Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Əfsanələr paytaxtı” Şabranın geniş turizm potensialı vardır

Bakı, 27 dekabr (AZƏRTAC). Zəngin və kəşməkəşli tarixə malik Şabran ta qədimdən ölkənin siyasi, iqtisadi və mədəni həyatında önəmli rol oynamışdır. Şabran torpağında aparılan arxeoloji tədqiqatlar göstərmişdir ki, burada hələ eramızın əvvəllərində o dövr üçün səciyyəvi qaynar şəhər həyatı mövcud olmuşdur. Bəzi tədqiqatçılar şəhərin salınmasını Sasani hökmdarı Xosrov Ənuşirəvanın adı ilə bağlasalar da, əslində bu ərazilərin həmin dövrdən də əvvəl qədim türk tayfalarının məskəni olması daha çox ehtimal edilir.

Şabranın Böyük İpək Yolunun üstündə olması şəhərin inkişafına müsbət təsir göstərmişdir. O vaxtlar Şərqin böyük dövlətlərinə və əksinə mal aparıb-gətirən tacirlərin dəvə karvanları burada düşərgə salar, uzun yol qət edərək taqətdən düşmüş, zəifləmiş, yorğun dəvələr dəyişdirilər, səyahəti davam etdirmək üçün əlavə sarvanlar tutulardı. Beləliklə də şəhərdə alış-veriş, ticarət sürətlə genişlənirdi. Bu da yerli əhalinin güzəranının yaxşılaşmasına, bölgənin inkişafına stimul yaradırdı.

Bugünkü Şabran rayonu Azərbaycanın şimalında, Bakıdan 122 kilometrlik məsafədə yerləşir. Əhalisinin sayı 47 min 200 nəfərdir. Müxtəlif relyefə malik rayonda Xəzər dənizi sahillərindən başlayaraq Böyük Qafqaz sıra dağları istiqamətində uzanan düzənlik ərazi tədricən təpəliklərlə, daha sonra meşəliklərlə, qayalıqlarla və dağlarla əvəz olunur. Turistlər, səyahətçilər təbiət həvəskarları üçün son dərəcə böyük maraq kəsb edən bu ərazidə 21 min 500 hektar meşə sahəsi vardır. Meşələrində canavar, ayı, tülkü, çaqqal, qaban, ceyran, quşlardan turac, kəklik və s. geniş yayılmışdır. “Liman gölü”, bir-birindən gözəl daha 7 dağ gölü ovçuların, səyyahların, turistlərin çox xoşladıqları yerlərdəndir.

“Keçi qayası” deyilən yer və ətraf ərazi də turistlər arasında çox məşhurdur. Sıx meşə və sıldırım qayalar arasından axan çay, müalicə əhəmiyyətli kükürdlü su bulaqları hər il yüzlərlə turisti və səyyahı təkrar-təkrar buraya cəlb edir.

Rayonun ərazisində, Xəzər dənizinin sahillərindən cəmi 12 kilometr aralıda yerləşən ovçuluq təsərrüfatının sahəsi 1.180 hektardır. Həmin ərazidə həm bir-biri ilə, həm də dənizlə əlaqəsi olan 3 göl vardır. Bu göllərdə müxtəlif çay və dəniz balıqları yaşayır. Dəniz balıqlarının burada yaşaması məhz bu göllərin dənizlə əlaqəsinin sayəsindədir. Payızda isə göllər soyuq ölkələrdən köçüb qışlamaq üçün gələn müxtəlif quşlar-qaz, ördək, qu quşu, qaşqaldaq və s. ilə dolu olur. Göllərin yaxınlığındakı ovçu komaları, əraziyə xüsusi gözəllik verməklə yanaşı, turistlərin, səyyahların da işinə yarayır. Göl kənarında düzülmüş qayıqlar isə gəzintiyə çıxmaq istəyən turistlər üçün nəzərdə tutulmuşdur. Ümumiyyətlə, burada səyahət həvəskarlarının əylənməsi üçün hər cür şərait yaradılmışdır.

“Qalaaltı” kurortu Böyük Qafqaz sıra dağlarının ətəklərində yerləşir. Müalicəvi keyfiyyətinə görə bütün dünyada məşhur olan Qalaaltı suyu çıxan bulağın ətrafında “Çıraqqala” uroloji sanatoriyası tikilmişdir. Burada müalicə olunanlar və sadəcə istirahətə gələnlər, turistlər qədim Çıraqqala qalası yerləşən dağın zirvəsinə də qalxa bilərlər. Həmin zirvədən ətrafa açılan mənzərə buraya gələnləri valeh edir.

Rayon ərazisində turistlərin marağına səbəb ola bilən ən qədim yaşayış məskəni sayılan qədim Şabran şəhərinin qalıqlarıdır. Qədim Şabrana, xəyali də olsa, bir qədər səyahət etmək yerinə düşərdi. Şabranda qaynar şəhər həyatı dövrü IX-XV əsrlərə təsadüf edir. Böyük müharibələr meydanı olan şəhər XIII əsrin ortalarında monqolların hücumu nəticəsində dağıdılmış, sonrakı dövrlərdə bir qədər dirçəlsə də, Səfəvi-Osmanlı müharibələri zamanı yenidən dağıntılara məruz qalmışdır.

XVIII əsrdən etibarən Şabran tamamilə tənəzzülə uğramışdır. Qədim şəhərin xarabalıqları bu gün tədqiq edilir. Buna isə çox böyük ehtiyac vardır. Çünki qədim şəhərin xarabalıqları arasında tariximizin bir çox sirləri, əfsanə və rəvayətlərlə dolu səhifələri mürgüləməkdədir. Onları tədqiq edib üzə çıxarmaq, zəngin mədəni irsimizin üzərinə işıq salmaq bu günün çox vacib məsələləri sırasındadır.

Azərbaycan Prezidenti İlham Əliyev ölkənin digər bölgələri kimi, Şabran rayonunun da inkişafına xüsusi diqqət yetirir. Şabranın tarixi adının qaytarılması, şəhərin 2011-ci ilin “Əfsanələr paytaxtı” elan edilməsi dövlətimizin başçısı tərəfindən bu diyarın qədimliyinə, əhəmiyyətinə verilən qiymətin parlaq təzahürüdür.

2007-ci ilin avqustunda Azərbaycan Prezidenti İlham Əliyev Şabrana səfəri zamanı rayonun çox geniş turizm potensialına malik olduğunu bildirmiş, bu bölgənin ərazisində turizmin inkişafı ilə əlaqədar bir sıra ərazilərə baş çəkmişdir. Dövlətimizin başçısı 2010-cu ildə rayon mərkəzinin şimal girəcəyində şəhərin qədim tarixini əks etdirən “Şabran” və “Çıraqqala” komplekslərinin açılışında da iştirak etmişdir.

Azərbaycan Prezidenti 2011-ci il avqustun 15-də Şabran Tarix-Diyarşünaslıq Muzeyinin əsaslı təmirdən sonra açılışında iştirak edərkən fotostendlərə baxmışdır. Muzeydə qədim Şabranın tarixini əks etdirən və turistlər üçün də böyük maraq doğuran xeyli eksponat vardır. Ümumiyyətlə, rayonda 150-dək tarixi abidə qeydiyyatdadır. Onların ən məşhurları “Şabran” və “Çıraqqala” abidələridir. Muzeydə abidələr haqqında maraqlı məlumatlar təqdim edilir. Burada Şabranın tarixini və mədəniyyətini əks etdirən 3.572 eksponat nümayiş olunur. Rayonun tanınmış ziyalıları, 1941-1945-ci illər müharibəsinin şabranlı qəhrəmanları, torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimiz haqqında məlumatlar və guşələr yaradılmışdır. Bütün bunlar turistlər üçün rayon haqqında müfəssəl məlumat verməkdən ötrü əyani vasitələrdir.

Azərbaycana gələn turistləri həmişə xalqımızın əl işləri, xüsusilə də xalçalarımız çox maraqlandırmışdır. Bu baxımdan Şabran rayonunda toxunan xalçalar böyük əhəmiyyət kəsb edir. Şübhə yoxdur ki, “Heyratı”, “Pirəbədil”, “Qollu Çiçi” və digər xalça ceşidləri rayona gələn səyyahları heyrətləndirə biləcəkdir.

Mədəniyyətimizin, mədəni-kütləvi tədbirlərimizin tarixi kökləri milli dəyərlərimizlə, zəngin mədəni irsimizlə, adət-ənənələrimizlə bağlıdır. Bütün bunlar isə tariximizin qədimliyinə, xalqımızın tarixi keçmişinin çox uzaqlara gedib çıxmasına dəlalət edir.

Teymur Xaspoladov

AZƏRTAC-ın müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Belqorod vilayətinə dron hücumu olub, 13 nəfər yaralanıb

Siciliya sahillərində Roma İmperiyasına aid batmış gəmi tapılıb

FIFA İnfantino ilə bağlı iddialara cavab verib

İraqda qonşu ölkəyə hücum planlaşdıran qrup üzvləri həbs edilib

Ekspert: Vaşinqton görüşü Cənubi Qafqazda münasibətlərin normallaşması yolunda tarixi dönüş nöqtəsidir

Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir

Zelenski: Ukrayna ordusu Donbasdan geri çəkilməyəcək

Leypsiq-Halle aeroportunda dron hadisəsindən sonra təhlükəsizlik tədbirləri gücləndirilib

Hakan Fidan: Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsi səylərini dəstəkləyir

Bakıdan Limaya uzanan yeni körpü: Azərbaycanın Perudakı strateji sərmayəsi

MDU ilə Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına başlayır

Paytaxtın Yasamal rayonunda keçirilən ödənişsiz skrinninq aksiyasında 400-ə yaxın qadın müayinə olunub

Xocavənddə buldozerin minaya düşməsi ilə bağlı araşdırma aparılır

Prezident İlham Əliyev Vaşinqton Zirvə Görüşünün ildönümü münasibətilə ABŞ Prezidentinə məktub ünvanlayıb

Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa

Vaşinqton Bəyannaməsi – qlobal xaos fonunda işləyən sülh modeli ŞƏRH

Türk ekspert: Vaşinqton görüşü Prezident İlham Əliyevin diplomatiyasının növbəti uğurudur

Bu saata olan əsas xəbərlər

Nika Çitadze: Azərbaycan ilə Ermənistan arasında əldə olunan razılaşma sülh prosesinin yekunlaşması üçün zəmin yaradıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Milli Kitabxanada yazıçı Əlisa Nicatın 90 illik yubileyinə həsr edilmiş kitab sərgisi təqdim olunub

Vaşinqton görüşü regionun gələcəyini müəyyən edən siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir ŞƏRH

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Stiv Uitkoff: Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır

Azərbaycanın strateji baxışı Cənubi Qafqazın yeni inkişaf mərhələsini formalaşdırır ŞƏRH

Göz sağlamlığını qorumaq üçün hər fəslə uyğun qidalanmaya və sağlam həyat tərzinə diqqət yetirmək lazımdır

Luvr İslam incəsənətinə həsr olunmuş müvəqqəti sərgi ilə diqqət mərkəzindədir

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Vaşinqton razılaşmalarından bir il sonra: Cənubi Qafqazda sülh gündəliyi ŞƏRH

Qazaxda 11,7 min hektar taxıl sahəsindən 39 min tondan çox məhsul götürülüb

Aİ “Meta” və “TikTok”u dezinformasiyaya qarşı daha qətiyyətli tədbirlər görməyə çağırıb

Azərbaycan–ABŞ əməkdaşlığının yeni mərhələsi - Strateji Tərəfdaşlıq Xartiyası

Alparslan Bayraktar: Türkiyə Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə hazırdır

Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Sıfır Tullantı Vəqfi Türkiyənin plastik tullantı problemini yerində araşdıracaq

Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla

“Vilyarreal” klubunun nümayəndələri “Sabahın Ulduzları”nda

Vaşinqton görüşü Azərbaycanın regional məsələlərin həllində fəal rol oynadığını təsdiqləyib ŞƏRH

Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək

Rusiya və Pakistan ilk yük dəmir yolu marşrutunun istifadəyə verilməsinə hazırlaşır

Azərbaycanın xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib

Azərbaycanın sülh siyasəti Cənubi Qafqazda yeni reallıq formalaşdırır ŞƏRH

Gürcü iqtisadçı: Qlobal böhranlar fonunda Cənubi Qafqaz özünü regional əməkdaşlıq üçün əlverişli məkan kimi təqdim edir

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Rusiya regionlarına PUA hücumları nəticəsində yeddi nəfər xəsarət alıb

Vaşinqton razılaşmaları: Sülh və strateji tərəfdaşlıq oyun qaydalarını dəyişir – TƏHLİL

Valeri Çeçelaşvili: Vaşinqton Sammiti Cənubi Qafqazda sülh üçün möhkəm təməl yaratdı

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Deputat: Vaşinqton razılaşmaları Cənubi Qafqazın dinc gələcəyi üçün mühüm platforma rolunu oynayır

Ağdaşda baş vermiş hadisə ilə bağlı polis araşdırma aparır

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

Naxçıvanda avqust ayının pensiyaları ödənilib

Prezident İlham Əliyevin sülh təşəbbüslərinin nəticəsi: Azərbaycan və Ermənistan bir-birini potensial tərəfdaş kimi qəbul edir

DİN: Dünən əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması təmin olunub

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Yeni geosiyasi mərhələ: Vaşinqton razılaşmaları və regional əməkdaşlıq - RƏYLƏR

Qobustanda avtomobil dirəyə çırpıldı: sürücü həyatını itirdi

Amerikalı ekspert: Azərbaycan regionda getdikcə daha böyük rol oynayır

Qlen Hovard: Son bir ildə ABŞ-Azərbaycan münasibətlərinin inkişaf trayektoriyası diqqətəlayiq olub

Göz sağlamlığının qorunmasında Azərbaycan modeli: müasir texnologiyalar və Səyyar Klinika

Cənubi Qafqazda tarixi ədaləti və sülhü bərqərar edən Vaşinqton zirvəsi

Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur

Böyük Britaniyada enerji borcları rekord həddə çatıb

Dünyada 2,2 milyard insanın görmə problemi var

Alimlər Sibirdə metan emissiyalarının artdığını bildiriblər

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

ABŞ-nin “Qızıl Günbəz” raketdən müdafiə sistemi sınaq mərhələsinə qədəm qoyur

ABŞ mədən sənayesinə 3 milyard dollar sərmayə qoyacaq

İspaniyadan yeni qərar: sərhədlərdə şəxsiyyət sənədləri yoxlanılacaq

İmişlidə “Mercedes” işıq dirəyinə çırpılıb: 3 nəfər xəsarət alıb

“Azərkosmos”un KOSMİK Akademiyası IAF-ın nüfuzlu mükafatına layiq görülüb

Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb

Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır

Uşaqlıqda az şəkər qəbulu gələcəkdə Altsheymer və depressiya riskini azaldır – ARAŞDIRMA

ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub

Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb

Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb

Şəki-Zaqatala bölgəsində yeni tədris ilinə hazırlıq: məktəb və bağçalar yenilənir

Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Antarktida buzlaqları civə mənbəyinə çevrilir

İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur

Bu saata olan əsas xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sahəsində Ər-Riyad və İslamabadla imzalanan saziş digər ölkələrə qarşı yönəlməyib

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək

Emil Əliyev yenidən Rusiya Minifutbol Assosiasiyasının prezidenti vəzifəsinə seçilib

On yeddi yaşlı qıza nişan mərasimi keçirildi, valideynləri polisə dəvət olundular

Naxçıvanda velosiped və elektrik skuterləri üçün yeni infrastruktur yaradılıb

Rəssamlıq Akademiyasında rəqəmsal incəsənət və animasiya üzrə yeni tədris imkanları yaradılır

Tatyana Poloskova: Azərbaycanın xarici siyasətinin əsasında milli maraqların qorunması dayanır

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO