ƏF OLUNAN ŞƏXS DÖVLƏTİMİZİN BAŞÇISINA MİNNƏTDARLIĞINI BİLDİRMİŞDİR
Azərbaycan Prezidenti Heydər Əliyevin Fərmanı ilə əfv olunan Adil Qeybullayev yanvarın 10-da Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrası Baş İdarəsindən müvafiq sənəd aldıqdan sonra tam azadlığa buraxılmışdır. Tibb elmləri doktoru Adil Qeybullayev onun barəsində əfv Fərmanını yüksək qiymətləndirmiş, cəzasının çəkilməmiş hissəsindən onu azad edildiyinə görə Prezident Heydər Əliyevə dərin minnətdarlığını bildirmişdir.
İdarədən AZƏRTAC-a bildirmişlər ki, indiyədək dövlətimizin başçısı tərəfindən imzalanmış 29 əfv Fərmanına əsasən, 2782 dustaq ailələrinə qovuşmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:25]
“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”
- 13.06.2026 [14:28]
Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb
- 13.06.2026 [13:13]
Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb
- 13.06.2026 [11:27]
Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir
- 13.06.2026 [10:48]