Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin İsmayıllı rayonunda keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Bakı, 1 iyun, AZƏRTAC
Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədri Kərəm Həsənovun İsmayıllı rayonunda keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişdirilib.
Komitədən AZƏRTAC-a bildirilib ki, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun İsmayıllı rayonunda keçirəcəyi vətəndaş qəbulunun tarixi dəyişdirilərək iyunun 9-na keçirilib. Vətəndaş qəbulu saat 11:00-da Heydər Əliyev Mərkəzində keçiriləcək. Qəbulda İsmayıllı, Qəbələ və Oğuz rayonlarından olan vətəndaşların yalnız komitənin fəaliyyət sahələrinə aid müraciətlərinə baxılacaq.
Qəbula yazılmaq istəyən vətəndaşlar komitənin [email protected] elektron ünvanına yaza və komitənin aparatının (012) 490 24 08 (daxili 200 və 105), Əmlak Məsələləri Dövlət Komitəsinin 16 saylı ərazi şöbəsinin (02028) 5-64-64, (02420) 5-23-00, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı ərazi idarəsinin (02420) 5-28-88, (02028) 5-35-05 nömrələri ilə əlaqə saxlaya bilərlər.