ƏMANƏT KAMPANİYASININ NÖVBƏTİ QALİBLƏRİ MÜƏYYƏN OLUNACAQDIR
“Bank of Baku” Açıq Səhmdar Cəmiyyətindən AZƏRTAC-a bildirmişlər ki, avqustun 5-də saat 21:00-da “Space” telekanalının canlı yayımında bankın “Yay kolleksiyası” adlı əmanət kampaniyasının uduş mərasimi keçiriləcəkdir.
Kampaniyanın şərtlərinə görə bankda ən azı 100 manat/dollar/avro məbləğində əmanət hesabı açan fiziki şəxslər 20 faizədək illik gəlirlə yanaşı, hesabda olan hər 100 manata 1 şans əldə etməklə 40 min manat məbləğində uduş fondu olan “Yay kolleksiyası” kampaniyasında iştirak etmək hüququnu qazanırlar.
Uduş nəticəsində 100 nəfər əmanətçinin hər biri 100 manat, 10 əmanətçinin hər biri 1000 manat və bir əmanətçi isə 20 min manat məbləğində vəsaitin sahibi olacaqdır.
Xatırladaq ki, cari il yanvarın 10-da başlamış “Qış kolleksiyası” adlı əmanət kampaniyası əmanətçilərin xahişi ilə iyulun 31-dək uzadılmışdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək
- 13.06.2026 [23:56]