Ekspert: Diplomları tanınmayan xarici ali təhsil müəssisələrində oxuyanlara hərbi möhlət hüququ verilməməlidir
Bakı, 5 fevral, AZƏRTAC
Hər il ali məktəblərə qəbul ola bilməyən bir çox gənc yalnız attestatla xarici ölkələrdə təhsil almağa üz tutur. Lakin statistika göstərir ki, bu yolla xaricə gedənlərin bir hissəsinin diplomu sonradan tanınmır, ya da bir qismi təhsilini yarımçıq qoyub geri dönür. Buradakı əsas problem valideynlərin məlumatsızlıqdan və ya bilərəkdən övladlarını diplomu tanınmayan universitetlərə istiqamətlənməsidir. Əgər bir universitetin diplomu Təhsildə Keyfiyyətin Təminatı Agentliyi (TKTA) tərəfindən tanınmırsa, deməli, həmin ali təhsil müəssisəsinə vəsait xərcləyənlərin əsas məqsədi təhsil almaq deyil, hərbi xidmətdən yayınmaqdır.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində təhsil eksperti Ramin Nurəliyev deyib. O bildirib ki, TKTA-nın xəbərdarlıqlarına baxmayaraq, xaricdə distant formada təhsil alıb diplomunu təsdiqlətməyə çalışanların sayı ilbəil artır: “Xüsusilə Ukraynadakı distant və Türkiyədəki qiyabi (açıq öyrətim) təhsil formaları ölkəmizdə qətiyyən tanınmır. Tələbələr və valideynlər bilməlidirlər ki, bu proqramlara qəbul olanların diplomları gələcəkdə tanınmayacaq. Bununla yanaşı, TKTA-nın rəsmi saytında diplomları tanınmayan universitetlərin siyahısı mövcuddur. Müraciətdən əvvəl həmin siyahı ilə tanış olmaq vacibdir.
Təəssüf ki, bunu bilə-bilə, xüsusilə də distant formada Ukrayna ali təhsil müəssisələrinə əyani formada qəbul alaraq, diplomu tanınmasa belə hərbi xidmətdən möhlət hüququ almaq arzusu ilə buna xərc çəkənlər var”.
Ramin Nurəliyev vurğulayıb ki, Azərbaycanda distant təhsilin hüquqi ekvivalenti olmadığı üçün bu yolla alınan diplomlar tanınmır.
“Hesab edirəm ki, diplomu tanınmayan universitetlərdə oxuyanlara birmənalı olaraq hərbi möhlət hüququ verilməməlidir. Bununla bağlı qanunvericiliyə müvafiq dəyişiklik edilməli və proses konkretləşdirilməlidir”, - deyə ekspert fikrini yekunlaşdırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.02.2026 [15:41]
Abşeron məktəblərində sıxlıq azalır: 6 təhsil müəssisəsi istifadəyə verilib
- 05.02.2026 [15:14]
BMU professorunun tədqiqatı Q1kateqoriyalı jurnalda
- 05.02.2026 [14:15]
“Yaşayan Əlişir Nəvai” mövzusunda beynəlxalq elmi konfrans keçirilib
- 05.02.2026 [12:29]
BDU-da Çin Yaz Festivalı keçirilib
- 05.02.2026 [11:49]
“Rəqəmsal məktəb” platforması: Müəllim fəaliyyətinə dair valideyn rəyi
- 05.02.2026 [11:19]