Əmanətlərin 60,3 faizi milli, 39,7 faizi xarici valyutada qoyulub
Bakı, 17 oktyabr, AZƏRTAC
Mərkəzi Bankın məlumatına görə, əhalinin banklardakı əmanətlərinin məbləği il ərzində 26,9 faiz artaraq 2022-ci il sentyabr ayının 1-nə milli valyuta ekvivalentində 10 milyard 858,4 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, əmanətlərin 60,3 faizi milli, 39,7 faizi xarici valyutada qoyulub, milli valyutada olan əmanətlərin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 38,4 faiz, xarici valyutada qoyulmuş əmanətlərin məbləği isə 12,6 faiz artıb. Sentyabr ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,70 (ilin əvvəlindən 1,70) manata, 1 avroya 1,69 (1,81) manata, 100 türk lirəsinə 9,29 (10,86) manata, 100 rus rubluna 2,83 (2,46) manata bərabər olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]