Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ekspert: Azərbaycan hökuməti tərəfindən optimal ixrac strategiyası həyata keçirilir

Ekspert: Azərbaycan hökuməti tərəfindən optimal ixrac strategiyası həyata keçirilir

Bakı, 1 may, Xatirə Cəfərova, AZƏRTAC

Qloballaşma şəraitində hər bir ölkənin iqtisadi inkişafı daxili iqtisadi, sosial və institusional strukturlarla yanaşı, eyni zamanda, xarici ticarət əlaqələrindən asılıdır. Belə ki, beynəlxalq ticarət nəzəriyyələri və dünya təcrübəsi göstərir ki, iqtisadi inkişaf xarici ticarətin genişlənməsi nəticəsində ortaya çıxan sahədaxili və sahələrarası ixtisaslaşma, miqyas effektləri, rəqabətin artması, ölkədaxili inhisarların zəifləməsi, ölkəyə yeni texnologiyaların transferti və bütövlükdə resurslardan daha səmərəli istifadə hesabına sürətlənir. Bu baxımdan dövlətlərin xarici ticarətdən iqtisadi inkişaf istiqamətində daha effektli istifadə etmək məqsədilə tətbiq etdikləri idxalı əvəzləyən ixracyönümlü strategiyalar mövcuddur. İdxalı əvəzləyən strategiyalar daha çox “böyük iqtisadiyyatlar”da inkişafın ilk mərhələlərində fayda verir. İxracyönümlü strategiyalar isə daxili bazar həcmləri məhdud olan “kiçik iqtisadiyyatlar” üçün daha effektli hesab olunur.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Dövlət İqtisad Universiteti rektorunun müşaviri, dosent Elşən Bağırzadə səsləndirib.

Müsahibimiz bildirib ki, hazırda makroiqtisadi stabilliyin mühüm elementi olan valyuta gəlirlərinin uzunmüddətli dövrdə davamlılığının təmin olunması baxımından ixrac gəlirlərinin artırılması və neftdən asılılığının azaldılması istiqamətində Azərbaycan hökuməti tərəfindən fəal xarici ticarət strategiyası həyata keçirilir. “Daha asan ticarətin daha çox ticarət, daha çox ticarətin isə daha sürətli iqtisadi artım və iqtisadi inkişaf doğurması” prinsipinə əsaslanan bu yeni strategiya idxalı əvəzləyən və ixracyönümlü iqtisadi inkişaf strategiyalarının optimal kombinasiyasından istifadəni nəzərdə tutur. Qəbul edilmiş strateji yol xəritələri göstərir ki, ortaya qoyulan bu yeni xarici ticarət strategiyası ixracın genişləndirilməsi, daxili bazarın qorunması və ticarət gəlirlərinin ölkə daxilində ədalətli bölüşdürülməsi prinsiplərini gözləməklə xarici ticarətin liberallaşdırılmasına əsaslanır. Eyni zamanda, təhlillər göstərir ki, qeyd olunan xarici ticarət strategiyasında əsas reallaşdırma vasitələri kimi aşağıdakılar seçilib:

-Xarici bazarlara çıxışın təmin edilməsi üçün bazarların təhlili və dəyər zəncirində mövqelərin gücləndirilməsi üzrə aparılan qiymətləndirmələrə əsaslanan azad ticarət sazişlərinin bağlanması, viza rejiminin sadələşdirilməsi, texniki tənzimləmə və milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğun formalaşdırılması;

-ölkənin tranzit ticarətdən aldığı payın artırılması məqsədilə Şərq-Qərb və Şimal-Cənub dəhlizi üzrə milli iqtisadiyyatın nəqliyyat-logistika aktivlərinin daim inkişaf etdirilməsi və rəqabətədavamlılığının təmin edilməsi;

-MDB ölkələri, Türkiyə, Gürcüstan və İran kimi mühüm region ölkələri ilə əlverişli ticarət sazişlərinə əsaslanan aşağı tarifli mühitdə səmərəli gömrük prosedurlarının formalaşdırılması;

-ticarətin asanlaşdırılması, keyfiyyətin dəqiq qiymətləndirilməsi, eləcə də ixrac edilən malların rəqabətədavamlılığı üçün Azərbaycan şirkətlərində beynəlxalq standartların və sertifikatların tətbiqinin stimullaşdırılması;

-ixracyönümlü istehsal sahələrinə qarşılıqsız maliyyə yardımları, aşağı faizli kreditlər, “vergi qaytarılması” kimi maliyyə təşviqlərinin verilməsi;

-ixrac firmalarının beynəlxalq bazar araşdırmalarına dəstək verilməsi, ölkə ixracatçıları və ixracyönümlü istehsal sahələri ilə bağlı mükəmməl informasiya bazalarının formalaşdırılması;

-beynəlxalq bazarlarda “Made in Azerbaijan” brendinin təşviqi üzrə kompleks və sistemli tədbirlərin həyata keçirilməsi;

-gündəlik tələbat malları üzrə yerli istehsalın stimullaşdırılması və bu sahədə idxalı mümkün ölçüdə əvəzləmək məqsədilə aktiv gömrük siyasətindən istifadə edilməsi.

Qeyd olunan strategiya dünya təcrübəsindəki mövcud analoji uğurlu strategiyaların demək olar ki, bütün elementlərini özündə birləşdirir. 2017-ci il aprelin 17-də Yevlax şəhərində keçirilən qeyri-neft ixracatçılarının respublika müşavirəsində ictimaiyyətə təqdim edilən məlumatlara əsasən deyə bilərik ki, Azərbaycan hökumətinin həyata keçirdiyi yeni xarici ticarət strategiyası qısa müddət ərzində artıq müsbət nəticələrini verir. Belə ki, cari ilin ilk rübündə iqtisadiyyatın qeyri-neft sektoru 2,4 faiz, qeyri-neft sənayesi 2 faiz, kənd təsərrüfatı isə 3,5 faiz artıb. Üç ay ərzində 80 mindən çox yeni iş yeri yaradılıb, xarici ticarət dövriyyəsi 15 faiz, ixrac 50 faiz, qeyri-neft ixracı 8,6 faiz artıb, idxal isə 17 faiz azalıb. Eləcə də kənd təsərrüfatı məhsullarının ixracında 44 faiz, sənaye məhsullarının ixracında isə 25 faiz artım baş verib. Nəticədə tədiyyə balansının cari əməliyyatlar hesabında 1 milyard dollardan artıq müsbət saldo yaranıb.

“Qeyd olunan strategiyanın uğurla davam etdirilməsi qarşıdakı dövrlərdə də müsbət nəticələrini verəcək. Eyni zamanda, uğurları daha da artırmaq məqsədilə paralel olaraq, ölkəyə xarici investisiyaların cəlb edilməsi istiqamətindəki tədbirlərin də genişləndirilməsi zəruridir. Əgər qeyri-neft ixracı davamlı olaraq artarsa, ölkəyə xarici investisiya axını genişlənərsə, o zaman idxalın müəyyən qədər artması iqtisadiyyatda hər hansı çətinlik yaratmaz. Hətta, deyərdim ki, investisiya məhsulları hesabına artan idxal orta və uzunmuddətli dövrdə ölkənin iqtisadi inkişafına da xidmət etmiş olar”, - deyə Elşən Bağırzadə vurğulayıb.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oman yaxınlığında Vaşinqtonun sanksiyaları altında olan tanker vurulub

DİM-də hazırlıq kursları təşkil olunub

“Tekra” Respublika Texniki Olimpiadasının qalibləri mükafatlandırılıb

Azərbaycan üçün süni intellekt sahəsində ən böyük fürsət biznes proseslərinin optimallaşdırılmasıdır - ŞƏRH

Culfada yeni Vəkil Bürosunun açılışı olub

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi haqqında” 2015-ci il 23 iyul tarixli 571 nömrəli, “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” 2018-ci il 19 dekabr tarixli 413 nömrəli, “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” 2019-cu il 27 iyun tarixli 759 nömrəli və “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2019-cu il 23 dekabr tarixli 897 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan mətbəxi Salonikidə keçirilən beynəlxalq qida festivalında təqdim olunub

R.M.Fətəliyevin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Üçüncü rübdə yanacağa daha çox ehtiyac yaranır

“Heydər Əliyev məktəbi” layihəsi başa çatıb

Yunis Hüseynov: Millimiz C Liqasına qayıtmaq məcburiyyətindədir

Assosiasiya sədri: Gələcəyin peşələri sürətlə dəyişir

® “GRAND CEO Breakfast” - dövlət və özəl sektorun yeni əməkdaşlıq platforması

İsveçrəlilər əhalinin sayının 10 milyon nəfərlə məhdudlaşdırılmasına səs verəcəklərmi?

Milli Məclisin sədri Vyetnamı Qoşulmama Hərəkatının Parlament Şəbəkəsində fəal iştiraka dəvət edib

Baş nazir Əli Əsədov Vyetnamın Baş prokuroru ilə görüşüb

Coğrafiyaşünas-alim: Yağıntıların artması nəticəsində sürüşmə zonaları genişlənib

Yeni qanun layihəsi uşaqların rəqəmsal təhlükəsizliyinin təmin olunmasına xidmət edir ŞƏRH

Azərbaycan parfümeriya xammalı Fransada: “Lecheq” “SIMPPAR 2026”da

® “Vistar” Mükəmməllik Mərkəzinin üçüncü təlim dalğasına qeydiyyat başlayıb

DİN: Novxanıda gizli narkobunker aşkarlanıb VİDEO

DİN: Novxanıda gizli narkobunker aşkarlanıb VİDEO

Məsud Pezeşkian: İran danışıqlar masasından geri çəkilməyib

Rəşad Rəsullu: İnanıram ki, idmançılarımız Avropa çempionatında Azərbaycan cüdosunun gücünü nümayiş etdirəcəklər VİDEO

Rəşad Rəsullu: İnanıram ki, idmançılarımız Avropa çempionatında Azərbaycan cüdosunun gücünü nümayiş etdirəcəklər VİDEO

BŞTİ: Məktəblilərə insan hüquqları və hüquqi dövlət prinsipləri aşılanır

Maka Boçorişvili: Azərbaycanla Ermənistan arasındakı müsbət dinamika regionda sülhə xidmət edəcək

Bəzi dağlıq və dağətəyi rayonlarda yağıntılı hava şəraiti davam edəcək – XƏBƏRDARLIQ

Mayda elektrik enerjisi istehsalının 33 faizi bərpaolunan mənbələrin payına düşüb

ADY: Ötən ay 1,6 milyon tondan çox yük daşınıb

Goranboyda yol qəzası zamanı 2 nəfər ölüb, 3-ü xəsarət alıb

Hakan Fidan: Türkiyə-Ermənistan normallaşma prosesi Azərbaycanla sıx koordinasiya şəraitində davam edir

Qlobal mənzil böhranı artıq gələcəyin deyil, bu günün problemidir - ŞƏRH

Britaniya dövlət borcunun artım tempinə görə dünyada ikinci yerdədir

Hacıqabuldakı yanğının söndürülməsi üçün ətraf rayonlardan da qüvvə cəlb edilib

AMEA-da akademik Vəli Axundovun 110 illik yubileyi qeyd olunub

Böyük Britaniyanın Baş naziri 16 yaşdan kiçik uşaqlar üçün “zərərli” sosial medianı qadağan edəcək

Azərbaycanda bu günə qədər 888 uşaq övladlığa verilib

Avropa İttifaqı İrana qarşı yeni sanksiya tətbiq edib

BMU-da Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbər heyəti ilə görüş olub

Vyetnamın Baş prokurorunun rəhbərlik etdiyi nümayəndə heyəti Bakıya işgüzar səfərə gəlib

® FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edilib – “Birbank” və “Visa”nın kampaniyası yekunlaşıb

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri İstanbulda görüşüblər VİDEO

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri İstanbulda görüşüblər VİDEO

İraq hava məkanını uçuşlar üçün yenidən açıb

Papa XIV Leo: Dünya dərin mənəvi və mədəni böhran yaşayır

Danimarka ilə iqtisadi əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb

Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 14 milyon manatı vətəndaşlara qaytarılıb

İran İsrailə qarşı hərbi əməliyyatların dayandırıldığını açıqlayıb

Dilçilik İnstitutunun şöbələri yarımillik hesabat verib

Abaşidze: Azərbaycan-Gürcüstan-Türkiyə əməkdaşlığı regionun strateji əhəmiyyətini daha da artırır

Ədliyyə Nazirliyinin nümayəndə heyəti Pakistanda beynəlxalq təlim proqramında iştirak edib

Dövlət icra məmuru vəzifəsinə qəbul olunmaq istəyən şəxslər iyulun 12-də test imtahanı verəcəklər

Britaniyada uşaqlara internet üzərindən açıq-saçıq görüntülərin göndərilməsinin qarşısı alınır

Naxçıvanda lisey və gimnaziyaların 7-ci sinfinə şagird qəbulu başlayır

Ölkəmizdə ukraynalı uşaqlara reabilitasiya xidmətləri göstərilir

Azərbaycan tennisçiləri beynəlxalq turnir üçün Moldovaya yollanıblar

“Qarabağ Tallin” Brüsseldə keçirilən beynəlxalq turnirin gümüş mükafatçısı olub

Bu ilin 4 ayında Azərbaycan Aİ ölkələri arasında ən çox İtaliyaya məhsul göndərib

Cəlilabadda şadlıq sarayında saxta alkoqollu içkilərin istehlaka təqdim edilməsinin qarşısı alınıb

Ayjan Beyseyeva: Orta Dəhliz strateji inkişaf fazasına qədəm qoyur

Yaradıcılıq tələb edən fənlərin sertifikatlaşdırılması tədrisin keyfiyyətini artıracaq - ekspert

Sosial iş ixtisası üzrə təhsil alan tələbələrlə görüş təşkil edilib

Tellərdən süzülən duyğular - qanun ifaçısı Aysu Sadıqova ilə söhbət

Rumıniya elmi nəşrində "Varlıq" jurnalının milli kimlikdəki rolu araşdırılıb

SSANA İsveç institutunun 30 ölkədən olan məzunlarını bir araya gətirib VİDEO

SSANA İsveç institutunun 30 ölkədən olan məzunlarını bir araya gətirib VİDEO

Rusiya XİN Ermənistanla münasibətlərdə sonrakı siyasi kursu açıqlayıb

BMU-nun tələbəsi İtaliyanın dörd nüfuzlu universitetinə qəbul olub

Paytaxtda çoxzolaqlı yolda avtomobillə vurulan piyada hadisə yerində ölüb VİDEO

Paytaxtda çoxzolaqlı yolda avtomobillə vurulan piyada hadisə yerində ölüb VİDEO

Aleksandr Sırski: İlin əvvəlindən bəri Ukraynanın 600 kvadratkilometrdən çox ərazisi azad edilib

Qarabağ və Şərqi Zəngəzurun bitki aləminə dair fundamental kitab nəşr olunub

AzTU və Beynəlxalq Türk Dövlətləri Universiteti arasında ikili diplom proqramı imzalanıb

Varşavada "İkinci Dünya müharibəsində nasizm üzərində qələbədə Azərbaycanın rolu" adlı sərgi təşkil olunub

Azərbaycanın və Türkiyənin xarici işlər nazirləri İstanbulda görüşüblər VİDEO

Azərbaycanın və Türkiyənin xarici işlər nazirləri İstanbulda görüşüblər VİDEO

“Liverpul”dan ayrılan futbolçu “Real Madrid”lə müqavilə imzalayıb

Anar Bağırov: Hər şəhər və rayonda vəkil bürolarının fəaliyyət göstərməsi olduqca vacibdir VİDEO

Anar Bağırov: Hər şəhər və rayonda vəkil bürolarının fəaliyyət göstərməsi olduqca vacibdir VİDEO

Mehmet Seven: Azərbaycanın enerji diplomatiyası ölkəni qlobal enerji xəritəsinin əsas aktorlarından birinə çevirib

Culfada Vəkil Bürosu açılıb

Erol Özvar: Təhsil sahəsində əməkdaşlıq türk dövlətləri üçün strateji əhəmiyyətə malikdir

Mərkəzi Afrika Respublikası ABŞ-dən deportasiya olunan miqrantları qəbul edəcək

SOCAR-ın “yaşıl istiqraz”ları üzrə növbəti kupon ödənişi edilib

® “Expressbank”dan Mingəçevirdə təmizlik aksiyası

Mərkəzi Bankın əməkdaşları Daşkəsəndə vətəndaşların müraciətlərini dinləyiblər

BDU-nun Astrofizika kafedrası: Bootid meteor yağışı olacaq

Dünyada müharibələr fonunda Azərbaycanda sabitliyin olması ölkəmizə yeni imkanlar qazandıra bilər - ŞƏRH

İyunun 8-i Ümumdünya Okeanlar Günüdür

Türkiyə və Gürcüstan xarici işlər nazirləri İstanbulda görüşüblər VİDEO

Türkiyə və Gürcüstan xarici işlər nazirləri İstanbulda görüşüblər VİDEO

BVF: Qloballaşma prosesi zamanı dünya iqtisadiyyatı yaxşılaşsa da bir çox icma boşluqda qaldı

“Real Madrid”in futbol və basketbol komandaları 16 ildən sonra ilk dəfə mövsümü titulsuz başa vurub

Qarabağ və Şərqi Zəngəzurda sakinlərin məşğulluq imkanları qiymətləndirilib

Yoqa, yaradıcılıq və harmoniya: Bakıda “Nine Senses Fest-2026” keçiriləcək VİDEO

Yoqa, yaradıcılıq və harmoniya: Bakıda “Nine Senses Fest-2026” keçiriləcək VİDEO

Çimərlik güləşi üzrə millinin baş məşqçisi Vyetnamda təlim keçib

BDYPİ: Son iki gündə yol-nəqliyyat hadisələri zamanı 4 piyada həlak olub, 2-si xəsarət alıb

Vətəndaş cəmiyyəti nümayəndələri üçün DOST Çağrı Mərkəzi 142-yə infotur təşkil olunub

Almaniyada 15 İyun - Milli Qurtuluş Günü münasibətilə təntənəli tədbir

Tehrandakı yeraltı avtodayanacaqlar əhali üçün sığınacaq kimi istifadə edilir

İlqar Qasımov: Sosial şəbəkələrdə virtual həyata qovuşan uşaq real həyatdan çəkinir

Kənd Təsərrüfatı Nazirliyi vəzifəli şəxslərinin iyun ayı üzrə vətəndaş qəbulu qrafikini açıqlayıb

Husilər İsrail gəmilərinin Qırmızı dənizdə hərəkətinə qadağa qoyublar

Britaniya hökuməti uşaqların rəqəmsal texnologiyalardan istifadəsinə dair təlimat hazırlayır

İsrail İranın neft-kimya kompleksinə zərbə endirib

Şalva Papuaşvili: Ermənistanla Azərbaycan arasında dialoq Gürcüstan üçün çox vacibdir

Qaxda 1 tondan artıq çətənə kolu məhv edilib