SİYASƏT
ƏLİ BAYRAMLIDA ABŞ-IN QEYRİ-HÖKUMƏT TƏŞKİLATININ REGİONAL OFİSİ AÇILACAQDIR
ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi /USAID/tərəfindən maliyyələşdirilən “Sitizen demokrasi korps” /CDC/ qeyri-hökumət təşkilatı Əli Bayramlı şəhərində regional ofisini açmaq niyyətindədir. Ofis kiçik və orta sahibkarlığın inkişafına yardım proqramını həyata keçirəcəkdir. CDC son iki ildə Azərbaycanın 200-dən çox özəl müəssisəsinə məsləhət yardımı göstərmiş, müxtəlif məşğələlər keçirmişdir. Təşkilatın Bakıdakı nümayəndəliyindən bildirmişlər ki, proqramın 2001-ci ilin oktyabrından başlanan ikinci fazasını gerçəkləşdirmək üçün USAID 2,5 milyon dollar həcmində qrant ayırmışdır. Ikinci faza çərçivəsində Əli Bayramlıda və ona yaxın rayonlarda fəaliyyəti genişləndirmək nəzərdə tutulmuşdur. MDB və Şərqi Avropa ölkələrində bizneslərini fəal inkişaf etdirən və yeni başlayan sahibkarlara məsləhətlərlə yardım göstərmək istəyən ABŞ iş adamlarından ibarət ekspertlər Azərbaycanda bir sıra açıq məşğələlər keçirəcəklər.