CƏMİYYƏT
Elmi-Tədqiqat Pediatriya İnstitutunda “Neonatologiyanın İnkişafına Yardım” İctimai Birliyinin toplantısı keçirilib
![](/files/galleryphoto/2022/3/1200x630/16666969103010563805_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/16666969102453451625_1200x630.jpeg)
![](/files/galleryphoto/2022/3/1200x630/1666696910761965408_1200x630.jpg)
Bakı, 25 oktyabr, AZƏRTAC
K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda “Neonatologiyanın İnkişafına Yardım” İctimai Birliyinin (NİYİB) toplantısı keçirilib.
AZƏRTAC Elmi-Tədqiqat Pediatriya İnstitutuna istinadla bildirir ki, toplantıda institutun direktoru Allahverdi Musayev, birliyin sədri professor Səfixan Həsənov, böyük elmi işçi Adilə Hacıyeva, institutun baş həkimi Azər Əhmədov, elmi katib Sevinc Nəsirova və digər həkim əməkdaşlar iştirak ediblər.
Professor Səfixan Həsənov birliyin əsas məqsədinin tibbin neonatologiya sahəsinin öyrənilməsi, təbliği və inkişafına dəstək olmaqdan ibarət olduğunu bildirib.
İnstitutun direktoru Allahverdi Musayev birliyin üzvlərinə uğurlar arzu edib. Birliyin neonatologiya sahəsində geniş maarifçilik işi aparmaq və yenidoğulan körpələrə göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində öz əhatə dairəsinin daha da genişləndirmək əzmində olduğunu qeyd edib. Bu məqsədlə birliyin tərkibində Pediatrik reanimasiya və təcili yardım dərnəyi, Metabolik və irsi xəstəliklər dərnəyi, Uşaq cərrahiyyə dərnəyi, Pediatrik pulmonologiya dərnəyi, Uşaq endokrinologiya dərnəyi, Uşaq qastroenterologiya dərnəyi, Neonatologiya dərnəyi, Uşaq tibb bacıları dərnəyi, Pediatrik nevrologiya dərnəyi, Diaqnostik laboratoriya dərnəyinin yaradıldığını qeyd edib.
Toplantıda dərnəyin vəzifə və öhdəlikləri, gələcək planları barəsində müzakirələr aparılıb.