İQTİSADİYYAT
Elektrik enerjisindən istifadə qaydalarının pozulmasının qarşısı alınır
Bakı, 26 iyul (AZƏRTAC). Son üç ayda “Astara” Elektrik Şəbəkəsi Müəssisəsinin balansına aid olan 10 və 0,4 kilovoltluq şəbəkələrdə, eyni zamanda tranformator məntəqələrində müxtəlif təyinatlı təmir işləri həyata keçirilib. Eyni zamanda elektrik enerjisindən istifadə qaydalarının pozulmasının qarşısının alınması istiqamətində də xeyli iş görülüb.
“Azərenerji” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müəssisənin xidmət etdiyi ərazidə cari ilin ötən 5 ayında keçirilmiş reydlər zamanı 70-dən artıq istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkarlanıb. Nəticədə 153,2 min kilovat-saata yaxın itirilmiş elektrik enerjisinin 9 min manatdan çox istehlak dəyəri bərpa olunub. Bu dövrdə elektrik enerjisi istehlakı artaraq 22,7 milyon kilovat-saat təşkil edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.07.2024 [18:56]
® "Azercell" yeni "Smartfon" kampaniyasını təqdim edir!
- 02.07.2024 [18:54]
Azərbaycan mobil internetə qoşulma üzrə beynəlxalq göstəricilərdə irəliləyib
- 02.07.2024 [18:39]
Dövlət Ehtiyatları Agentliyi yerli ərzaqlıq buğdanın tədarükünü elan edir
- 02.07.2024 [18:35]
Paytaxtın Əbdürrəhim bəy Haqverdiyev küçəsində avtobus zolağı təşkil edilib
- 02.07.2024 [18:28]
Nəqliyyat sahəsi üzrə yeni dövlət standartları qəbul edilib
- 02.07.2024 [18:27]