Elqucia Berişvili: Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarını da yüksək səviyyədə təşkil edəcək
Tbilisi, 18 aprel, AZƏRTAC
Azərbaycan beynəlxalq idman yarışlarını yüksək səviyyədə təşkil etməklə adını dünya idman tarixinə yazdırıb. Biz bunu 2015-ci ildə ilk Avropa Oyunları zamanı gördük. Birinci Avropa Oyunlarını yüksək səviyyədə təşkil etməklə Azərbaycan nəyə qadir olduğunu bütün dünyaya göstərdi.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Gürcüstan Milli Olimpiya Komitəsinin birinci vitse-prezidenti Elqucia Berişvili deyib.
E.Berişvili deyib: Bir neçə gündən sonra Azərbaycan daha bir beynəlxalq idman yarışına - IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək. Bu oyunları təşkil etməklə Azərbaycan təkcə İslam dünyasında deyil, büdün dünyada öz nüfuzunu daha da möhkəmləndirəcək. İnanıram ki, dost və qardaş Azərbaycan tarixin bu sınağından da uğurla çıxacaq, tarixdə daha bir ilkə imza atacaq. Azərbaycan dövlətinə, azərbaycanlı idmançılara və ümumiyyətlə, bütün idmançılara uğurlar arzulayıram”.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.10.2026 [12:31]
Mussolininin nəticəsi “Latsio”da ilk qolunu vurub
- 29.10.2026 [12:23]
Dünya çempionatı: Azərbaycan millisi Mozambikə böyük hesabla qalib gəlib
- 29.10.2026 [10:53]
“Araz-Naxçıvan”ın futzalçısı: Rəqib bizi yaxşı mənada təəccübləndirdi
- 29.10.2026 [10:26]
“Turan” voleybol klubu Çempionlar Liqasında cavab oyununu keçirəcək
- 29.10.2026 [10:09]
Azərbaycan Kubokunda II təsnifat mərhələsinə 2 oyunla yekun vurulacaq
- 29.10.2026 [09:59]
Azərbaycan millisi U-15 dünya çempionatında növbəti oyununa çıxır
- 29.10.2026 [01:57]
Kriştianu Ronaldo tarixdə “Qızıl top” mükafatının ən yaxşı sahibi seçilib
- 29.10.2026 [00:07]