Elnur Amanov: Dünya çempionatında ən yaxşı taekvondoçularımız iştirak edirlər
Bakı, 29 may, AZƏRTAC
Bakıda taekvondo üzrə dünya çempionatına start verilib. Əslində, bu gün çıxış edən idmançımız - Cavad Ağayevdən yaxşı nəticə gözləyirdik. Amma bu idmandır, təbii ki, alınmaya bilər.
Bu sözləri kişi taekvondoçulardan ibarət Azərbaycan millisinin böyük məşqçisi Elnur Amanov AZƏRTAC-a müsahibəsində deyib.
Cavad Ağayevin döyüşün bitməsinə beş saniyə qalmış qalibiyyəti əldən verdiyini bildirən E.Amanov qeyd edib ki, qarşıda çempionatın altı günü var. Ümid edirik ki, növbəti günlərdə istər kişi, istərsə qadın idmançılarımız yaxşı nəticələr əldə edəcəklər. Əlbəttə ki, qələbəyə ümidimiz var. Çünki yanvar ayından bir neçə beynəlxalq turnirdə iştirak etmişik. İdmançılarımızı yoxlamışıq və burada ən yaxşı taekvondoçularımız iştirak edirlər.
Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin 100 və Dünya Taekvondo Federasiyasının 50 illiyinə təsadüf edən çempionat “Öz gücünü alovlandır” şüarı altında təşkil olunub. İyunun 4-dək davam edəcək 26-cı dünya çempionatında 145 ölkədən 949 taekvondoçu 16 çəki dərəcəsində mübarizəyə qoşulub.
Dünya çempionu olacaq idmançı aktivinə 140 reytinq xalı əlavə edəcək.
Çempionatda ümumilikdə 150-dən çox ölkədən 2000-ə yaxın qonaq iştirak edir. Bu münasibətlə çempionat çərçivəsində silsilə tədbirlər keçirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [11:19]
Azərbaycan klubu amerikalı basketbolçunu heyətinə qatıb
- 01.10.2026 [10:56]
“Turan Tovuz” – “Fənərbağça” oyununa 20 mindən çox bilet satılıb
- 01.10.2026 [10:15]
Bakıda üzgüçülük üzrə Dünya Kuboku start götürüb
- 01.10.2026 [10:05]
Millətlər Liqası: Azərbaycan yığması Lixtenşteyni qəbul edir
- 30.09.2026 [23:21]
"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunun əsas mərhələsinə yüksəlib
- 30.09.2026 [22:04]
Azərbaycan Basketbol Liqası: "Sabah" mövsümə qələbə ilə başlayıb
- 30.09.2026 [19:53]
Ayxan Abbasov: Milli komandalar səviyyəsində zəif rəqib anlayışı qalmayıb
Texnologiyanın sərhədləri Bakıda: “ADEX-2026”
- 30.09.2026 [23:51]
"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunun əsas mərhələsinə yüksəlib
- 30.09.2026 [23:21]
Fransa şəkərli məhsullara yeni vergi tətbiq etməyi planlaşdırır
- 30.09.2026 [22:56]
Murad Hüseynov: Üzeyir Hacıbəyli Festivalı mədəni əlaqələri genişləndirir
- 30.09.2026 [22:28]
Fransa Böyük Britaniya ilə qeyri-qanuni miqrasiya sazişini dayandırır
- 30.09.2026 [22:11]
Azərbaycan Basketbol Liqası: "Sabah" mövsümə qələbə ilə başlayıb
- 30.09.2026 [22:04]
Mərkəzi Asiyanı Pakistan limanları ilə birləşdirəcək yeni layihə
- 30.09.2026 [21:55]