ƏƏSMN-in işçiləri qanvermə aksiyasında iştirak ediblər
Bakı, 27 may, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) 28 May - Müstəqillik Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib. Aksiya hemofiliya, talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkənlərə yardım məqsədi daşıyıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Bahadur Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankının xüsusi tibbi briqadasının həkim-hemotoloqları donorların sağlamlıq vəziyyətini müəyyənləşdirdikdən sonra onlardan qan götürüblər.
Götürülmüş qan nümunələri laboratoriyada bir daha müayinə edildikdən sonra qana ehtiyacı olan xəstələrin müalicəsində istifadə ediləcək.