ƏFQANISTAN, İRAN VƏ TACİKİSTAN TRANZİT YOL LAYİHƏSİ HAZIRLAMAQ HAQQINDA RAZILIĞA GƏLMİŞLƏR
İran, Əfqanıstan və Tacikistan onları birləşdirən tranzit yolların çəkilməsi və yenidən qurulması layihəsini hazırlamağa başlamaq niyyətindədirlər.
Bununla əlaqədar Kabildə üç ölkənin nəqliyyat və yol nazirləri qarşılıqlı anlaşma memorandumu imzalamışlar. Sənəddə yeni yol inşa ediləcəyi bildirilir. Bu yol İranın Məşhəd şəhərini Əfqanıstanın Amu-Dərya çayı sahilindəki Şirxan limanı və oradan da Düşənbə ilə birləşdirəcəkdir. Əfqanıstan daxilində yol Herat, Şiberqan, Məzari-Şərifdən və ola bilsin, Gündüzdən keçəcəkdir.
Kabildə keçirilən görüşdə müvafiq layihənin hazırlanması üçün ekspertlərdən və texniki mütəxəssislərdən ibarət müştərək komissiya yaradılması haqqında razılaşma əldə edilmişdir. İlk iclası noyabrın 30-da Əfqanıstanın Herat şəhərində keçiriləcək bu komissiyaya Özbəkistan nümayəndələrinin də qoşulacağı istisna olunmur.
İTAR-TASS-ın verdiyi xəbərə görə, Kabildə danışıqlarda iştirak etmiş İranın yol və nəqliyyat naziri Əhməd Xürrəm bildirmişdir ki, yaxın vaxtlarda Daşkənddə İran, Əfqanıstan və Özbəkistanın nəqliyyat nazirləri arasında da bu cür görüş keçiriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.10.2026 [20:17]
Media: İranın cənubunda partlayış səsləri eşidilib
- 17.10.2026 [18:57]
Fransada qarşıdurmalar baş verib, saxlanılanlar var
- 17.10.2026 [18:11]
Hörmüz boğazında daha bir tanker minaya düşüb
- 17.10.2026 [14:25]
Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]
Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub
- 16.10.2026 [23:18]
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb
- 16.10.2026 [22:43]
Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib
- 16.10.2026 [21:56]
“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram
- 16.10.2026 [21:38]