Elmi seminar: “Horizon 2020” proqramında Azərbaycan alimlərinin iştirakı
Bakı, 1 aprel, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İdarəetmə Sistemləri İnstitutunda (İSİ) Avropa İttifaqının “Horizon 2020” proqramında Azərbaycan alimlərinin iştirakı” mövzusunda elmi seminar keçirilib.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, institutun direktoru, akademik Telman Əliyev əldə olunan nailiyyətlərdən, Azərbaycan elminin inkişaf perspektivlərindən danışıb.
Sonra xarici əlaqələr və innovasiya şöbəsinin müdiri, Avropa İttifaqının “Horizon 2020” proqramının qanunvericilik və maliyyə üzrə milli təmsilçisi Tofiq Babayev layihə barədə təqdimatla çıxış edib. O, Avropa İttifaqının Elmi Tədqiqat Çərçivə proqramlarının tarixi, “Avropa 2020” strategiyası, “Horizon 2020” proqramının tərkib hissələri, tədqiqatçıların proqramda iştirak və qeydiyyat qaydaları, layihə tenderlərinin axtarışı, konsorsiumun yaradılması barədə məlumat verib.
Sonda iştirakçıların sualları cavablandırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [19:52]
“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub
- 10.06.2026 [18:22]
Rektor çempion olan AzTU komandasını təbrik edib
- 10.06.2026 [17:57]
ADPU ilk dəfə RUR beynəlxalq universitet reytinqində yer alıb
- 10.06.2026 [17:51]
Coğrafiya İnstitutu sürüşmə riski olan əraziləri açıqlayıb
- 10.06.2026 [17:09]
ADU-da “Çin dili körpüsü” müsabiqəsinə yekun vurulub
- 10.06.2026 [17:02]