Əlcəzairdə meşə yanğınlarının söndürülməsində iştirak edən hərbçilərdən 25 nəfər həlak olub

Qahirə, 11 avqust, AZƏRTAC
Əlcəzairin şimal bölgəsində davam edən meşə yanğınlarının söndürülməsində iştirak edən hərbçilərdən 25 nəfər həlak olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Prezident Əbdülməcid Tebbun tvitterdəki səhifəsində məlumat verib. Əlcəzair Prezidenti yazıb: “Bejaya və Tizi-Uzu dağlarında insanları alovların içərisindən xilas edən 25 əsgərin həlak olması xəbərini böyük hüzn və kədərlə qarşıladım”.
Əlcəzair hökuməti 13 mülki şəxsin də yanğınlarda həyatını itirməsi barədə məlumat yayıb. Hazırda paytaxt Əlcəzair şəhərinin yaxınlığındakı Kəlbiyyə bölgəsi də daxil olmaqla, ölkənin 31 rayonunda meşə yanğınları ilə mübarizə davam edir. Meteoroloqlar havanın temperaturunun 48 dərəcəyə çatdığını və güclü küləklərin olduğunu bildiriblər. Bu amillər yanğınların söndürülməsinə maneçilik törədir.
Meşə yanğınlarının qəsdən törədildiyi barədə məlumatları şərh edən Əlcəzair hökuməti bildirib ki, ötən ay Prezident Tebbun bu qəbildən cinayətləri törədən şəxslərə qarşı cəzaların sərtləşdirilməsi barədə sərəncam imzalayıb. Meşə yanğınlarını törədən şəxslər 30 ilədək müddətə azadlıqdan məhrum ediliblər.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.07.2025 [17:47]
Rusiyanın Tula vilayətində ildırım vurması nəticəsində üç nəfər həlak olub
- 14.07.2025 [17:46]
Xabarovskda yoxa çıxan helikopterin axtarışı dayandırılıb
- 14.07.2025 [17:12]
Nyu-Yorkda Marsın nəhəng parçası hərraca çıxarılıb
- 14.07.2025 [16:42]