəfə təşkil edilir

Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb

Prezident İlham Əliyevin sosial media hesablarında Milli Qurtuluş Günü münasibətilə paylaşım edilib

Birinci vitse-prezident Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə paylaşım edib

Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb

Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb

Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfərə edəcək

Azərbaycanın qazandığı uğurların əsasında 33 il əvvəl formalaşdırılan dövlətçilik modeli dayanır- ŞƏRH

Putin və Tramp arasında telefon danışığı olub

Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib

Üçüncü Beynəlxalq Mənəvi və Bədən Təcrübələri Festivalı – “Nine Senses Fest 2026” başa çatıb

Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb

Azərbaycan şahmatçısı beynəlxalq turnirdə çempionluğu təmin edib

İçərişəhərdə tatar xalqının “Sabantuy” milli bayramı təntənəli şəkildə qeyd olunub

Nizami Gəncəvinin Marneuli şəhərindəki büstü yenidən bərpa olunur - REPORTAJ

Siklon Avropanı ağuşuna alır: Aidiyyəti qurumlar yüksək hava şəraitinə hazırlaşır

Tramp Beyrutdakı hücumuna görə Netanyahuya əsəbləşib

G7 sammiti öncəsi Evian-le-Bən və Cenevrədə misli görünməmiş təhlükəsizlik tədbirləri

Mədəni qastrol proqramının növbəti ünvanı Xankəndi şəhəri olub

Avropa Kuboku: Azərbaycan basketbol millisi final mərhələsinə vəsiqə qazanıb

Türkiyənin hakim partiyası: Avropa Parlamenti nüfuzunu itirir

Tramp İranla sülh müqavilənin yaxın 2-3 saat ərzində imzalanmasının gözlənildiyini deyib

Rusiya və Türkiyənin xarici işlər nazirləri Cənubi Qafqaz və Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcəklər

Bu saata olan əsas xəbərlər

“Axios”: İsrail ABŞ tərəfini Livanın cənubuna bugünkü hücumla bağlı qabaqcadan məlumatlandırıb

Ukraynanın Krivoy-Roq şəhərində Milli Qurtuluş Günü qeyd edilib

Xarici sərmayədarlar Küveytdə 15 il yaşamaq hüququ əldə edə biləcəklər

Zelenski ilə Tramp arasında telefon danışığı olub

FHN: Binə qəsəbəsində açıq ərazidə baş verən yanğın söndürülüb

Tramp: İranla sülh sazişinə çox yaxın olduğumuz bir gündə Beyruta hücum baş verməməli idi

Qahirədə qeyri-adi əməliyyat: Pasiyentin mədəsindən 100 ədəd metal əşya çıxarılıb

Avropa Kuboku: Azərbaycan basketbol millisi finala yüksəlib

İsrail Beyrutun cənubundakı hədəflərə zərbələr endirib

Şəhid mayor Elnur Hacıyevin xatirəsi anılıb

“Gimnastika hamı üçün” festivalı başa çatıb

Baş katib: “Gimnastika hamı üçün” festivalına maraq ildən-ilə artır

Qarabağın və Şərqi Zəngəzurun aqrar gələcəyi ilə bağlı yeni planlar nələrdir? VİDEO

Qarabağın və Şərqi Zəngəzurun aqrar gələcəyi ilə bağlı yeni planlar nələrdir? VİDEO

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”

Peru Prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul edib

Almatıda TDT-nin Beynəlxalq Gənclər Düşərgəsi başa çatıb

Prezidentin köməkçisi Hikmət Hacıyev ilə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında işgüzar görüş keçirilib

Heydər Əliyevin Ukrayna xalqı qarşısında xidmətləri – tarixi faktlar və rəylər

Milli Qurtuluş Günü dövlətçiliyin xilası, xalqın birliyi və gələcəyə inamın təntənəsidir- ŞƏRH

Sərhədçi gənc əsgərlər Vətənə sədaqət andı içiblər

Oğuzda Milli Qurtuluş Günü qeyd olunub

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Türkiyədə “Ankara Hava Limanı”nın açılışı olacaq

Ebola virusu Konqoda sürətlə yayılır

Beynəlxalq konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət ediblər

Ukraynalı filosof: Heydər Əliyevin qayıdışı ilə onilliklər boyu düşünə bilən bir dövlətin təməli qoyulurdu

Aİ siyasətçilərinin demoqrafik böhranla bağlı narahatlıqları artıb

AAYDA: Sel suları nəticəsində zədələnmiş 25 avtomobil yolunda infrastruktur bərpa edilir

Milli Qurtuluş Günü münasibətilə vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Britaniyada həkimlər hökumətin yeni təklifindən sonra tətili təxirə salıblar

Kurık limanında Trans-Xəzər fiber-optik kabel xətti üçün yük qəbul edilib

Zelenski Rusiya ərazilərinə endirilən hava zərbələrinin detallarını açıqlayıb

Aygün Attar: Bu günün güclü, qalib və suveren Azərbaycanı Heydər Əliyev dövlətçilik məktəbinin parlaq nəticəsidir

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Qazaxıstan-Rusiya sərhədində yük maşınlarının sıxlığı müşahidə olunur

Britaniya La-Manş boğazında Rusiyanın “kölgə donanmasına” məxsus neft tankerini saxlayıb

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Akkan Suver: Azərbaycan öz uğurlarının əsasını 15 iyun 1993-cü ildə qoyulmuş dövlətçilik kursuna borcludur

Türkiyə Avropa Parlamentində səsverməyə çıxarılacaq layihəyə etiraz edib

Abşeron rayonunda Milli Qurtuluş Günü təntənə ilə qeyd edilib

Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaqlar

Bu saata olan əsas xəbərlər

MDU-nun rektoru: Milli Qurtuluş Günü Azərbaycan təhsilinin uğurlu gələcəyinə gedən yolun təməlidir

“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub

Balakəndə “Qurtuluşdan Zəfərə” konfransı baş tutub

Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri

Mədəniyyət Nazirliyi yazıçı-dramaturq Hidayət Orucovun vəfatı ilə bağlı məlumat yayıb

Fuad Rəsulov: Bu gün minlərlə xəstənin həyatının xilas edilməsində dövlət dəstəyi mühüm rol oynayır

Ağdamda ildırım düşməsi nəticəsində baş vermiş yanğın söndürülüb – YENİLƏNİB

Türkiyə millisi dünya çempionatına məğlubiyyətlə başlayıb

Dünya bazarında qızıl və gümüş bahalaşıb

Dünya birjalarında neft ucuzlaşıb

Yəmənli alpinist vulkan kraterinə yıxılaraq ölüb

Milli Qurtuluş Günü və məhkəmə hakimiyyətinin formalaşması

İyunun 14-ü Ümumdünya Qan Donoru Günüdür