Əlil olmaq istəmirsinizsə, oynaqlarınızı qoruyun
Bununla belə ümidsizliyə düşməyə dəyməz. Mütəxəssislər hesab edirlər ki, bütün bunlar yalnız o vaxt baş verə bilər ki, xəstəliyi özbaşına buraxasan. Əgər siz öz oynaqlarınızın qayğısına qalsanız, həyatınızı daha sağlam başa vura bilərsiniz. Bu, heç də çətin deyil, ən başlıcası oynaqlar üçün nələrin faydalı olduğunu bilmək gərəkdir.
Birinci növbədə oynaqlara verilən statik yük dinamik yüklə əvəz olunmalıdır, yəni ağır yük qaldırmaq əvəzinə idmanla məşğul olmaq məsləhət görülür, ağır yükü isə arabalı çantalardan istifadə edərək daşımaq olar.
Bununla yanaşı, oynaqlara hansı qidaların faydalı olduğunu da bilmək lazımdır. Qida rasionuna daha çox balıqdan hazırlanmış bulyon daxil edin. Onun tərkibində qığırdaqlara və sümüklərə vacib olan maddələr vardır.
Artroz çox hallarda osteoporozla müşayiət olunur ki, bu da sümüklərin sıxlığını zəiflədir. Ona görə də, tərkibində D vitamini, kalsium olan qidalar, məsələn, kəsmik, pendir, kərə yağı, süd, buğda artımları, cəfəri, şüyüd, qaraciyər qəbul edin.
İmmunitetinizə qarşı laqeyd olmayın, hər hansı bir yoluxucu xəstəlik artrozların oyanmasına gətirib çıxara bilər. Səhər qəbul etdiyiniz su prosedurlarını kontrast duşla bitirin, imkan daxilində nəfəsliyi açıq qoyun. Onurğa sütunu, əllər və ayaqlar üçün xüsusi idman hərəkətləri edin.
Oynaqların birinci düşməni duzdur. Ona görə də, həddindən artıq duzlu və kəskin qidalardan imtina edin. Sümük bulyonları artrozların müalicəsi üçün təbii dərmandır. Yaxşı olar ki, bulyona bişənə yaxın bir qədər çiy tərəvəz və göyərti (pomidor, cəfəri və s.) əlavə edilsin.
Beləliklə, xəstəlik riskini azaltmaq üçün oynaqlara qayğı göstərilməlidir. Bunun üçün xəstəliyin vaxtında aşkar edilməsi və xəstəliyin 1-ci və 2-ci mərhələsində müalicəsi çox vacibdir. Xəstəliyin 3-cü, xüsusilə 4-cü mərhələsində yalnız endoprotez -süni oynaqlar kömək edə bilər. Bu əməliyyat isə uzunmüddətli reabilitasiya tələb edir. Bundan əlavə, hər kəsin üzərində əməliyyat aparmaq mümkün deyil. Böyük çəkisi olanlar üçün əks təsirləri var. Odur ki, artrozu yaxına buraxmayın, onun ilk əlamətlərini hiss edən kimi həkimə gedin. İlk əlamətlər isə bunlardır: İşdən və məşqlərdən sonra, axşamlar oynaqlarda ağrı başlayır və istirahət etdikdə keçir.
Səhərlər hərəkət etməyə başladıqda oynaqlarda ağrı əmələ gəlir və daha da artır. Yarım saatdan sonra ağrılar zəifləyir və tamam keçib gedir.