“Elektron hökumət” portalındakı e-xidmətlərdən istifadə sayı 14 milyonu ötüb
Bakı, 6 avqust, AZƏRTAC
“Elektron hökumət” portalındakı e-xidmətlərdən istifadə sayı dinamik şəkildə artmaqdadır. Avqustun 1-nə olan məlumata görə, istifadəçilərin sayı 2,3 milyon nəfərdən çox olub və onlar 14,1 milyon dəfədən çox e-xidmətlərdən istifadə ediblər.
Bu barədə AZƏRTAC-a portalın operatoru Məlumat Hesablama Mərkəzindən məlumat verilib.
“Elektron hökumət” portalı 2012-ci ilin aprelindən istifadəyə verilib və həmin vaxt portala 16 dövlət qurumu üzrə 50-yə yaxın elektron xidmət inteqrasiya olunub. Hazırda isə portal üzərindən xidmət göstərən qurumların sayı 45-ə, təqdim edilən xidmətlərin sayı isə 409-a çatdırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:46]
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb
- 25.08.2023 [18:21]