Əfqanıstanda “Taliban”ın hücumu nəticəsində 18 hərbçi həlak olub
Bakı, 4 may, AZƏRTAC
Əfqanıstanın cənubunda yerləşən Hilmənd əyalətində “Taliban” hərəkatının avtomobili partlatması nəticəsində azı 18 hərbçi həlak olub.
AZƏRTAC TOLO News telekanalına istinadla xəbər verir ki, güc strukturlarındakı mənbənin məlumatına görə, partlayış mayın 3-də axşam saatlarında Nəhr rayonunda törədilib. Minalanmış avtomobil Əfqanıstan milli ordusunun və milli təhlükəsizlik idarəsinin nəzarət buraxılış məntəqəsi yaxınlığında partladılıb. Hücumun məsuliyyətini “Taliban” hərəkatı üzərinə götürüb.
Əfqanıstanda sülh prosesinin başlamasına baxmayaraq “Taliban” hərəkatı ilə hökumət qüvvələri arasında qarşıdurma davam edir. Fevral ayının sonlarında Qətərdə ABŞ və “Taliban” 18 ildən çox davam edən müharibə ərzində ilk sülh sazişi imzalayıb. Sülh sazişi 14 ay ərzində xarici qüvvələrin ölkədən çıxarılmasını və tərəflər arasında dialoqun başlamasını nəzərdə tutur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]
İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib
- 13.06.2026 [15:14]
Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR
- 13.06.2026 [13:37]
Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub
- 13.06.2026 [13:21]