Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ədliyyə Nazirliyində ötən ilin yekunlarına həsr olunmuş onlayn mətbuat konfransı keçirilib

Ədliyyə Nazirliyində ötən ilin yekunlarına həsr olunmuş onlayn mətbuat konfransı keçirilib

Bakı, 25 yanvar, AZƏRTAC 

Vətəndaşların ədliyyə orqanlarına əlçatanlığının təmin olunması, əhalinin ədliyyə fəaliyyəti barədə mütəmadi məlumatlandırılması məqsədilə həm vətəndaş cəmiyyəti nümayəndələrinin, həm də kütləvi informasiya vasitələrinin, eləcə də Ədliyyə Nazirliyinin rəsmi saytlarının və sosial şəbəkələrdə səhifələrinin imkanlarından geniş istifadə olunması işi davam etdirilir. Dövlətimizin başçısının tapşırıqlarının icrası istiqamətində xüsusi karantin rejimi dövründə ədliyyənin müxtəlif fəaliyyət istiqamətləri üzrə mətbuat konfranslarının keçirilməsi də əhalinin hüquqi maarifləndirilməsi işində mühüm rol oynayır.

AZƏRTAC xəbər verir ki, yanvarın 25-də Ədliyyə Nazirliyində 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda mətbuat konfransı keçirilib.

Nazirliyin struktur qurumlarının rəhbərlərinin və çoxsaylı KİV nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə ədliyyə fəaliyyətinin ayrı-ayrı istiqamətləri üzrə - qeydiyyat, notariat, probasiya, məhkəmə qərarlarının və cəzaların icrası, beynəlxalq hüquq əməkdaşlığı, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət sahəsində ötən ildə görülmüş işlərdən, ədliyyə orqanlarının Vətən müharibəsində və post-konflikt dövründə fəaliyyətindən danışılıb.

Ədliyyə Nazirliyinin insan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova bildirib ki, ötən il Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın Qarabağın azadlığı uğrunda apardığı Vətən müharibəsində Qələbəsi - Zəfər ili kimi yadda qalıb. Ölkəmizin hərbi-siyasi sahədə uğuru, xalqımızın qazandığı Böyük Qələbə müasir tariximizin ən parlaq və şərəfli səhifələridir.

Ötən il, həmçinin bütün sahələrdə olduğu kimi, ədliyyə fəaliyyəti də COVID-19 qlobal pandemiyası dövründə onlayn qaydada həyata keçirilib və görülən tədbirlər barədə ictimaiyyət mütəmadi məlumatlandırılıb, bu məqsədlə videoformatda 21 ictimai müzakirə, brifinq keçirilib.

Təşkilat-nəzarət baş idarəsinin rəis müavini, Qarabağ regional ədliyyə idarəsinin rəisi vəzifəsini icra edən Sübhi Kazımov diqqətə çatdırıb ki, ötən il sentyabrın 27-də həyata keçirilən əks-hücum əməliyyatı ilə başlayan və düşmənin təslim olması ilə nəticələnən Vətən müharibəsində işğalçı Ermənistan ağır məğlubiyyətə uğradı. Ermənistanın təxribatlarına qarşı Azərbaycan Ordusunun başladığı əks-hücum və dövlətimizin başçısının qətiyyəti nəticəsində tarixi salnamə yazıldı. Qanlı cinayət əməlləri törədən ermənilərin cəzalandırılması vacibdir. Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı törətdiyi müharibə cinayətləri bağlı məlumatların dünya ictimaiyyətinə çatdırılması üçün Ədliyyə Nazirliyi tərəfindən 70-ə yaxın dövlətin ədliyyə nazirlərinə, çoxsaylı nüfuzlu beynəlxalq təşkilatlara müraciətlər ünvanlanıb. Müraciətlərdə bir milyona yaxın insanın öz dədə-baba yurdundan didərgin salındığı, erməni terrorçularının törətdiyi qeyri-insani əməllər, xüsusilə Ermənistanın beynəlxalq hüququn norma və prinsipləri, o cümlədən Cenevrə Konvensiyasının müddəalarını kobudcasına pozması vurğulanıb. Həmçinin Azərbaycan həqiqətlərinin təbliği üçün Ədliyyə Nazirliyinin saytında üç dildə fəaliyyət göstərən “Qarabağ Azərbaycan” elektron platforması yaradılıb.

Sübhi Kazımov, həmçinin işğaldan azad olunmuş ərazilərdə xüsusi idarəetmə ilə bağlı Ədliyyə Nazirliyi tərəfindən aidiyyəti məsul şəxslərdən ibarət qərargahın fəaliyyətinə toxunub, Qarabağ regional ədliyyə idarəsinin təsis olunaraq artıq fəaliyyətə başladığı, işğal nəticəsində ədliyyə və məhkəmə orqanlarına dəymiş ziyanın dəqiqləşdirilməsi, onların fəaliyyətinin bərpası ilə bağlı tədbirlərin müəyyən olunduğunu bildirib.

Beynəlxalq əməkdaşlıq idarəsinin rəisi Adil Əbilov Ədliyyə Nazirliyinin digər dövlətlərlə və beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlığından, mülki və cinayət işləri üzrə hüquqi yardım, ekstradisiya və məhkumların verilməsi sahəsində aparılan işdən və yeniliklərdən bəhs edib. Bildirib ki, xaricdə olan şəxslər Azərbaycanda olan mülki məsələlərlə bağlı - doğum, pensiya, əmək, əmlak, aliment və sair barədə nazirliyin beynəlxalq əməkdaşlığı çərçivəsində məlumatlar əldə edə bilirlər.

Eyni zamanda, xaricdə törədilən cinayət işləri üzrə Azərbaycanda şahidin dindirilməsi, müvafiq sənədlərin əldə edilməsi və sair məsələlər bağlı məlumat mübadilələri aparılır. Pandemiya ilə əlaqədar ölkələrə giriş-çıxışa məhdudiyyətlərin tətbiqi, kommunikasiyanın çətinləşməsi ekstradisiya sahəsində rəsmi sənədlərin əsillərinin çatdırılmasında problemlər yaradır. Bununla əlaqədar nazirlik tərəfindən xarici həmkarlarla məsləhətləşmələr aparılaraq ekstradisiya sorğularının elektron qaydada qəbul olunması və qısa müddətdə baxılması barədə razılığa gəlinib.

Ekstradisiya məsələsinə baxılarkən, həmçinin sorğu olunan şəxslərin insan hüquqlarının qorunmasına, penitensiar müəssisələrdə saxlanma şəraitinə və tibbi təminatına xüsusi diqqət yetirilir, bəzi hallarda isə bu sahədə vəziyyətlə yerində tanış olunur. Ötən dövrdə bir sıra qabaqcıl Avropa dövlətləri bu sahədə ölkəmizdəki vəziyyəti təqdir edərək ekstradisiya ilə bağlı müsbət qərarlar qəbul ediblər.

O da bildirilib ki, ekstradisiya və məhkumların verilməsi fərqli anlayışlardır. Ekstradisiya o deməkdir ki, şəxs cinayət törədib başqa ölkəyə qaçıbsa, getdiyi ölkə müəyyənləşdirilir və o, orada həbs olunaraq Azərbaycana təslim olunur. Məhkumun verilməsi zamanı isə başqa ölkədə cəzasını çəkən məhkum müraciət edərək cəzasının qalan hissəsini öz ölkəsində çəkmək istədiyini bildirir və o, vətəndaşlığı olan dövlətə təhvil verilir. 2020-ci ildə beş məhkum Azərbaycana gətirilib, 25 xarici məhkum isə öz ölkələrinə təhvil verilib.

Tədbirdə çıxış edən Cəzaların icrasına nəzarət üzrə müfəttişliyin rəisi Malik Ələkbərov isə cəzaların icrası sahəsində görülən işlərdən danışıb. Bildirib ki, məhkum olunmuş bütün şəxslərin hüquqlarının qorunması üçün tədbirlər həyata keçirilib. COVID-19 infeksiyasının yayılması ilə bağlı monitorinq qrupu daim fəaliyyət göstərib, müəssisələrə baş çəkilib, məhkumların saxlanma şəraiti, tibbi və qida təminatı ilə bağlı məsələlər həll olunub.

Cəza siyasətinin humanistləşdirilməsi istiqamətində mühüm addımlar atılıb. Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi ilə bağlı 2020-ci il 1 may tarixli Qanunun icrası çərçivəsində penitensiar və probasiya xidmətləri üzrə 334 nəfər tamamilə cəzadan azad olunub, 591 nəfərin isə cəza müddəti azaldılıb.

Vətən müharibəsində yaxın qohumu şəhid olan məhkumlara müəssisələrdə xüsusi qayğı göstərilir. Otuzdan çox belə məhkum var ki, onların da bəzisi şərti azadlığa buraxılıb, bir hissəsi cəzadan azad olunub, bir nəfərin isə oğlunun dəfn mərasimində iştirakı təmin edilib.

Eyni zamanda, Penitensiar Xidmətdə yaradılan komissiya pandemiya şəraitinə baxmayaraq işini intensiv davam etdirib və ötən il 2072 məhkum cəzadan şərti olaraq azadlığa buraxılıb. Həkim-ekspert komissiyası tərəfindən ağır xəstəliyə görə 10 nəfər azad edilib.

Bələdiyyələrlə iş mərkəzinin rəisi Rəhman Məmmədov qeyd edib ki, ötən il bələdiyyələrin fəaliyyəti ilə bağlı 3503 müraciətə baxılıb. Müraciətlərə baxılması nəticəsində qanunvericiliyin tələblərinə zidd olan 328 bələdiyyə aktının dəyişdirilməsi və ya ləğv edilməsi ilə bağlı bələdiyyələrə müraciət olunub.

Bildirilib ki, ötən il nazirlik tərəfindən verilmiş 3267 təklifdən 15-i bələdiyyələr tərəfindən təmin edilmədiyi üçün qanunvericiliyin tələbinə uyğun olaraq məhkəmələrdə 15 iddia qaldırılıb. Onlardan 2-si məhkəmə tərəfindən təmin edilib, 13-ü isə məhkəmələrin icraatındadır. Həyata keçirilən inzibati nəzarət tədbirlərinin nəticəsi olaraq bütövlükdə 8217 hektar, əvvəlki ilə nisbətən 17 faiz çox torpaq sahəsi, o cümlədən qanunsuz ayrılmış ümumi istifadə üçün nəzərdə tutulmuş 3417 hektar örüş sahəsi bələdiyyə mülkiyyətinə və ya sahibliyinə qaytarılıb.

Qeydiyyat və notariat baş idarəsinin rəisi İlqar Məmmədov vurğulayıb ki, siyasi plüralizm güclü ölkənin və demokratiyanın əsas göstəricisindən biridir. Bu sahədə mühitin formalaşdırılmasında siyasi partiyaların xüsusi rolu var. İndiyədək Azərbaycanda 62 siyasi partiya dövlət qeydiyyatına alınıb. Son bir il ərzində yeddi siyasi partiya dövlət qeydiyyatından keçib. Siyasi partiyaların əksəriyyəti aktiv fəaliyyət göstərir. Partiyalar dövlətimizin başçısının bəyan etdiyi və yürütdüyü siyasətin nəticəsində siyasi dialoqun tərəfdaşına çevrilib. Azərbaycanda çoxpartiyalı parlament formalaşıb və bu da demokratiyanın inkişafında önəmli addımdır. Biz əksər partiyaların Vətən müharibəsi zamanı Müzəffər Ali Baş Komandanın ətrafında birləşdiyinin şahidi olduq. Siyasi partiyaların birgə bəyanatı da Azərbaycanda yaşanan siyasi birliyin təcəssümüdür. Lakin bəzi siyasi partiyaların fəaliyyəti ümumiyyətlə yoxdur. Onlar siyasi arenada fəaliyyətdən savayı, qanunvericiliklə üzərinə qoyulmuş tələblərə riayət etmirlər.

Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova nazirliyin qeydiyyat şöbələri tərəfindən həyata keçirilən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı statistikanı açıqlayıb. Bildirib ki, ötən il Azərbaycanda 35 min 576 nikah qeydə alınıb. Həmçinin faktiki nikahda olan 1420 cütlük müəyyənləşdirilib. Onların 981-nin nikahı dövlət qeydiyyatlına alınıb.

Qeydiyyat şöbələri tərəfindən nikaha daxil olmaq üçün müraciət edən və erkən nikah yaşında olan 61 şəxs qohumlar arasında erkən nikahın həyat və sağlamlığa mənfi-psixoloji təsiri barədə məlumatlandırılıb, 53 maarifləndirmə işi həyata keçirilib.

2020-ci ildə ümumilikdə nikahın pozulması haqqında 1182 ərizə qəbul edilib. Müraciət edənlərdən 1558-i psixoloqla söhbətə cəlb olunub. Nəticədə 576 nəfər nikahın pozulmasından imtina edib.

Məlumat verilib ki, ötən il 127 min 588 uşağın doğumu qeydə alınıb. Onlardan 67 min 972-si oğlan, 59 min 616-sı qız olub. Həmçinin 1691 əkizin, 46 üçəmin və 1 dördəmin doğumu qeydə alınıb. Bundan başqa, 1401 uşağın doğumu səyyar qaydada xəstəxanada dövlət qeydiyyatına alınıb və doğum haqqında şəhadətnamə verilib. Kəndlərdə, qəsəbələrdə doğumu qeydiyyata alınmayan uşaqlarla bağlı maarifləndirmə işləri nəticəsində 1312 uşaq aşkarlanıb. Onlardan 1205-i dövlət qeydiyyatına alınıb. Ötən il doğumu qeydə alınan kişi cinsindən olan körpələrə ən çox Yusif adı verilib. Ötən il körpələrə ən çox verilən qız adı isə Zəhra olub.

Probasiya xidmətinin rəis müavini Musa Hümbətov azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların icrası sahəsində görülmüş işlər barədə məlumat verib. Bildirib ki, ötən il 2603 məhkuma elektron qolbaq tətbiq olunub. Onlardan 2561-i azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub. Hesabat dövründə məhkəmələrin pandemiya səbəbindən məhdudiyyətlə fəaliyyət göstərməsinə baxmayaraq, yerli probasiya qurumlarında 9576 məhkum qeydiyyata alınıb. Eyni zamanda, müxtəlif hüquqi əsasla 10 min 453 məhkum qeydiyyatdan çıxarılıb. Hesabat dövründə cərimə cəzasının icrası ilə bağlı 1,3 milyon manata yaxın vəsaitin dövlət büdcəsinə köçürülməsi təmin edilib. Bu da ödənilən məbləğin 59 faizindən çoxunu təşkil edir. Bu müddətdə 155 min 131 saat həcmində ictimai iş həyata keçirilib. Cəza çəkməkdən boyun qaçıran 245 məhkum tutulub və barələrində müvafiq tədbirlər görülüb. Cəzanın icrasından boyun qaçıran 1023 məhkumun cəzasının qanunvericiliyə uyğun olaraq daha ağır cəza növü ilə əvəzlənməsi barədə məhkəmələrə təqdimatlar göndərilib.

İcra baş idarəsinin rəis müavini Fərid Əfəndiyev ötən il məhkəmə qərarlarının icrası sahəsində görülən tədbirlərdən danışıb. Bildirib ki, 2020-ci ildə icra xidmətinin icraatına 910 mindən artıq iş daxil olub. Müraciətlər arasında məhkəmə orqanları tərəfindən icrası barədə qəbul olunan sənədlər çoxluq təşkil edib. Bu rəqəm 2019-cu illə müqayisədə 49 min iş artıq olub. Daxil olan işlərin 89 faizi məhkəmə tərəfindən qəbul edilən icra sənədləri ilə bağlı idi.

O, həmçinin özəl icra institutunun yaradılması, alternativ icra mexanizmlərinin tətbiqi üzrə tədbirlər barədə məlumat verib, idarənin strukturunda edilən dəyişikliklərdən, yeni yaradılan Qarabağ regional idarəsində yerli icra qurumlarının da təsis olunmasından bəhs edib. Qeyd edib ki, bu qurumların artıq kadrlarla komplektləşdirilməsinə başlanılıb. Həmçinin, elektron icra sistemində həmin qurumlarla əlaqədar müvafiq funksionallıqlar yaradılır.

Onlayn mətbuat konfransında sual-cavab sessiyası keçirilərək, jurnalistləri maraqlandıran suallar ətraflı cavablandırılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Naxçıvanda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib

Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampı 80 illik yubileyi münasibətilə təbrik edib

“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib

Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub

Şamaxıdakı Beynəlxalq Barbekü Festivalı mükafatlandırma ilə başa çatıb

Diaz Ahmetjanov: Tatar xalqının milli “Sabantuy” bayramı İçərişəhərdə ilk dəfə təşkil edilir

Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb

Prezident İlham Əliyevin sosial media hesablarında Milli Qurtuluş Günü münasibətilə paylaşım edilib

Birinci vitse-prezident Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə paylaşım edib

Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb

Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb

Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfərə edəcək

Azərbaycanın qazandığı uğurların əsasında 33 il əvvəl formalaşdırılan dövlətçilik modeli dayanır- ŞƏRH

Putin və Tramp arasında telefon danışığı olub

Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib

Üçüncü Beynəlxalq Mənəvi və Bədən Təcrübələri Festivalı – “Nine Senses Fest 2026” başa çatıb

Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb

Azərbaycan şahmatçısı beynəlxalq turnirdə çempionluğu təmin edib

İçərişəhərdə tatar xalqının “Sabantuy” milli bayramı təntənəli şəkildə qeyd olunub

Nizami Gəncəvinin Marneuli şəhərindəki büstü yenidən bərpa olunur - REPORTAJ

Siklon Avropanı ağuşuna alır: Aidiyyəti qurumlar yüksək hava şəraitinə hazırlaşır

Tramp Beyrutdakı hücumuna görə Netanyahuya əsəbləşib

G7 sammiti öncəsi Evian-le-Bən və Cenevrədə misli görünməmiş təhlükəsizlik tədbirləri

Mədəni qastrol proqramının növbəti ünvanı Xankəndi şəhəri olub

Avropa Kuboku: Azərbaycan basketbol millisi final mərhələsinə vəsiqə qazanıb

Türkiyənin hakim partiyası: Avropa Parlamenti nüfuzunu itirir

Tramp İranla sülh müqavilənin yaxın 2-3 saat ərzində imzalanmasının gözlənildiyini deyib

Rusiya və Türkiyənin xarici işlər nazirləri Cənubi Qafqaz və Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcəklər

Bu saata olan əsas xəbərlər

“Axios”: İsrail ABŞ tərəfini Livanın cənubuna bugünkü hücumla bağlı qabaqcadan məlumatlandırıb

Ukraynanın Krivoy-Roq şəhərində Milli Qurtuluş Günü qeyd edilib

Xarici sərmayədarlar Küveytdə 15 il yaşamaq hüququ əldə edə biləcəklər

Zelenski ilə Tramp arasında telefon danışığı olub

FHN: Binə qəsəbəsində açıq ərazidə baş verən yanğın söndürülüb

Tramp: İranla sülh sazişinə çox yaxın olduğumuz bir gündə Beyruta hücum baş verməməli idi

Qahirədə qeyri-adi əməliyyat: Pasiyentin mədəsindən 100 ədəd metal əşya çıxarılıb

Avropa Kuboku: Azərbaycan basketbol millisi finala yüksəlib

İsrail Beyrutun cənubundakı hədəflərə zərbələr endirib

Şəhid mayor Elnur Hacıyevin xatirəsi anılıb

“Gimnastika hamı üçün” festivalı başa çatıb

Baş katib: “Gimnastika hamı üçün” festivalına maraq ildən-ilə artır

Qarabağın və Şərqi Zəngəzurun aqrar gələcəyi ilə bağlı yeni planlar nələrdir? VİDEO

Qarabağın və Şərqi Zəngəzurun aqrar gələcəyi ilə bağlı yeni planlar nələrdir? VİDEO

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”

Peru Prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul edib

Almatıda TDT-nin Beynəlxalq Gənclər Düşərgəsi başa çatıb

Prezidentin köməkçisi Hikmət Hacıyev ilə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında işgüzar görüş keçirilib

Heydər Əliyevin Ukrayna xalqı qarşısında xidmətləri – tarixi faktlar və rəylər

Milli Qurtuluş Günü dövlətçiliyin xilası, xalqın birliyi və gələcəyə inamın təntənəsidir- ŞƏRH

Sərhədçi gənc əsgərlər Vətənə sədaqət andı içiblər

Oğuzda Milli Qurtuluş Günü qeyd olunub

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Türkiyədə “Ankara Hava Limanı”nın açılışı olacaq

Ebola virusu Konqoda sürətlə yayılır

Beynəlxalq konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət ediblər

Ukraynalı filosof: Heydər Əliyevin qayıdışı ilə onilliklər boyu düşünə bilən bir dövlətin təməli qoyulurdu

Aİ siyasətçilərinin demoqrafik böhranla bağlı narahatlıqları artıb

AAYDA: Sel suları nəticəsində zədələnmiş 25 avtomobil yolunda infrastruktur bərpa edilir

Milli Qurtuluş Günü münasibətilə vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Britaniyada həkimlər hökumətin yeni təklifindən sonra tətili təxirə salıblar

Kurık limanında Trans-Xəzər fiber-optik kabel xətti üçün yük qəbul edilib

Zelenski Rusiya ərazilərinə endirilən hava zərbələrinin detallarını açıqlayıb

Aygün Attar: Bu günün güclü, qalib və suveren Azərbaycanı Heydər Əliyev dövlətçilik məktəbinin parlaq nəticəsidir

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Qazaxıstan-Rusiya sərhədində yük maşınlarının sıxlığı müşahidə olunur

Britaniya La-Manş boğazında Rusiyanın “kölgə donanmasına” məxsus neft tankerini saxlayıb

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Akkan Suver: Azərbaycan öz uğurlarının əsasını 15 iyun 1993-cü ildə qoyulmuş dövlətçilik kursuna borcludur

Türkiyə Avropa Parlamentində səsverməyə çıxarılacaq layihəyə etiraz edib

Abşeron rayonunda Milli Qurtuluş Günü təntənə ilə qeyd edilib

Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaqlar

Bu saata olan əsas xəbərlər

MDU-nun rektoru: Milli Qurtuluş Günü Azərbaycan təhsilinin uğurlu gələcəyinə gedən yolun təməlidir

“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub

Balakəndə “Qurtuluşdan Zəfərə” konfransı baş tutub

Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri

Mədəniyyət Nazirliyi yazıçı-dramaturq Hidayət Orucovun vəfatı ilə bağlı məlumat yayıb

Fuad Rəsulov: Bu gün minlərlə xəstənin həyatının xilas edilməsində dövlət dəstəyi mühüm rol oynayır

Ağdamda ildırım düşməsi nəticəsində baş vermiş yanğın söndürülüb – YENİLƏNİB

Türkiyə millisi dünya çempionatına məğlubiyyətlə başlayıb

Dünya bazarında qızıl və gümüş bahalaşıb

Dünya birjalarında neft ucuzlaşıb

Yəmənli alpinist vulkan kraterinə yıxılaraq ölüb

Milli Qurtuluş Günü və məhkəmə hakimiyyətinin formalaşması

İyunun 14-ü Ümumdünya Qan Donoru Günüdür

15 İyun Türk dünyasının strateji birliyinə aparan yolun başlanğıcı oldu - ŞƏRH

Konqoda Eboladan ölənlərin sayı 149-a çatıb

Floridada helikopter qəzaya uğrayıb, dörd nəfər xəsarət alıb

ABŞ-dən İrana dəniz blokadası: 141 ticarət gəmisi ələ keçirilib

Dünya çempionatı: Braziliya millisi xal itirib

Kaluqa hava limanı fəaliyyətini dayandırıb

Ralf Ranqnik Avstriya millisi ilə yeni müqavilə imzalayıb

Şimali Koreyadan ABŞ-yə cavab: Nüvə dövləti olaraq qalacağıq

İsveçrə yığması dünya çempionatları tarixində ilk penalti qolunu vurub

“Axios”: ABŞ və İran arasında atəşkəsi uzadacaq virtual memorandum hazırlanır

Dünya çempionatı: Qətər son dəqiqə qolu ilə bir xal qazanıb

Tbilisidə 11 əvvəl baş vermiş təbii fəlakət qurbanlarının xatirəsi anılıb

DİN: “Son zəng” tədbirləri yüksək təhlükəsizlik şəraitində başa çatıb

MDU beynəlxalq reytinqdə ilk dəfə iştirak edib, ölkə üzrə 12-ci yerdə qərarlaşıb

Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək